. Love.az

12 Mart - Wikipedia - Love.az

Ana Səhifə - 12 Mart

12 mart — Qriqorian təqvimində ilin 72-ci günü. Bu tarixdə ilin sonuna 293 gün (uzun ildə 294 gün) qalır.

←
→
Mart
B.e Ç.a Ç C.a C Ş B
          1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31            
2025-ci il

Mündəricat

  • 1 Əhəmiyyətli hadisələr
    • 1.1 1600-cü ildən əvvəl
    • 1.2 1601–1900
    • 1.3 1901–cari
    • 1.4 Azərbaycana aid hadisələr
  • 2 Doğumlar
    • 2.1 1600-cü ildən əvvəl
    • 2.2 1601–1900
    • 2.3 1901–cari
  • 3 Ölümlər
    • 3.1 1600-cü ildən əvvəl
    • 3.2 1601–1900
    • 3.3 1901–cari
  • 4 Bayramlar və xüsusi günlər
  • 5 İstinadlar

XX və XXI əsrdə Yuli təqvimi ilə 28 fevral tarixinə uyğun gəlir.[1]

Əhəmiyyətli hadisələr

redaktə

1600-cü ildən əvvəl

redaktə
Bu bölmə boşdur.
Məzmun əlavə edərək kömək edə bilərsiniz.

1601–1900

redaktə
Bu bölmə boşdur.
Məzmun əlavə edərək kömək edə bilərsiniz.

1901–cari

redaktə
 
Moskva Beynəlxalq Biznes Mərkəzi
  • 1913 — Avstraliyanın gələcək paytaxtı rəsmi olaraq Kanberra adlanıb.[2]
  • 1918 — Sankt-Peterburq 1713-cü ildən paytaxt statusun çox hissəsini saxlamasına baxmayaraq, Moskva yenidən Rusiyanın paytaxtı oldu.[3]
  • 1938 — Anşluss: Almaniya qoşunları Avstriyanı işğal edərək, Almaniyaya birləşdirdi.[4]
  • 1993 — Şimali Koreya Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsindən çıxacağını elan edir və müfəttişlərin nüvə obyektlərinə daxil olmasına icazə verməkdən imtina edib.[5]
  • 1999 — Keçmiş Varşava Müqaviləsi Təşkilatının üzvləri olan Çexiya, Macarıstan və Polşa NATO-nun üzvü olub.
  • 2009 — Maliyyəçi Bernard Medoff Uoll-Strit tarixinin ən böyük fırıldaqlarından birində günahını etiraf edib.[6]
  • 2011 — Fukuşima-1 AES-də reaktor Senday zəlzələsi və sunamisindən bir gün sonra partlayaraq atmosferə radioaktivlik yayıb.[7]
  • 2020
    • ABŞ COVID-19 koronavirus pandemiyası səbəbindən Avropadan bütün səyahətləri dayandırıb.[8]
    • Qabon, Qana və Trinidad və Tobaqoda ilk dəfə COVID-19 qeydə alınıb.[9]

Azərbaycana aid hadisələr

redaktə
  • 1992 — Azərbaycan və İran arasında diplomatik əlaqələr qurulmuşdur.[10]
  • 2002 — Azərbaycan kriminalisti Rövşən Əliyev Bakı şəhərinin Nizami küçəsində bina girişində odlu silahla qətlə yetirilib.[11]

Doğumlar

redaktə

1600-cü ildən əvvəl

redaktə
Bu bölmə boşdur.
Məzmun əlavə edərək kömək edə bilərsiniz.

1601–1900

redaktə
  • 1685 — Corc Berkli, İngiltərə və İrlandiya filosofu
  • 1872 — Aşıq Mirzə Bilal, Azərbaycan aşığı

