. Love.az

1945 1949 Cu Illerde Almaniya - Wikipedia - Love.az

Ana Səhifə - 1945 1949 Cu Illerde Almaniya

"1945–1949-cu illərdə Almaniya" və ya "İşğal altındakı Almaniya" — Almaniyanın İkinci Dünya müharibəsindən sonra Müttəfiq Dövlətlər tərəfindən idarə olunduğu dövrdür. Amerika, Böyük Britaniya, Sovet və Fransa qüvvələrindən ibarət olan Müttəfiq Sınaq İdarəsi ölkəni 1945–1949-cu illərdə idarə etdi. Onun ərazisində sonralar Qərbi Almaniya, Şərqi Almaniya, Qərbi Berlin və Saar Protektoratı yaradılmışdır.

Tarixi dövlət
1945–1949-cu illərdə Almaniya
Bayraq
← 
 →
 →
 →
 →
9 may 1945 — 23 may 1949

Paytaxt Berlin
Dil ingilis dili
Rəsmi dilləri
  • alman dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İşğal Almaniyasının bayrağı
Almaniyanın bölüşdürülməsi
Berlinin bölüşdürülməsi

Mündəricat

  • 1 Almaniyanın işğalı
  • 2 İki Almaniya Respublikası
  • 3 Nasizmdən təmizlənmə müddəti
  • 4 Qalereya
  • 5 Əlavə ədəbiyyat
    • 5.1 Birinci mənbələr və tarixşünaslıq
  • 6 Xarici keçidlər

Almaniyanın işğalı

redaktə
 
İşğal altındakı Almaniya. Bənövşəyi hissə 1945-ci ilin iyulunda ABŞ və Böyük Britaniyanı geri çəkildiyi sovet ərazisidir.

1945-ci ilin ilk aylarında İngilislər, Kanadalılar, Amerikalılar və Fransızlar Reyndən keçərək Qərbi və Cənubi Almaniyanı işğal etdilər. Sovet ordusu Berlinə Polşa, Macarıstan və Çexoslovakiyanı alaraq daxil oldu. Berlin 16 aprel – 2 may 1945-ci illər arasında olan ağır döyüşlərdən sonra təslim oldu. Bu vaxt Adolf Hitler intihar etdi. Bir neçə gün sonra, 8 may 1945-ci ildə Fransadakı Alman ordusu, general Dvayt Eyzenhaverə təslim oldu.

Almaniyanın hamısı müttəfiqlər tərəfindən işğal edildi. İngilislər Reyn bölgəsində, Hannover, Şlezviq-Holşteyn və Hamburqda idi; Amerikalılar Mərkəzi və Cənubi Almaniya və Bremen; Fransızlar Saarland və Yuxarı Reyn; Elba və Köniqsberqdən şərqdəki bölgələri sovet qüvvələri (bu gün Kalininqrad adlanır); Polyaklar Şərqi Prussiyanın, Pomeraniyanın, Brandenburqun qalan hissəsini və Oder və Neisse çaylarının şərqindəki bölgələri işğal etdilər.

ABŞ, İngiltərə və Sovet İttifaqının 1945-ci il 17 iyul – 2 avqust tarixləri arasındakı Potsdam konfransında qəbul etdiyi qərara görə, Almaniya vahid bir ölkə kimi idarə ediləcəkdi. Lakin bu qərar heç vaxt yerinə yetirilmədi və Müttəfiqlərin hər biri işğal olunmuş əraziləri öz qaydaları ilə idarə etdi.

İngiltərə, ABŞ, Fransa və Sovet İttifaqı arasında fikir ayrılıqları getdikcə kəskinləşməyə başladı. Sonda birlikdə işləmək imkanı tamamilə itirildi. Almaniya şərq və qərbə bölündü. Berlinin bir hissəsi Sovet ərazisində qaldı.

  •  
    1945-ci ildə müvəqqəti hökumətin rəhbəri olan 4 komandir, soldan sağa doğru: Montgomery, Eisenhower, Jukov və Tassigny.
  •  
    Nəqliyyat nəzarətinə görə məsuliyyət daşıyan SSRİ əsgəri ilə RAF-a aid iki ingilis zabit.

İki Almaniya Respublikası

redaktə

İkinci Dünya müharibəsindən sonra Almaniya viran qaldı. Milyonlarla insan ac qaldı və milyonlarla alman viran qalmış evlərdə, xarabalıqlarda yaşamağa çalışırdı. Fabriklərin əksəriyyəti dağıdılmışdı. Salamat qalmış fabriklər isə yanacaq çatışmazlığı və ya xammal çatışmazlığı səbəbindən iş görə bilmirdilər. Onları kənardan almaq üçün pul da yox idi. Bir çox körpü, lokomotiv, yük maşını dağıdılmış, dəmir yolları yararsız hala düşmüşdü. Nəticədə ağır işsizlik oldu. Müttəfiqlər bu problemləri həll etməklə məşğul olduqları bir dövrdə, 1948-ci ilin iyun ayında yeni bir böhran baş verdi. Sovet İttifaqı Berlin ilə Qərbi Almaniya arasında nəqliyyat əlaqəsini kəsdi. İngiltərə və ABŞ daha sonra doqquz ay hava yolu ilə Berlin şəhərinin ərzaq və digər ehtiyaclarını qarşılamışdı.

Bu vaxt ABŞ, İngiltərə və Fransa Almaniyanın yeni hökumətinin yaradılması üzərində işləməyə başladılar. Qərbi Almaniyanın federal bir respublika olmasına qərar verildi. 1949-cu il avqust seçkilərindən sonra Bonn şəhərində yeni parlament işə başladı. Konrad Adenauer Almaniya Federativ Respublikasının ilk kansleri olur.

