. Love.az

Aga Ebulhesen Neqqasbasi Avsar - Wikipedia - Love.az

Ana Səhifə - Aga Ebulhesen Neqqasbasi Avsar

Ağa Əbülhəsən Allahverdi oğlu Nəqqaşbaşı Avşar(Urmiya – 1888) — Azərbaycan rəssamı.

Ağa Əbülhəsən Nəqqaşbaşı Avşar
Doğum yeri
  • Urmiya, Urmiya şəhristanı, Qərbi Azərbaycan ostanı, İran
Vəfat tarixi 1888
Fəaliyyəti rəssam

Mündəricat

  • 1 Həyatı
  • 2 Mənbə
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Əbülhəsən Allahverdi oğlu Urmiya civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bioqraf Məhəmmədəli Tərbiyət "Danişməndani-Azərbaycan" kitabında yazır: "Onun rəssamlıq əsərləri və rəngli peyzajlarını əmisi, məşhur rəssam Əliəşrəf Avşarın qələmdan və kitab üzərində çəkdiyi miniatur və rəsmlərindən ayırd etmək mümkün deyildir. Əziz xan Sərdar onun əsərlərini töhfə kimi Tehrandakı əyanlara göndərərdi. Onun qələmdan üzərində çəkdiyi rəsmlər hələ sağlığında əlli tümənə satılırdı.

Əbülhəsən hicri qəməri 1306 (1888)-cı ildə vəfat etmişdir. ("Əl-məsair vəl-asar"-"Hünərlər və əsərlər")

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, səh. 139–140

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  Rəssam ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağa_Əbülhəsən_Nəqqaşbaşı_Avşar&oldid=6290961"
LOVE.AZ