Avropa İttifaqı (Aİ)[1] və ya Avropa Birliyi — 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat.
Avropa İttifaqı EU | |
---|---|
European Union | |
![]() | |
![]() | |
Növü | Regional |
Yaranma tarixi | 23 iyul 1952 |
Rəsmi dili |
|
Mərkəzi | Brüssel, Lüksemburq, Strasburq |
Qurucusu | |
Sədr |
Şarl Mişel Ursula von der Leyen |
Üzvləri | |
europa.eu | |
![]() |
Formal olaraq 1 noyabr 1992-ci ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Cəmiyyəti (AKPC) yaradılması ilə qoyulub.
Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir.
Aİ yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər İttifaqın ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir.
Avropa idealı real bir siyasi proyektə çevrilib Avropa İttifaqı üzvü olan dövlətlərin hökumət siyasətlərində uzun müddətli bir hədəf halına gəlməmişdən əvvəl sadəcə filosofların və uzaqgörən insanların düşüncələrində yaşayırdı. Avropa Birləşmiş Ştatları və ya Dövlətləri humanist və sülhsevər bir xəyalın parçası idi. Avropa illərcə tez-tez baş verən qanlı müharibələrə şahid olmuşdur. 1870–1945-ci illərdə Fransa və Almaniya 3 dəfə müharibə etdilər. Bir çox insan həlak oldu. Bu fəlakətlərdən sonra bəzi Avropa ölkələrinin liderləri sülhün təmin olunmasının yeganə yolunun ölkələrin iqtisadi və siyasi yöndən birləşməsi olduğu fikrinə gəldilər. Avropada milli uzlaşmazlıqları dəf edə biləcək bir təşkilatın qurulması İkinci dünya müharibəsi zamanı totalitar rəhbərliklərə qarşı mübarizə aparan müqavimət hərəkatlarından qaynaqlanmışdır.
Avropada bütünləşmə müddətinə sürət qazandıran biri federasiya tərəfdarı, digəri funksional olan iki hərəkatın müdafiəçiləri İtalyan federalist Altiero Spinelli ilə 1951-ci ildə Avropa Kömür və Polad İttifaqının (AKPİ) qurulmasına yol açan Şuman Planının ilham qaynağı Jan Monnetdir. Hər iki cərəyanın fərqli fikirləri var idi. Nəticə olaraq 1951-ci ildə Avropa Kömür və Polad İttifaqı Belçika, Qərbi Almaniya, Lüksemburq, Fransa, İtaliya və Niderlanddan ibarət 6 üzv ilə quruldu. Bu ölkələrdəki kömür və polad sənayesi ilə əlaqədar alınan qərarlar, müstəqil bir quruma ötürüldü. Sözü gedən qurumun ilk başçısı isə Jan Monnet oldu.
Avropa İttifaqı 1995-ci ildə ilk fəallarının xatirəsinə tikilmiş bir abidə kimidir; iqtisadi, sənaye, siyasət, vətəndaş haqları və xarici siyasət sahələrini əhatə edən çoxsektorlu bütünləşmənin ən üstün formasıdır. Avropa Kömür və Polad İttifaqını quran Paris Müqaviləsi (1951), Avropa İqtisadi İttifaqıni və Avropa Atom Enerjisi İttifaqıni quran Roma Müqavilələri (1957), Vahid Avropa Sənədi (1986) və Maastrixt sazişi (1992) üzv dövlətləri hegemon dövlətlər arasındakı ənənəvi müqavilələrdən daha möhkəm bir formada bir-birinə bağlayan AB-nin hüquqi təməllərini meydana gətirir. Avropa İttifaqı birbaşa tətbiq edilmə imkanı olan bir qanun təşkil etmə hüququna malikdir və vətəndaşları leyhinə xüsusi haqlar təyin edə bilir.
İttifaqın işləri başlanğıcda altı qurucu üzvü (Almaniya, Belçika, Fransa, Niderland, İtaliya və Lüksemburq) arasında bir kömür və polad ortaq bazarının qurulması ilə məhdudlaşırdı. Müharibə sonrasındakı o günlərdə müharibənin qalib və məğlublarını bərabərhüquqlu olaraq əməkdaşlıq edə biləcəkləri bir təşkilati qurğu içində bir yerə toplayan İttifaq təməlində sülhə zəmanət vermənin bir aləti olaraq başa düşülürdü. Altılar 1957-ci ildə Fransız Milli Məclisinin Avropa Müdafiə İttifaqı layihəsini rədd etməsindən üç il sonra mübarizə apararaq mal və xidmətlərin sərbəst hərəkətinə aid bir iqtisadi birlik qurmağa qərar verdilər.
