99 frank (fr. 99 francs) — fransız yazıçısı Frederik Beqbederin 2000-ci ildə dərc edilmiş romanı. Romanın adı onun Fransadakı satış qiyməti ilə üst-üstə düşür. Roman dərc edildiyi ildə Fransada satışların liderinə çevrilmişdi.
99 frank | |
---|---|
fr. 99 francs | |
![]() | |
Müəllif | Frederik Beqbeder |
Orijinalın dili | fransızca |
Ölkə |
![]() |
Orijinalın nəşr ili | avqust, 2000 |
Əvvəlki | Məhəbbət üç il yaşayır |
"99 frank" romanı reklam və marketinq bazarını tənqid edən satiradır. Romanın ideyası V.Pelevinin "Generation P" romanının ideyasına bənzəyir, lakin bu romanda satira daha kəskindir.
Romanın baş qəhrəmanı reklam agentliyində kopirayter işləyən Oktav eyni işdə işləmiş Beqbederin alter-eqosudur. Oktavın işi reklam kampaniyaları üçün ideyalar və sloqanlar ("titrlər") fikirləşməkdir. Romanın mərkəzi süjeti Oktavın "Manon" süd şirkəti üçün reklam hazırlaması ətrafında cərəyan edir. Reklamın hazırlanması prosesini müvafiq terminologiya ilə detallarınadək təsvir edən yazıçı Oktavın dilindən "istehlak cəmiyyəti"ni, hər şeyin, hətta hisslərin də alınıb satıldığı cəmiyyəti və reklamın müasir dünyadakı hökmran rolunu tənqid edir.
Müəllif Oktavı Onore de Balzakın qəhrəmanı olan Rastinyakla müqayisə edir və Oktavı onun xələfi adlandırır.[1]
Beqbeder hesab edir ki, reklam həm də ideologiyadır, çünki bizə müəyyən həyat, geyim, düşüncə tərzini satırlar. Qadın nümunələri və davranış nümunələri var. Əgər sizin maşınınız və eviniz "məsləhət görüləndən" deyilsə, mebelinizi "İkea"dan almırsınızsa, siz ömrünüz boyu bədbəxt olacaqsınız.[2]
2007-ci ildə romanın əsasında rejissor Yan Kunen tərəfindən eyniadlı film çəkilmişdir.Oktav rolunu aktyor Jan Düjarden ifa etmişdir.