. Love.az

1946 - Wikipedia - Love.az

Ana Səhifə - 1946
1946 digər təqvimlərdə
Qriqori təqvimi 1946
MCMXLVI
Yuli təqvimi 1946
Yuli təqvimi
bizans erasında
7454-7455 (1 sentyabr)
Romanın yarandığı gündən 2698-2699 (21 aprel)
Avropa təqvimi
5706-5707

ה'תש"ו  - ה'תש"ז

Hicri təqvim 1365-1366
Erməni təqvimi 4438-4439 (11 avqust)

ՌՋԽԶ

Çin təqvimi 4642-4643
乙酉 - 丙戌
yaşıl xoruz  - qırmızı it
Efiopiya təqvimi 1938 - 1939
Hind təqvimi
⁃ Vikram-samvat 2002-2003
- Şaka sambat 1868—1869
⁃ Kali-yuqa 5047-5048
İran təqvimi 1324-1325
Buddist təqvimi 2489
Holosen təqvimi 11946
Yapon xronologiyası 21 Syova erası
Fransız inqilabı təqvimi 154—155
Çuçxe təqvimi 35-ci çuçxe ili
Minqo təqvimi 35-ci Tayvan ili

Hadisələr

redaktə
  • 11 yanvar - Albaniya Xalq Respublikasının yaradılması.
  • Fevral - ABŞ-də "Məşğulluq haqqında" qanunun qəbul edilməsi.
  • 15 mart - SSRİ-də Stalin dövrünün ən böyük inzibati islahatı keçirildi: Yeni qəbul olunan qanuna əsasən SSRİ Xalq Komissarları Sovetinin SSRİ Nazirlər Soveti adlandırılması, xalq komissarları sistemi ləğv olundu, onun əvəzində nazirliklərin yaradılması.
  • 18 mart - SSRİ ilə İsveç arasında diplomatik münasibətlərin bərpa edilməsi.
  • 7 aprel — Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması. BMT-nin üzvü olan 26 dövlət təşkilatın nizamnaməsini ratifikasiya edib və sənəd qüvvəyə minib. 7 aprel Dünya səhiyyə günü kimi qeyd olunur.
  • May - ABŞ-də iki il ərzində veteranlar üçün 2,7 milyon mənzil tikilməsini nəzərdə tutan xüsusi fövqəladə qanun qəbul edilməsi.
  • 7 may - Tokioda Soni kompaniyasının əsasının qoyulması.
  • 9 may - İtaliya kralı III Viktor Emmanuilin öz oğlu II Umbertonun xeyrinə taxtdan əl çəkməsi.
  • 18 iyun - Referendumun nəticələrinə əsasən İtaliyanın respublika elan edilməsi.
  • 23 iyun - Fransada Jorj Bidonun başçılığı ilə yeni müvəqqəti hökumətin təşkil olunması.
  • 11 iyul - Rumıniyada aqrar qanunun qəbul edilməsi.
  • 29 iyul - İkinci Dünya müharibəsinin yekunlarına dair Paris sülh konfransının işə başlaması.
  • 1 sentyabr - Yunanıstanda keçirilən plebisitin nəticələrinə əsasən ölkədə monarxiya quruluşunun bərpa olunması.
  • 10 sentyabr - Tokioda Amada kompaniyasının əsasının qoyulması.
  • 1 oktyabr - Misirdə fövqəladə vəziyyətin elan edilməsi.
  • 25 oktyabr - Misirin Baş Naziri İsmail Sidqi Londonda yeni ingilis- misir müqaviləsinin imzalanması.
  • 8 noyabr - Vyetnam Demokratik Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi.
  • 28 noyabr - Fransada Jorj Bido hökumətinin istefa verməsi.
  • 2 dekabr - ABŞ və Böyük Britaniya arasında Almaniyadakı öz işğal zonalarının birləşdirilməsinə dair sazış imzalanması. Bu sazişə əsasən Bizoniya yaradıldı.
  • 16 dekabr - Fransada Leon Blüm hökumətinin təşkil olunması.
  • 31 dekabr - ABŞ prezidenti Harri Trumen tərəindən hərbi əməliyyatların başa çatmasına dair bəyannamə imzalanması.
  • 6 yanvar - Cənubi Azərbaycan milli hökumətinin qərarı ilə Azərbaycan dilinin dövlət dili elan olunması.
  • İyun - Təbriz Universitetinin açılması.
  • 26 avqust — Azərbaycan müəllimlərinin VI qurultayının keçirilməsi.

Doğumlar

redaktə
  • 2 yanvar - Əli Nəzmi (Əli Məhəmməd oğlu Məmmədzadə) - şair, publisist, tərcüməçi.
  • 9 fevral – Ələsgər Məmmədoğlu – Azərbaycan teatr və kino aktyoru.
  • 23 fevral — Anatoli Banişevski – SSRİ-nin əməkdar məşqçisi.
  • 22 aprel — Allahverdi Bağırov – Azərbaycanın Milli Qəhrəmanı.
  • 19 may - Mikele Plaçido - italyan aktyoru.
  • 6 iyul - Silvestr Stallone - amerika aktyoru, kinorejissor və ssenarist
  • 20 iyul — Rafiq Dadaşov - Azərbaycan rejissoru.
  • 1 avqust — Afiyəddin Cəlilov – Azərbaycanın dövlət və siyasi xadimi.
  • 5 sentyabr — Freddi Merkuri (Fərrux Bülsara) – Britaniyalı rok ifaçısı, məşhur Kuin (Queen) rok qrupunun ifaçısı və yaradıcısı.
  • 19 sentyabr — Abdraşit Abdraxmanov
  • 2 dekabr — Canni Versaçe - italiyalı geyim dizayneri.
  • 15 dekabr — Ramiz Rövşən – şair, yazıçı, esseist, kino-dramaturq, tərcüməçi.
  • 20 dekabr — Heybət Hörmət - Azərbaycan aktyoru və rejissoru.
  • 23 may — Məmməd Şirzad - rəssam-boyakar.
  • 10 iyun — Səfa Abasov — Azərbaycan kimyaçısı, kimya üzrə elmlər doktoru (1993), professor (2009).
  • 18 avqust - Kamil Vəli Nərimanoğlu - tənqidçi, ədəbiyyatşünas, türkoloq, filologiya elmləri doktoru (1988), professor (1989), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1981), Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri.

Vəfatlar

redaktə
  • 3 iyun - Kalinin Mixail İvanoviç - sovet dövlət və partiya xadimi.
  • 13 avqust- Herbert Uells - ingilis yazıçısı və publisisti.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=1946&oldid=7912885"
LOVE.AZ