Avropa İqtisadi İttifaqı 1957-ci ildə altı Qərbi Avropa dövləti (Almaniya, Fransa, Belçika, Niderland, Lüksemburq və İtaliya) arasında imzalanan "Roma Anlaşması" ilə qurulmuşdur. AİB-nə hüquqən və faktiki olaraq beynəlxalq bir qurum olma gücünü qazandıran Anlaşma 1 yanvar 1958-ci il tarixində qüvvəyə minmişdir. Roma Anlaşması 248 maddə və protokoldan ibarətdir.
AİB-nin ən son hədəfi Avropanın siyasi bütünlüyə nail olmasıdır. Bu hədəfə çatmaq üçün nəzərdə tutulan iqtisadi tarazlığı təmin etmək üçün ilk vasitə olaraq üzv ölkələr arasında malların, xidmətlərin, sərmayənin və əməyin sərbəst hərəkət etdiyi bir ortaq bazar və gömrük İttifaqı qurulması nəzərdə tutulmuşdur. Roma Anlaşmasının 2-ci maddəsində AİB-in hədəfi "İttifaqın vəzifəsi ortaq bazarın qurulması və üzv ölkələrin iqtisadi siyasətlərinin getdikcə yaxınlaşdırılması vasitəsilə İttifaqın daxilində iqtisadi fəallıqların qanunauyğun inkişafını, sürətli və taraz bir yayılmanı, artan bir sabitliyi, həyat səviyyəsinin sürətlə yüksəldilməsini və birləşdirdiyi dövlətlər arasında daha möhkəm münasibətlər qurmaqdır" şəklində ümumiləşdirilmişdir.
Məmulatlarda gömrük vergiləri planlaşdırıldığı kimi 1 iyul 1968-ci ildə ləğv edildi; xüsusilə kənd təsərrüfatı və ticarət siyasətləri olmaqla ortaq siyasətlər 60-cı illərin sonunda yerini tutmuşdu. Altıların uğuru Böyük Britaniya, Danimarka və İrlandiyanın Birlik üzvlüyünə müraciət etməsinə səbəb oldu. General Şarl de Qollun idarəsi altında olan Fransanın 1961-ci ildə və 1967-ci ildə iki dəfə veto hüququnu istifadə etdiyi çətin bir dövrdən sonra bu üç ölkə 1972-ci ildə üzvlüyə qəbul edildilər. Üzv dövlət sayını altıdan doqquza yüksəldən ilk genişlənmə ilə birlikdə Birlik sosial və regional mövzularda üzərinə götürdüyü məsuliyyətlərlə yeni bir nüfuz qazandı.
1973 və 1979-cu illərdəki iki neft böhranı dünya səviyyəsində pulun qeyri-sabitliyini daha da artırdı. 1979-cu ildə Avropa Pul Sisteminin dövriyyəyə girməsi valyuta məzənnələrinin sabitləşməsinə kömək etdi. Birlik 1981-ci ildə Yunanıstanın, 1986-cı ildə də İspaniya və Portuqaliyanın qatılmaları ilə cənuba doğru genişləndi. Bu genişlənmələr On ikilərin iqtisadi inkişafları arasındakı fərqlilikləri azaltmağa yönələn proqramların həyata keçirilməsini zəruri etdi. Bu dövrdə Birlik Aralıq dənizinin cənubu ilə Afrika, Karib və Sakit Okean ölkələri ilə yeni anlaşmalar imzalayaraq beynəlxalq səviyyədə daha mühüm bir rol oynamağa başladı; Afrika, Karib və Sakit okean ölkələri bir-birinin ardınca dörd Lomé Müqaviləsi (1975, 1979, 1984 ve 1989) ilə Birliklə əlaqə qurdular. Bütün Birlik üzvləri olan ölkələr arasında 15 aprel 1994-cü ildə Mərakeşdə imzalanan bir müqavilə ilə dünya ticarətinin inkişafında yeni bir dövrə addım atıldı.
