. Love.az

Arb Media Qrup - Wikipedia - Love.az

Ana Səhifə - Arb Media Qrup
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

ARB Media Qrup - 2011-ci ildə regional telekanallar olan Kəpəz TV, ARB Şimal, ARB Cənub, ARB Şəki, EL TV və ARB 24 tərəfindən yaradılıb.

Azerbaijan Republic Broadcasting Media Qrup
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Teleradio Şirkəti
Sənaye Televiziya
Radio
Təsis tarixi 2011
Rəhbərlik
Rəhbərlik İsmət Səttarov
www.arbtv.az

Birliyin məqsədi, regional televiziyaların efir, texniki və kadr imkanlarından birlikdə istifadə etməkdir. Bu, şirkətlərin resurslarının daha rasional bölüşdürülməsinə imkan verir, televiziya məhsullarının keyfiyyətini artırır, hər bir regional televiziya kanalına daha geniş yayım imkanları verir.

Region TV-nin istehsal etdiyi məhsulları ölkənin 60 rayonu daxil olmaqla 5 milyon Azərbaycan vətəndaşı izləyir. İstehsalat birliyinə daxil olan televiziya kanallarının yayımı Respublikanın böyük bir ərazisini əhatə edir.

2013-cü ilin dekabr ayından 2014-cü ilin aprel ayına kimi Bakı şəhəri və Bakıətrafı qəsəbələrdə rəqəmsal yayımda hər gün bir kanal olmaqla izləmək mümkün idi.

2014-cü ildə Milli Televiziya və Radio Şurasının keçirdiyi tenderdən qalib çıxmış, Bakı şəhərində açılacaq telekanal üçün lisenziya almışdır.

Mündəricat

  • 1 Şirkətin tabeliyində olan telekanallar
  • 2 Şirkətin tabeliyində olan radio kanalları
  • 3 Fəaliyyətini dayandıran telekanallar
  • 4 Xarici keçidlər

Şirkətin tabeliyində olan telekanallar

redaktə
  • 2011: - ARB Şimal (Xaçmaz)
  • 2011: - ARB Cənub (Lənkəran)
  • 2011: - Kanal-S (Şəki)
  • 2011: - EL TV (Yevlax)
  • 2011: - Kəpəz TV (Gəncə)
  • 2014: - ARB (Bakı)
  • 2015: - ARB Günəş (Quba)
  • 2018: - ARB 24 (Bakı)

Şirkətin tabeliyində olan radio kanalları

redaktə
  • 2013: - Kəpəz FM (Gəncə)

Fəaliyyətini dayandıran telekanallar

redaktə
  • 2013-2019: - ARB Ulduz (Gəncə)

Xarici keçidlər

redaktə
  • Teymur Həsənli. "Bölgə telekanalları sahiblərindən alınır" (az.). musavat.com. 2010-08-28. 2015-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-15.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=ARB_Media_Qrup&oldid=7250219"
LOVE.AZ