![]() |
Bu məqalə Şuşa rayonu haqqındadır. Şuşa şəhəri üçün Şuşa səhifəsinə baxın. |
Şuşa rayonu — Azərbaycan Respublikasında inzibati–ərazi vahidi. Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir.
Rayon | |
Şuşa | |
---|---|
39°45′ şm. e. 46°45′ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Qarabağ iqtisadi rayonu |
İnzibati mərkəz | Şuşa |
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı | Bayram Səfərov |
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi | Aydın Zöhrab oğlu Kərimov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi | 310[1] km² |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 34 200[2] nəfər |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-SUS |
Şuşa rayonunun statistik kodu | 70200001 |
Qarabağ iqtisadi rayonu üzrə zona kodu | 702 |
Telefon kodu | +994 26 |
Poçt indeksi | 5800 |
Avtomobil nömrəsi | 58 |
Rəsmi sayt | |
![]() |
|
![]() |
|
Statistika kodu: 70200001 | |
![]() |
1930-cu ildə təşkil edilmişdir.
1992-ci ildən rayon erməni silahlı dəstələri tərəfindən işğal olunub. Şuşa şəhəri Qarabağ müharibəsinin gedişində hərbi əməliyyatlar zamanı qismən dağıdılmışdır.
Şuşa şəhəri İkinci Qarabağ müharibəsində 8 noyabr 2020-ci ildə və 9 noyabr 2020-ci ildə isə Daşaltı kəndi düşməndən azad edilmişdir.[3]
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq qalan ərazilər Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir.
25 mart 2023-cü il tarixində Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində Zamanpəyəsi və Allahqulular kəndləri, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları'ndan sonra Turşsu qəsəbəsi, Ağbulaq, Armudlu, Aşağı Quşçular, Bayat, Böyük Qaladərəsi, Cəmillər, Çaykənd, Dükanlar, Əmillər, Göytala, Həsənabad, Həsənqulular, Xanalı, Xanlıqpəyə, Xəlfəli, Xudaverdilər, İmamqulular, İmanlar, Kiçik Qaladərəsi, Qarabulaq, Qaybalı, Laçınlar, Malıbəyli, Məmişlər, Mirzələr, Nağılar, Nəbilər, Onverst, Paşalar, Salatınkənd, Sarıbaba, Səfixanlar, Şırlan, Şuşulu, Turabxan, Yuxarı Quşçular, Zarıslı, Xan bağı kəndləri Azərbaycanın suverenliyinə keçmişdir.
31 may 2021-ci il tarixində “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 338-VIQ nömrəli Qanunu qəbul edilib[4].
15 iyun 2021-ci il tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi imzalanmış, 1 fevral 2022-ci il tarixli 478-VIQ nömrəli Qanunla[5] təsdiq edilmişdir.
"Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" 5 dekabr 2023-cü il tarixli 1044-VIQ nömrəli Qanunla[6] Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Malıbəyli kəndi, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir.
İbrahimxəlil xanın tikdirdiyi sığınacaq evi (XVIII əsr), tövlə, hamam qalıqları.
Rayon ərazisində Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu yerləşir.
Bazarbaşı (Şuşa) rayon ərazisində yerləşir.
Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir.
Səthi dağlıqdır (Qarabağ silsiləsi). Rayonun şərq hissəsi Keçəldağ aşırımı ilə hüdudlanır.
Səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m). Ərazisinin əksər hissəsi yayı quraqlıq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda −4 °C-dən −1 °C-yədək, iyulda 16–19 °C-dir. İllik yağıntı 700–800 mm-dir. Ərazisindən Qarqarçay axır. Torpaqları qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanat aləminə ayı, canavar, tülkü, boz dovşan, cüyür, kəklik, göyərçin və s. aiddirlər.[8]
Mineral sular (Turşsu), bulaqlarla (İsa bulağı) zəngindir. Əsas çayları Qarqarçayın qolları olan Zarıslı, Xəlfəli çaylarıdır.
