. Love.az

Sahlar Sukurov - Wikipedia - Love.az

Ana Səhifə - Sahlar Sukurov

Şahlar Əvəz oğlu Şükürov (17 may 1952, Zülfüqarlı, Kəlbəcər rayonu – 11 iyul 1990, Mardakert, DQMV) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.[1]

Şahlar Şükürov
Şahlar Əvəz oğlu Şükürov
Şəxsi məlumatlar
Doğum tarixi 17 may 1952(1952-05-17)
Doğum yeri
  • Zülfüqarlı, Kəlbəcər rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 11 iyul 1990(1990-07-11) (38 yaşında)
Vəfat yeri
  • Mardakert, Mardakert rayonu, DQMV, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Zülfüqarlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşaqları Sənan Şükürov, Fəridə Şükürova
Atası Əvəz Şükürov
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti,
  • RF DİN Rostov Hüquq İnstitutu[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Rütbəsi mayor, milis mayoru[d]
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Ailəsi
  • 4 Milli Qəhrəman
  • 5 İstinadlar
  • 6 Mənbə
  • 7 Xarici keçidlər

Həyatı

redaktə

17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1972-ci il təhsilini başa vurur və hərbi xidmətə çağırılır. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışır. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirmişdir. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi almışdı.

Döyüşlərdə iştirakı

redaktə

O, tez–tez döyüş bölgələrinə gedər torpaqlarımızın bütövlüyü uğrunda qaynar döyüşlərə atılardı. 1990-cı il 11 iyul Tərtər–Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qaldı burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak oldu.

Ailəsi

redaktə

Ailəli idi, iki övladı yadigar qalıb.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilib.

Zərdab rayonunda adına küçə var. Buradakı məktəblərdən biri onun adını daşıyır.

İstinadlar

redaktə
  1. ↑ "Qəhrəmanlar unudulmur!". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-25.

Mənbə

redaktə
  • Eldar Həsənli. "Dünya mənim qəfəsimdi" kitabı (Azərnəşr-2001), Zirvələşən ömür (poema) səh.8–51
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 231.

Xarici keçidlər

redaktə
  • "Qarabağın görkəmli şəxsiyyətləri:Şahlar Şükürov(1952-1990)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şahlar_Şükürov&oldid=8153760"
LOVE.AZ