. Love.az

Asagi Necili - Wikipedia - Love.az

Ana Səhifə - Asagi Necili

Aşağı Necili — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd.

Aşağı Necili
40°04′27″ şm. e. 44°23′51″ ş. u.HGYO
Ölkə  Ermənistan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1829
Sahəsi
  • 9,25 km²
Mərkəzin hündürlüyü 827 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.886 nəf. (2011)[1]
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Aşağı Necili xəritədə
Aşağı Necili
Aşağı Necili

Mündəricat

  • 1 Tarixi
  • 2 Əhalisi
    • 2.1 Görkəmli şəxsiyyətləri
  • 3 İstinadlar

Tarixi

redaktə

Aşağı Necili İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 2 km qərbdə yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənədək 1969-cu ilə kimi Qəmərli (Artaşat) rayonun tərkibində olunmuşdur. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır[3].

Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə "nəcli" türk etnonimi[4] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR AS RH-nin 25.1.1978-ci il tarixi fərmanı ilə adı dəyişdirilib Sayat Nova (erməni aşığı Sayat Novanın şərəfinə) qoyulmuşdur[5].

Əhalisi

redaktə

Kənddə 1831-ci ildə 411 nəfər, 1873-cü ildə 1183 nəfər, 1886-cı ildə 1147 nəfər, 1897-ci ildə 1178 nəfər, 1908-ci ildə 1430 nəfər, 1914-cü ildə 1573 nəfər, 1916-cı ildə 1074 nəfər yalınz azərbaycanlı yaşamışdır[6]. 1918-ci ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 555 nəfər, 1926-cı ildə 726 nəfər, 1931-ci il ldə 379 nəfər azərbaycanlılar yaşamışdır[7]. Ermənilər buraya əlavə olaraq 1946–48-ci illərdə xaricdən köçürülmüşdür.

1988-ci ilin oktyabr-noyabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Görkəmli şəxsiyyətləri

redaktə
  • Nuru Məmmədov — tarix elmləri namizədi (1976), dosent (1998)

İstinadlar

redaktə
  1. ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.186
  3. ↑ Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.547–550
  4. ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.30
  5. ↑ "Aşağı Necili". 2012-08-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-31.
  6. ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.48–49, 128–129
  7. ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.49, 129
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aşağı_Necili&oldid=7514000"
LOVE.AZ