Meşələrdə şərq fıstığı , ibcriya palıdı və qafqaz vələsi üstünlük təşkil edir. Çirişli dağının aşağı hissəsində dəniz səviyyəsindən 1160–1210 m yüksəklikdə yamacın şimal baxarında meşəlikdə bir-birindən təxminən 100 m-ə qədər aralı məsafədə 30-a yaxın şabalıd ağacları bitir. Burada şabalıd ağacları palıd — vələs meşəliyinin tərkibinə daxil olur. Meşə altında müxtəlif kol cinsləri — fındıq , murdarça , alça , göyəm , gərməşov, yemişan , əzgil , itburnu və s. bitir. Meşələrdə həmçinin vələs, ağcaqayın , gilas , göyrüş və palıd növləri yayılmışdır.[9]
Daşaltı kəndində karst mağaraları. Şuşada Şahnəzər mağarası. Şuşa şəhəri yaxınlığında Daşaltı kanyonu. Böyük Kirs dağı, Keçəldağ aşrımı, Üçmıx dağı
Şuşa Şahnəzər mağarasının uzunluğu 125 m, eni 20 m, hündürlüyü 10 in-dir. Mağaradan Paleolitə aid ikikobud daş çapacaq, Mezolitə aid mikroiit bıçaqlar, m.ə. V — IV minilliyə aid Eneolit gil qablar, Tunc, Dəmir Dövrləri və orta əsrlərə aid saxsı məmulat qalıqları, müsəlman qəbri tapılmışdır.
Ərazinin əksər hissəsi qışı quraq keçən mülayim isti, bəzən isə soyuq iqlim şəraitinə malikdir. Burada yanvar ayında orta temperatur 4 dərəcədən 1 dərəcəyə qədər, iyulda isə müsbət 16–19 dərəcə, illik yağıntı isə 700–800 mm olur.[8][10]
Torpaqları əsasən, qəhvəyi dağ-meşə, çimli dağ-çəməndir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür.
Daşaltı Dövlət Təbiət Yasaqlığı Şuşa rayonunun ərazisində yerləşir.
AzStat-ın 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonun (de-yuri olaraq) 31.499 nəfər əhali qeydiyyatda olub.[11]
Şuşa rayonunun etnik tərkibi (2009-cu il[12]) azərbaycanlılar (95,8 %) ermənilər (4,0 %) türk (0,1 %) qalanları (0,1 %)
Etnik qrup |
1939-cu il[13][14] | 1959-cu il[15] | 1970-ci il[16] | 1979-cu il[17] | 1989-cu il | 1999-cu il[18] | 2009-cu il[12] | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | |
azərbaycanlı | 6 306 | 58.29% | 6 564 | 61.77% | 9 890 | 72.38% | 12 955 | 80.87% | 18 679 | 91.68% | 23 135 | 95.05% | 27 364 | 95.81% |
erməni | 4 177 | 38.61% | 3 794 | 35.70% | 3 577 | 26.18% | 2 881 | 17.98% | 1 430 | 7.02% | 1 140 | 4.68% | 1 140 | 3.99% |
türk | … | … | … | … | … | … | … | … | … | … | … | … | 41 | 0.14% |
ləzgi | 17 | 0.16% | … | … | … | … | … | … | … | … | 1 | 0.01% | 4 | 0.01% |
rus | 256 | 2.37% | 198 | 1.86% | 142 | 1.04% | 114 | 0.71% | … | … | 16 | 0.07% | 4 | 0.01% |
kürd | 4 | 0.04% | … | … | … | … | … | … | … | … | 33 | 0.14% | 3 | 0.01% |
tatar | 4 | 0.04% | … | … | … | … | … | … | … | … | 5 | 0.02% | 2 | 0.01% |
ukraynalı | 20 | 0.18% | … | … | 7 | 0.05% | 11 | 0.07% | … | … | 9 | 0.04% | … | … |
digər | 35 | 0.32% | 70 | 0.66% | 48 | 0.35% | 58 | 0.36% | 265 | 1.30% | 1 | 0.01% | 2 | 0.01% |
cəmi | 10 819 | 100% | 10 626 | 100% | 13 664 | 100% | 16 019 | 100% | 20 374 | 100% | 24 340 | 100% | 28 560 | 100% |
Bax: Şuşada doğulanlar
Vikianbarda Şuşa rayonu ilə əlaqəli mediafayllar var. |