Sovet İttifaqı da Almaniya Demokratik Respublikasının qurulmasına səbəb oldu. 1954-cü ildə ABŞ, İngiltərə və Fransa bir il ərzində Almaniya Federativ Respublikasının işğalına son qoymağa və ölkənin müdafiə sahəsində əməkdaşlıq müqaviləsi olan Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olmağa razılıq verdilər. Elə həmin il Sovetlər Almaniya Demokratik Respublikasının müstəqil bir dövlət olduğunu elan etdilər.

Nasizmdən təmizlənmə müddəti

redaktə
Əsas məqalə: Nasizmdən təmizlənmə

Almaniyanın işğalı zamanı müttəfiqlər Nasional Sosializmin bütün izlərini ölkədən silmək üçün çalışdılar. Nasional Sosialist Alman Fəhlə Partiyası cinayətkar təşkilat elan edildi və yenidən qurulması qadağan edildi. Nasional sosializmi simvolizə edən hər şey çıxarıldı, svastika "qadağan simvolu" kimi elan edildi. Nasistlərin hakimiyyəti dövründə istifadə olunan bayraq ləğv edildi və onu bu gün də istifadə olunan qara-qırmızı-qızılı rənglərdən ibarət bayraq əvəz etdi. Hitlerin adını daşıyan yüzlərlə küçə nişanları çıxarıldı və bu küçələrin adları dəyişdirildi. "Reyx" anlayışı, yəni dövlət mexanizminin əsasını təşkil edən "İmperiya" ləğv edildi. Müttəfiq qoşunlarının əsgərləri Alman xalqını ölüm düşərgələrinə apararaq öldürülən yəhudilərin cəsədlərini göstərdilər. Bu və buna bənzər digər işlər Almaniya cəmiyyətinin düşüncə baxımdan yenidən təşkilatlanması üçün aparılmışdır.

Qalereya

redaktə
  •  
    Bir Reyxsparteitaq stadionundakı svastika məhv edilərkən.
  •  
    Bir alman qadın və öldürülmüş insanlar.

Əlavə ədəbiyyat

redaktə
  • Bark, Dennis L., and David R. Gress. A History of West Germany Vol 1: From Shadow to Substance, 1945–1963 (1992)
  • Bessel, Richard. Germany 1945: from war to peace (Simon and Schuster, 2012)
  • Campion, Corey. "Remembering the" Forgotten Zone": Recasting the Image of the Post-1945 French Occupation of Germany." French Politics, Culture & Society 37.3 (2019): 79–94.
  • Erlichman, Camilo, and Knowles, Christopher (eds.). Transforming Occupation in the Western Zones of Germany: Politics, Everyday Life and Social Interactions, 1945–55 (Bloomsbury, 2018). ISBN 978-1-350-04923-9
  • Golay, John Ford. The Founding of the Federal Republic of Germany (University of Chicago Press, 1958)
  • Jähner, Harald. Aftermath: Life in the Fallout of the Third Reich, 1945–1955 (2022) excerpt
  • Jarausch, Konrad H.After Hitler: Recivilizing Germans, 1945–1995 (2008)
  • Junker, Detlef, ed. The United States and Germany in the Era of the Cold War (2 vol 2004), 150 short essays by scholars covering 1945–1990 excerpt and text search vol 1; excerpt and text search vol 2
  • Knowles, Christopher. "The British Occupation of Germany, 1945–49: A Case Study in Post-Conflict Reconstruction." The RUSI Journal (2013) 158#6 pp: 84–91.
  • Knowles, Christopher. Winning the Peace: The British in Occupied Germany, 1945–1948, (Bloomsbury Academic, 2017)
  • Main, Steven J. "The Soviet Occupation of Germany. Hunger, Mass Violence and the Struggle for Peace, 1945–1947." Europe-Asia Studies (2014) 66#8 pp: 1380–1382. DOI:10.1080/09668136.2014.941704
  • Phillips, David. Educating the Germans: People and Policy in the British Zone of Germany, 1945–1949 (2018) 392 pp. online review
  • Schwarz, Hans-Peter. Konrad Adenauer: A German Politician and Statesman in a Period of War, Revolution and Reconstruction (2 vol 1995) full text vol 1 Arxivləşdirilib 28 iyun 2011 at the Wayback Machine
  • Taylor, Frederick. Exorcising Hitler: the occupation and denazification of Germany (Bloomsbury Publishing, 2011)
  • Weber, Jurgen. Germany, 1945–1990 (Central European University Press, 2004) online edition

Birinci mənbələr və tarixşünaslıq

redaktə
  • Andrews, Ernest A.; Hurt, David B. A Machine Gunner's War: From Normandy to Victory with the 1st Infantry Division in World War II. Philadelphia & Oxford: Casemate. 2022. ISBN 978-1636241043.
  • Beate Ruhm Von Oppen, ed. Documents on Germany under Occupation, 1945–1954 (Oxford University Press, 1955) online
  • Clay, Lucius D. The papers of General Lucius D. Clay: Germany, 1945–1949 (2 vol. 1974)
  • Miller, Paul D. "A bibliographic essay on the Allied occupation and reconstruction of West Germany, 1945–1955." Small Wars & Insurgencies (2013) 24#4 pp: 751–759. DOI:10.1080/09592318.2013.857935

Xarici keçidlər

redaktə
  Vikianbarda 1945–1949-cu illərdə Almaniya ilə əlaqəli mediafayllar var.
  • Şablon:Internet Archive short film
  • Şablon:Internet Archive film
  • The Struggle for Germany and the Origins of the Cold War by Melvyn P. Leffler
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=1945–1949-cu_illərdə_Almaniya&oldid=8135485"
LOVE.AZ