1 yanvar 1995-ci ildə Avropa İttifaqınə üç yeni üzv qəbul edildi. Avstriya, Finlandiya və İsveç özlərinə məxsus yardımları ilə İttifaqı zənginləşdirir, Orta və Şimali Avropada yeni açılmaları təmin edirlər. 2004-cü ildə isə on yeni ölkə Avropa İttifaqınə üzv oldu. (Kipr, Çex Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya və Sloveniya). 1995-ci il tarixində üzvlük müraciətləri qəbul edilən Bolqarıstan və Rumıniya ilə 2000-ci ildə rəsmi müzakirələr başlandı və 2007-ci ildə birlik üzvü ola biləcəkləri düşünülür. 1987-ci ildə üzvlük müraciəti edən Türkiyə isə 3 oktyabr 2005-ci ildə müraciət sənədinin qəbul edilməsi ilə rəsmən müzakirə müddətinin başlanmasına haqq qazandı. Müzakirələrin ilk hissəsinin tamamlanması tarixinin 2006-cı ilin Sentyabrı olacağı düşünülürdü. 2003-cü ildə namizədlik müraciəti edən Xorvatiya ilə 2005-ci ildə müzakirələrə başlanmışdır. 2004-cü ildə namizədlik müraciəti edən Makedoniya Respublikası isə 2005-ci ilin dekabrında namizəd ölkə statusu qazanmışdır. Son olaraq da Albaniya, Serbiya-Çernoqoriya, Bosniya və Herseqovina və BMT tərəfindən qorunan Kosova namizədlik statusunu gözləyən ölkələrdir.
1948 Brüssel |
1952 Paris |
1958 Roma |
1967 Brüssel |
1987 SEA |
1993 Maastrix (Aİ təsis olundu) |
1999 Amsterdam |
2003 Nitsa |
2009? Lissabon | |
Avropa Atom Enerjisi İttifaqı (EURATOM) | |||||||||
Avropa Kömür və Polad İttifaqı (ECSC) | Avropa İttifaqı (EU) | ||||||||
Avropa İqtisadi İttifaqı (EEC) | → S Ü T U N L A R → |
Avropa İttifaqı (EC) | |||||||
↑Avropa Birlikləri↑ | Ədalət və Daxili İşlər (JHA) | ||||||||
Kriminal məsələlərdə Polis və Məhkəmə əməkdaşlığı (PJCC) | |||||||||
Avropada Siyasi Əməkdaşlıq (EPC) | Birgə Xarici və Təhlükəsizlik Siyasəti (CFSP) | ||||||||
Qərbi Avropa İttifaqı (WEU) | |||||||||
Genişlənmə XXI əsrə hazırlaşan Avropa İttifaqı üçün ən vacib fürsətlərdən biri idi. Yeni üzvlərə bir sabitlik və rifah bölgəsi təqdim edərək, qitənin sülh yolları ilə bütünləşməsini daha irəliyə götürmək üçün bənzərsiz tarixi bir vəzifədir. AB indidən uğurlu bir genişlənmə keçmişinə sahibdir. Avropa Kömür və Polad İttifaqının qurulmasına aid Paris Müqaviləsi (1951) ilə Avropa İqtisadi İttifaqının və EURATOMun qurulmasına aid Roma Anlaşması (1957) altı qurucu üzv tərəfindən imzalanmışdır: Belçika, Fransa, Almaniya, İtaliya, Lüksemburq və Hollandiya. AB bundan sonra dalbadal dörd genişlənmə müddətindən keçmişdir:
Avropa İttifaqı Şurası 1997-ci il Dekabrda Lüksemburq Zirvəsində genişlənməni mümkün hesab edən müddəti başlatmışdır. Bu müddətdə ilk növbədə aşağıda göstərilən on iki ölkə namizəd ölkə statusu almışdır: Bolqarıstan, Cənubi Kipr Rum İdarəsi, Çex Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Rumıniya, Slovakiya və Sloveniya.
Avropa Komissiyasının tövsiyəsi ilə 31 mart 1998-ci ildə altı ölkə ilə müzakirələrə başlanmışdır: Kipr, Çex Respublikası, Estoniya, Macarıstan, Polşa və Sloveniya.
