Əli Məhəmməd oğlu Abbasov (1 yanvar 1953[1], Naxçıvan) — Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri (2004–2014), rabitə və yüksək texnologiyalar naziri (2014–2016), texnika elmləri doktoru, professor, akademik, Azərbaycan Dövlət İqtisad Universitetinin Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının müdiri. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru.
Əli Abbasov | |
---|---|
![]() | |
7 mart 2014 – 12 noyabr 2015 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Ramin Quluzadə |
20 fevral 2004 – 7 mart 2014 | |
Əvvəlki | Nadir Əhmədov (rabitə naziri kimi) |
Sonrakı | vəzifə ləğv edilib |
20 fevral 2000 – 30 iyun 2004 | |
Əvvəlki | İslam Qarayev |
Sonrakı | Şəmsəddin Hacıyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1953(1953-01-01)[1] (72 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d], informatik |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Elmi adları | |
|
|
Təltifləri |
![]() |
![]() |
Əli Abbasov 1 yanvar 1953-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1976-cı ildə Moskva Energetika İnstitutunu "Avtomatika və telemexanika" ixtisası üzrə bitirmişdir. 1981-ci ildə 05.12.13 — "Avtomatlaşdırılmış layihələndirmə sistemləri, radiotexnika və elektronika sənayesində istehsalatın texnoloji hazırlanmasının avtomatlaşdırılması" ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsini almışdır. 1994-cü ildə isə 05.13.14 — "İnformasiyanın işlənməsi və idarəetmə sistemləri" ixtisası üzrə texnika elmləri doktoru elmi adını almışdır. 1996-cı ildən professor, 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.
Ailəlidir, iki övladı var.
Əmək fəaliyyətinə 1976-cı ildə AMEA Kibernetika İnstitutunda mühəndis vəzifəsində başlamışdır. AMEA AİS şöbəsində laboratoriya müdiri (1982–1988), baş mühəndis (1988–1992), direktor (1992–1997) vəzifələrində çalışmış, kompüter və telekommunikasiya şəbəkələrinin işlənib hazırlanması və tətbiqi üzrə elmi-tədqiqat işlərinə rəhbərlik etmişdir. 1997–2000-ci illərdə AMEA İnformasiya Telekommunikasiya Elmi Mərkəzinin direktoru vəzifəsində çalışmışdır.
1993-cü il yanvar ayından Yeni Azərbaycan Partiyasının, 2001–2021-ci illərdə Partiyanın Siyasi Şurasının üzvü olmuşdur.
2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olmuşdur.
2000–2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Milli Məclisin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü olmuşdur.
2004–2015[2]-ci illərdə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsində çalışmışdır.
Beynəlxalq İnformatizasiya və Beynəlxalq Telekommunikasiya Akademiyalarının, Rəqəmli İnkişaf üçün Genişzolaqlı Rabitə üzrə BMT Baş katibi yanında Komissiyanın[3], Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunun[4] üzvüdür.
Azərbaycan Dövlət İqtisad Universitetinin "Rəqəmsal texnologiyalar və tətbiqi informatika" kafedrasının müdiridir.[5] AMEA-nın müşaviri (2017), AMEA Yüksək Texnologiyalar Parkının direktoru (2020), 2021-ci ildən isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktorudur.[6]
Beynəlxalq Elmlər Akademiyasının, Ümumdünya Elmlər Akademiyasının (TWAS), Beynəlxalq İnformatizasiya və Beynəlxalq Mühəndislik Akademiyalarının həqiqi üzvü, 5 xarici universititetlərin fəxri doktoru və Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunun (İEEE) üzvüdür.
350-dən çox elmi əsərin, o cümlədən 21 monoqrafiyanın, 2 lüğətin, 9 dərs vəsaitin, 1 ensiklopediyanın və 11 patentin müəllifi, ölkəmizdə keçirilən bir sıra beynəlxalq konfransların təşkilatçısı, yüksək İmpakt Faktorlu (İF-7,4) Applied and Computational Mathematics elmi jurnalın baş redaktorlarından biridir. Rəhbərliyi altında 25 fəlsəfə doktoru və 14 elmlər doktoru hazırlanmışdır.
Vikianbarda Əli Abbasov ilə əlaqəli mediafayllar var. |
Vikikitabda Əli Abbasov/Biblioqrafiya mövzusuna dair mətn var. |