Əlimərdanlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Əlimərdanlı kənd inzibati ərazi dairəsində kənd.[3]
Əlimərdanlı | |
---|---|
41°02′11″ şm. e. 45°40′28″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6027[2] |
Xəritəni göstər/gizlə
|
Oykonim əlimərdanlı nəslinin adını əks etdirir. Etnotoponimdir.[4]
Əlimərdanlı kəndi öz adını təqribən 1680-ci ildə Şəmsəddin mahalının Əmirli obasında anadan olan Əlimərdan adlı şəxsin adından götürmüşdür. Əlimərdanın Pənah, onun da Məhəmmədəli adlı oğlu olmuşdur. Məhəmmədəlinin İbrahim və Qara Əlimərdan adlı oğullarının adları məlumdur. İbrahimin Pənah və İsmayıl adlı oğlanlarının adları məlumdur. Pənahın Hüseyn, Həsən, Ələkbər, Ələsgər adlı oğulları və bir neçə qızı olub. Hüseynin Alı, Abbas, Qəhrəman adlı oğulları və bir neçə qızı olub. Məşhur el sənətkarı Aşıq Nəcəf Əlimərdanlı Alının oğludur. Aşıq Nəcəfin davamçısı onun böyük oğlu Şahniyarın oğlu Şair Məzahir Alıyevdir. Qara Əlimərdandan olanlar Murad, Xəlil, Murğuzalıdır. Muraddan olanlar Murad və Rəhimdir. Muraddan olanlar Nəsir və Bəşirdir. Rəhimdən olan Əlimərdan, ondan olan Paşa, Paşadan olan Muradov Qurbandır. Xəlilin nəvəsi Sovet İttifaqı Qəhrəmanı Mərdan Musayevdir. Murğuzalının nəvəsi əmək qəhrəmanı Məhərrəm Tağıyevdir.
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Tovuzçayın sahilində, Xunan düzündə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | 2981 | 1427 | 1554 |
2009[6] | ↗3170 | ↗1594 | ↗1576 |
1925-ci ildə Səmədbəy, 1939-cu ildə isə Mansurlu kəndlərinin əhalisi bu kəndə köçürülmüşdür.
Kənddə bir vaxtlar konyak zavodu fəaliyyət göstərmişdir.
Kənddə Əlimərdanlı kənd kitabxana filialı,[7] Əlimərdanlı kənd Mədəniyyət Evi,[8] Əlimərdanlı poçt şöbəsi (AZ6027)[9] fəaliyyət göstərir.
Kənddə Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbi fəaliyyət göstərir.[10][11]
Bundan başqa kənddə Əlimərdanlı kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.[12]
Kənddə 02 fevral 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A1-197 olan Əlimərdanlı kəndi "Həzrəti Fatimeyi-Zəhra" məscidi dini icması fəaliyyət göstərir.[13]
Kənddə Əlimərdanlı həkim məntəqəsi yerləşir.[14]