1901–cari

redaktə
 
Teymur Rəcəbov
  • 1904 — Əbülhəsən Ələkbərzadə, Azərbaycan nasiri
  • 1922 — Cek Keruak, ABŞ yazıçısı və şairi
  • 1926 — Şükür Əhmədov, Azərbaycan heyvandarı
  • 1932 — Endryu Yanq, ABŞ siyasətçisi və diplomatı
  • 1933 — Cabir Novruz, Azərbaycan şairi
  • 1942 — Ratko Mladiç, Yuqoslaviya general-polkovniki
  • 1947 — Mit Romni, ABŞ senatoru
  • 1952 — Hulusi Akar, Türkiyə dövlət xadimi
  • 1954 — Jozef Nqyut, Kamerun baş naziri
  • 1957
    • Məbud Məhərrəmov, Azərbaycan aktyoru
    • Marlon Cekson, ABŞ müğənnisi və əvəzolunmaz Maykl Ceksonun qardaşı
  • 1959 — Milorad Dodik, Bosniya və Herseqovina siyasətçisi
  • 1968 — Martin Şöller, Almaniya fotoqrafı
  • 1969 — Beyazıt Öztürk, Türkiyə aparıcısı və aktyoru
  • 1987 — Teymur Rəcəbov, Azərbaycan şahmatçısı
  • 1988 — Kostas Mitroğlu, Yunanıstan futbolçusu
  • 1993 
    • Mamadou Mbodj, Seneqal futbolçusu
    • Vüsal Rüstəmov, Azərbaycan giziri
  • 2002 — Habil Muradov, Azərbaycan əsgəri

Ölümlər

redaktə

1600-cü ildən əvvəl

redaktə
  • 1289 — II Demetre, Gürcüstan kralı
  • 1507 — Çezare Borcia, İtaliya kardinalı

1601–1900

redaktə
 
Qaçaq Nəbi
  • 1896 — Qaçaq Nəbi, Azərbaycan xalq qəhrəmanı

1901–cari

redaktə
  • 1925 — Sun Yatsen, Çin siyasətçisi
  • 1937 — Şarl-Mari Vidor, Fransa orqan ifaçısı və bəstəkarı
  • 1969 — Ənvər Qasımzadə, Azərbaycan memarı
  • 1980 — Lətif İmanov, Azərbaycan fiziki
  • 1992 — Elgiz Kərimov, Azərbaycan hərbçisi, Azərbaycanın Milli Qəhrəmanı
  • 2002 — Rövşən Əliyev, Azərbaycan kriminalisti
  • 2017 — Səadət Abdullayeva, Azərbaycan musiqişünası
  • 2018 — Oleq Tabakov, Rusiya aktyoru
  • 2019
    • Fəraməz Əkbərian, Böyük Britaniya nüvə alimi
    • Musa Məmmədov, Azərbaycan deputatı
  • 2020 — Adil Zeynalov, Azərbaycan aktyoru

Bayramlar və xüsusi günlər

redaktə
  •   Çin — Ağac əkilməsi günü
  •   Mavritaniya — Milli Gün
  •   Zambiya — Gənclər Günü

İstinadlar

redaktə
  1. ↑ XX və XXI əsrlərdə Qriqorian təqvimi Yuli təqvimindən 13 gün irəlidədir.
  2. ↑ Pegrum, Roger. "The Siting and Naming of Canberra". www.nca.gov.au (ingilis). 25 August 2016. 17 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2020.
  3. ↑ "Moscow becomes the capital of the Soviet state". Presidential Library (ingilis). 1 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2020.
  4. ↑ Prodhan, Georgina. "Austria's president says Nazi past can't be forgotten". Reuters (ingilis). 12 March 2013. 21 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2020.
  5. ↑ "Fact Sheet on DPRK Nuclear Safeguards". www.iaea.org (ingilis). IAEA. 25 July 2014. 1 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2020.
  6. ↑ Frank, Robert; Efrati, Amir; Lucchetti, Aaron; Bray, Chad. "Madoff Jailed After Admitting Epic Scam". Wall Street Journal. 14 March 2009. 9 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2020.
  7. ↑ "Fukushima Nuclear Accident Update Log". www.iaea.org (ingilis). IAEA. 12 March 2011. 13 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2020.
  8. ↑ "Coronavirus: Trump suspends travel from Europe to US". BBC News (ingilis). 2020-03-12. 2020-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-14.
  9. ↑ "UPDATED: Timeline of the Coronavirus". www.thinkglobalhealth.org. www.thinkglobalhealth.org. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 yanvar 2022.
  10. ↑ "Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəfli münasibətlər". mfa.gov.az. 2022-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  11. ↑ "Evlərinin kandarında öldürülənlər... (İnfoqrafika)". www.azadliq.org. www.azadliq.org. 2021-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=12_mart&oldid=7875241"
LOVE.AZ