. Love.az

Ethem Mahmud Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Ethem Mahmud Pasa

Əthəm Mahmud Paşa (1831, İstanbul – 7 fevral 1886) — Osmanlı sultanı Sultan Əbdülməcid və Sultan Əbdüləzizin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Əthəm Mahmud Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1831
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 7 fevral 1886(1886-02-07)
Atası Kürəkən Mehmed Əli Paşa
Anası Salehə xanım
Həyat yoldaşı
  • Rəfiyə Sultan (1857–1880)
Uşağı Mehmed Əli bəy

Atası Sultan Əbdülməcid dönəminin sədrəzəmlərindən Mehmed Əli Paşa idi. Atası Sultan Mahmudun qızlarından Adilə Sultanla evli olsa da, Əthəm Paşa onun öncəki evliliyindən dünyaya gəlmişdir. Analığının saraya yaxınlığını səbəbilə mükəmməl təhsil aldı. 1850-ci ildə hərbi məktəbə daxil oldu. 1854-cü ildə Sultan Əbdülməcidin qızlarından Rəfiyə Sultanla nişanlandı. Cütlüyün toy mərasimi isə 21 iyul 1857-ci ildə Topqapı sarayında baş tutdu və cütlüyə Üsküdarda bir saray təsis edildi.

Toy mərasiminin ardından general-leytenant rütbəsinə yüksələn Əthəm Paşa 1858-ci ildə vəzir rütbəsiylə Ali məclisə üzv seçildi. 1871-ci ilədək bir neçə dəfə məclis üzvlüyündən ayrılıb yenidən təyin olundu. 1880-ci ildə xanımının vəfatının ardından Fatma Nazlı xanımla evləndi və bu nigahından Mehmed Əli bəy (ö. 6 oktyabr 1887) adlı bir oğlu dünyaya gəldi.

Ardından səhhəti pisləşdi və yatalaq xəstəliyinə tutuldu. Bir neçə il davam edən xəstəliyin ardından 1886-cı ildə vəfat etdi. Cənazəsi Sultan Mahmud türbəsinin bağçasına dəfn edilmişdir. Xanımının övladının olmaması və Əthəm Paşanın qadınlara olan düşkünlüyü səbəbilə evliliyinin yaxşı keçmədiyi, Rəfiyə Sultanın qardaşlarına yazdığı məktublarda ərindən şikayət etdiyi bilinir.

Mənbə

redaktə
  • Sicill-i Osmani II cild, səh. 108

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əthəm_Mahmud_Paşa&oldid=7976420"
LOVE.AZ