Əhməd ibn Fədlan ibn Abbas ibn Rəşid ibn Həmmad (ərəbcə: أحمد بن فضلان بن العباس بن راشد بن حماد) (təq. 879, bilinmir və ya Bağdad[1] – təq. 960) — Ərəb diplomat və səyyahı.
Əhməd ibn Fədlan | |
---|---|
ərəb. أحمد بن فضلان | |
Doğum tarixi | təq. 879 |
Doğum yeri | |
Vəfat tarixi | təq. 960 |
Əsl vəzifəsi divan katibliyi olan İbn Fədlan 921-923-cü illərdə xəlifə Müqtədir Billah (908-932-ci illər) tərəfindən İslamın təbliği üçün Volqa Bulqarlarının hökmdarı İlteber Almuş xana göndərilən müəllim və fəqihlərdən ibarət heyətə rəhbərlik etmişdir. Ona həmçinin xəlifə və vəzirinin məktublarını oxuma, göndərdikləri hədiyələri Almuş xana təqdim etmə vəzifələri də tapşırılmışdır.[2] Əhməd ibn Fədlan Bağdaddan İranı və Orta Asiyanı keçməklə Volqaboyunadək marşrut qət etmiş və onun bu səyahəti öz əksini "Rihlə"sində tapmışdır. "Rihlə" (Kitab ilə Məlik əl-Saqəlibə) əsəri səfirin Volqa - Xəzər və Şimal xalqları ilə bağlı tarix elmi üçün xeyli əvəzsiz qeydləri ilə zəngindir.
Əhməd ibn Fədlan 922-ci ildə о, Vоlqanın sоl sahilinə yеrləşmiş Bulqariyaya gəlir, Ladоqa gölü ətrafında оlur və 923-cü ildə vətənə qiymətli cоğrafi məlumatlarla qayıdır. Fədlan bu əraziləri kəşf еtməsə də Vоlqasahili, Оrta Asiya хalqları və Хəzər dənizinə tökülən çaylar haqqında ətraflı məlumatları ilə sеçilir.