Malta 1996-cı ildə "dondurmuş" olduğu üzvlük müraciətini 1998-ci ilin Oktyabrında yenidən başlatmışdır. Avropa İttifaqı Şurası 1999-cu ilin dekabrında Helsinki Zirvəsində üzvlük müddətinin keyfiyyətini əhatəli şəkildə artırmış və Avropa Komissiyasının tövsiyəsinə əməl edərək altı üzv ölkəylə daha rəsmi üzvlük müzakirələrini başlatmağa qərar vermişdir: Bolqarıstan, Latviya, Litva, Malta, Rumıniya və Slovak Respublikası. Bu altı ölkə ilə müzakirələr 15 fevral 2000-ci ildə rəsmən açılmışdır. Avropa İttifaqı Şurası Helsinkidə Türkiyənin digər üzv ölkələrə tətbiq olunan eyni kriteriyalara görə Birliyə qatılma yolunda bir üzv olduğunu da qeyd etmişdir.
1 may 2004-cü il tarixində 10 yeni üzv ölkənin (Çex Respublikası, Macarıstan, Polşa, Slovakiya, Sloveniya, Litva, Latviya, Estoniya, Malta və Kipr) AB-yə rəsmən qatılması ilə AB tarixinin ən əhatəli genişlənməsini tamamlamış oldu. Cəmi 378 milyon əhalisi olan AB-nin əhalisi son genişlənmə ilə birlikdə 454 milyona çatarkən; 10 yeni ölkənin qatılmasıyla AB-nin rəsmi dillərinin sayı da 11-dən 20-yə yüksəldi. Avropa qitəsinin tarixi bölünməsini sona çatdıran bu genişlənmə dalğası AB-nin sosial, mədəni, iqtisadi tarazlıqları ilə birlikdə təşkilati dayağını da böyük ölçüdə dəyişdirdi.
Avropa İttifaqı sülhü qorumaq, iqtisadi və sosial irəliləməni təmin etmək məqsədilə toplanmış 27 Üzv Dövlətdən ibarətdir. İttifaqın içində ortaq qurumları olan üç İttifaq yer alır. Birincisi 1951-ci il tarixli Paris Anlaşması ilə qurulan Avropa Kömür və Polad İttifaqıdir. Daha sonra 1957-ci il tarixində Roma Anlaşması ilə Avropa İqtisadi İttifaqı və Avropa Atom Enerjisi İttifaqı (EURATOM) qurulmuşdur. İttifaqlar bu müddətin sonunda üzv dövlətlər arasındakı bütün daxili sərhədləri ləğv edərək vahid bir bazar qurublar. 1992-ci ildə Maastrichdə imzalanan Avropa İttifaqı Anlaşması ilə iqtisadi və pul İttifaqı formasında irəliləyən və məlum sahələrdə hökumətlərarası əməkdaşlığı əhatə edən bir Avropa İttifaqı qurulmuşdur. Avropa İttifaqıni isə bənzəri olan iqtisadi birliklər və ya əməkdaşlıq elədiyi qurumlardan fərqləndirən ən böyük xüsusiyyət təşkilati bünövrəsidir. İttifaqı idarə edən qurumlar bunlardır: Demokratik yollarla seçilən Parlament, Üzv Dövlətləri təmsil edən və nazirlərdən ibarət Şura, Avropa Dövlət və Hökumət Başçıları Zirvəsi, Anlaşmaların qoruyucusu olan Komissiya, İttifaqın hüququna uyğunlaşmanı təmin edən Ədalət Divanı və İttifaqın Maliyyə idarəsinə nəzarət edən Ali maliyyə məhkəməsi. Bundan başqa iqtisadi, sosial və regional mənfəət qruplarını təmsil edən müxtəlif məsləhət heyətləri vardır. İttifaqın taraz inkişafına yardım edən layihələrin maliyyələşdirilməsini asanlaşdırmaq məqsədilə qurulan bir Avropa İnvestisiya Bankı mövcuddur. Bunlardan başqa Avropa Pul İnstitutu, Mərkəzi Avropa Bankı və təftişetmə qurumu və şikayət qəbul edən Ombudsman mövcuddur.
Avropa İttifaqının əsas fəaliyyət prinsiplərini tətqiqatçılar aşağıdakı kimi qruplaşdırırlar:
AB-nin əsas fəaliyyət istiqamətləri bunlardır:
Vikianbarda Avropa İttifaqı ilə əlaqəli mediafayllar var. |