Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Murad Köçəri oğlu Babayev (10 dekabr 1951, Şükürbəyli, Cəbrayıl rayonu – 6 yanvar 2013, Bakı) — 1991–1992-ci illərdə Azərbaycan Respublikasının Baş prokuroru.
Murad Babayev | |
---|---|
![]() | |
26 noyabr 1991 – 14 oktyabr 1992 | |
Əvvəlki | İsmət Qayıbov |
Sonrakı | İxtiyar Şirinov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 dekabr 1951(1951-12-10) |
Doğum yeri | |
Vəfat tarixi | 6 yanvar 2013(2013-01-06) (61 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Rütbəsi |
![]() III dərəcəli dövlət ədliyyə müşaviri |
Murad Babayev 10 dekabr 1951-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində Sosialist Əməyi Qəhrəmanı Babayev Köçəri Oruc oğlunun ailəsində anadan olub. 1968–1973-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1973-cü ildə Binəqədi rayonunda təcrübəçi müstəntiq, 1977–1980-ci illərdə Bakı şəhərində açılmamış ölüm hadisələri üzrə müstəntiq, 1982-ci ildə Mingəçevir şəhərində prokuror vəzifəsində çalışıb.
1987-ci ildə Azərbaycan Respublikası Baş prokurorunun müavini, 26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilib. 1992-ci ilin sonunda vəzifəsindən istefa verib. 1993-cü ilin fevralında Bakı şəhər Nəqliyyat prokuroru təyin edilib. 7 il bu vəzifədə işləyəndən sonra təqaüdə çıxıb. Bundan sonra Təfəkkür Universitetində hüquq kafedrasının müdiri işləyib.
Ailəlidir, bir qız və bir oğul atasıdır.
6 yanvar 2013-cü ildə 62 yaşında ürək tutmasından vəfat edib.[1]