. Love.az

Eleki Bahadir - Wikipedia - Love.az

Ana Səhifə - Eleki Bahadir
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Ələki Bahadır (–v.1351) — XIV əsrin 40-cı illərində Naxçıvan hakimi

Həyatı

redaktə

Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbü əl-Əhəri və İran tarixçisi Zeynəddin Qəzvini XIV əsrin 2-ci yarısında İranda və Azərbaycanda baş vermiş hadisələrdən bəhs edərkən Ələki Bahadır haqqında məlumat vermiş, onun böyük qüdrət sahibi olduğunu qeyd etmişdir. Çobani əmiri Teymurtaşın qulamlarından olan Ələki Bahadır Çobani Məlik Əşrəf və Yağı Basdının 1343-cü il Təbriz yürüşündə fəal iştirak edib. 1346-cı ildə Məlik Əşrəf tərəfindən zindana salınmış,sonra azad edilərək başqa dövlət işinə cəlb olumuşdur.

Ölümü

redaktə

1351-ci ildə Qarabağda iğtişaş qaldırmış Dəli Bəyazidin üzərinə göndərilən Ələki Bahadır onunla ittifaqa girmiş və az sonra öldürülmüşdür.

Mənbə

redaktə
  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 124-125. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ələki_Bahadır&oldid=8122801"
LOVE.AZ