Mehmed Əli Paşa (1813[1] – 1868[1], İstanbul) — Sultan Əbdülməcid səltənətində 7 ay 12 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.[2][3][4][5]
Mehmed Əli Paşa | |
---|---|
![]() | |
3 oktyabr 1852 – 14 may 1853 | |
Əvvəlki | Mehmed Əmin Əli Paşa |
Sonrakı | Mustafa Naili Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Rizə, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | Adilə Sultan türbəsi |
Fəaliyyəti | diplomat |
Atası | Hacı Ömər ağa |
Həyat yoldaşı | Adilə Sultan |
Uşaqları |
Əthəm Mahmud Paşa Hayriyə xanım Sultan |
Dini | Sünni, İslam |
Rütbəsi | Admiral |
1813-cü ildə Həmşin kəndində (Rizə vilayətinin Çayeli mahalı) anadan olmuşdur. Atası Hacı Ömər Ağa idi. Uşaq ikən atası ilə İstanbula gələrək kaptanpaşa Pabuççu Əhməd Paşanın xidmətinə girir. Mehmed ölümündən sonra Əndəruna girmişdir.
Mehmed Əli Paşa 1845-ci ildə Sultan II Mahmudun qızı və Sultan I Əbdülməcidin bacısı Osmanlı şahzadəsi Adilə Sultanla (1826–1899) evlənərək "Damat" (Sultanın kürəkəni) titulu almışdır.
1845–1847-ci, 1848–1849-cu, 1851-ci, 1855–1858-ci, 1858–1853-cü, 1866–1867-ci illərdə Damad Mehmed Əli Paşa altı dəfə Osmanlı imperiyasının kaptan-ı dəryası kimi xidmət etmişdir. 1847-ci ildə Məclisin üzvü olmuşdur.
1849–1851-ci, 1853–1854-cü illərdə də sərkərdə vəzifəsini tutmuşdur.