. Love.az

Agayar Axunzade - Wikipedia - Love.az

Ana Səhifə - Agayar Axunzade

Ağayar Axunzadə -Ağayar Əbdüləzim oğlu Axunzadə 1957-ci il noyabrın 5-də Bakı şəhərində, Zabrat qəsəbəsində anadan olub. 1992-ci ildən SSRİ-nin əməkdar məşqçisi, 1995-ci ildə Tərəqqi, 2002-ci ildə Şöhrət ordenləri təlfif olunmuşdur.2006-cı il dekabr ayının 25-də Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü.

Ağayar Axundzadə
Ağayar Əbdüləzim oğlu Axundzadə
Şəxsi məlumatlar
Vətəndaşlığı azərbaycanlı
Doğum tarixi 5 noyabr 1957 (67 yaş)
Doğum yeri Bakı şəhəri, Zabrat qəsəbəsi
Təhsili Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
İdman növü Cüdo
Medallar

Tərəqqi, Şohrət

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Yetirmələri
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər
  • 6 İstinadlar

Həyatı

redaktə

Ağayar Axundzadə 1957-ci il noyabr ayının 5-də Bakı şəhəri Zabrat qəsəbəsində anadan olub. 1964-cü ildə 75 saylı orta məktəbə getmişdir. 1972-ci ildə Biləcəri qəsəbəsində Azərbaycan Respublikasının əməkdar məşqçisi Sabir Məmmədovun başçılığı altında sərbəst güləş bölməsində məşğul olmuşdur.1973-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi Tərlan Həsənovun başcılığıaltında sambo və cüdo bölməsində məşq etmişdir. Dəfələrlə ağır çəkidə cüdo üzrə Azərbaycan Respublikasının, "Lokomotiv"in mərkəzi Şurasının qalibi olmuş, 1977-ci ildə Gənclərin Ümumittifaq Oyunlarında V yeri tutmuş, 1979-cu ildə SSRİ Xalqlarının V Spartakiadasının iştirakçısı olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası daxil olmuşdur. 1980-ci ildən Respublika Olimpiaya Ehtiyatları idman məktəbində cüdo üzrə məşqçi müəllim işləyir.1996-cı ildə cüdo idman ba. məşqiçisi kimi XXVI, 2000-ci ildə XXVII, 2004-cü ildə XXVIII Yay olimpiya oyunlarında iştirak etmişdir.[1]

Mükafatları

redaktə
  • 1976-cı ildə SSRİ idman ustası normasını yerinə yetirmişdir.
  • 1989-cu ildə Azərbaycan SSRİ-nin əməkdar məşqçisi.
  • 1990-cə ildə SSRİ Dövlət bədən tərbiyəsi və idman əlaçısı medalını.
  • 1992-ci ildə SSRİ-nin əməkdar məşqçisi adlarına layiq görülmüşdür.
  • 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Tərəqqi
  • 2002-ci ildə Şöhrət ordeni ilə təltif olunmuşdur.
  • 2006-cı il dekabr ayının 25-də Azərbaycan Respublikasının Prezidentinin Fərdi təqaüdünə layiq görülmüşdür.

Yetirmələri

redaktə
  • Elçin İsmayılov 5 dəfə avropa cempionu
  • Mövlud Mirəliyev dünya çempionatının bürünc mükafatçısı, Afina Olimpia oyunlarında fəxri 5-ci yerə

Pekin olimpia oyunlarının bürünc mükafatçısı

  • Rəsul Səlimov Dünya çempionatının bürünc mükafatçısı
  • Elxan Rəcəbli Dünya çempionatının bürünc mükafatçısı

Nazim Hüseynov Barselona olimpiya oyunlarının qızıl mükafatçısı

  • Elnur Məmmədli Pekin olimpia oyunlarının qızıl medalçısı

Həmçinin bax

redaktə
  • Ayxan Mamayev
  • Firdovsi Fərzəliyev

Xarici keçidlər

redaktə
  • AĞAYAR AXUNDZADƏ: ƏVVƏLKİ YAY OLİMPİYA OYUNLARINDA DA KOMANDAMIZ YAXŞI ÇIXIŞ ETMİŞDİR
  • Ağayar Axundzadə: "Federasiyanın bu təşəbbüsü bölgələrdə əsl bayrama çevrilib" — VİDEO Arxivləşdirilib 2017-09-17 at the Wayback Machine
  • Ağayar Axundzadə: "İlk dəfədir, yarışlar belə yüksək səviyyədə keçirilir"

İstinadlar

redaktə
  1. ↑ Asif Hüseynli Zabrat və Zabratlılar Bakı, 2007 s.376
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağayar_Axunzadə&oldid=7750036"
LOVE.AZ