. Love.az

Elekber Kazimovski - Wikipedia - Love.az

Ana Səhifə - Elekber Kazimovski
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Ələkbər Rauf oğlu Kazımovski (10 iyul 1953 – 19 sentyabr 2016)[1] — Azərbaycan rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006).

Ələkbər Kazımovski
Doğum tarixi 10 iyul 1953
Vəfat tarixi 19 sentyabr 2016 (63 yaşında)
Atası Rauf Kazımovski
Fəaliyyəti Rejissor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20062006
IMDb ID3212191

Həyatı

redaktə

Ə.Kazımovski "Tənha durna uçuşu", "Sonuncu məhəbbət", "Şirin bülbül" və s. filmlərin müəllifi olub. Rejissor kimi uzun illər AzTV-də çalışıb.

Ə.Kazımovski rejissor Rauf Kazımovskinin oğludur. 4 noyabr 2006-cı ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

19 sentyabr 2016-cı ildə aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbirində Kazımovskinin vəziyyəti qəfil pisləşmiş və rejissor vəfat etmişdir.

Filmoqrafiya

redaktə
  1. Adı sənin, dadı mənim (film, 1980)(tammetrajlı televiziya tamaşası)(Aztv)
  2. Dahilərin divanı (veriliş, 2007)
  3. Gülüş sanatoriyası (film, 1989)
  4. Kənddən gələn var (film, 1997)
  5. Kənddən gələn var. II hissə (film, 1997)
  6. Krossvord (veriliş, 2007)
  7. Qeybdən gələn səs (film, 2002)
  8. Qoy oturmuşuq (veriliş, 2007)
  9. Məhkəmə (veriliş, 2007)
  10. Mötəbər insanlarımız (film, 2003)
  11. Seans (veriliş, 2007)
  12. Sonuncu məhəbbət (film, 1985)
  13. Şirin bülbül (film, 2000)
  14. Tənha durna uçuşu (film, 2003)
  15. Vurğun ocağı (film, 2003)
  16. Yeni həyat (film, 2005)
  17. Sabiqlər (film-tamaşa,1999)

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Kinosu. Ensiklopedik lüğət. "Elm və Təhsil". Bakı, 2017. s.228
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ələkbər_Kazımovski&oldid=8122977"
LOVE.AZ