. Love.az

Radio - Wikipedia - Love.az

Ana Səhifə - Radio
Bu adın digər istifadə formaları üçün bax: Radio (dəqiqləşdirmə).
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Radio (lat. radio — şüalandırıram, şüa buraxıram; radius — şüa) — kütləvi informasiya vasitəsi olub, naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır.

Radio-əlaqənin yaradılması

Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla bir yerdən başqa yerə daşımaq olur. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur.[1] Radioda əsas əyləncə növü kimi musiqi və xəbərlərə qulaq asırlar. Eyni zamanda radio-tamaşalar, radio-tədris də geniş yayılmışdır.

Tarixi

redaktə
Əsas məqalə: Radionun tarixi
 

Radionun ilk ixtiraçılarından biri Eduard Brenlinin (Édouard Eugène Désiré Branly) əsas kəşflərindən biri radiokonduktorun yaradılmasıdır. Brenli "radio" termininin də müəllifidir.

Radionun ixtiraçılarından biri də italiyalı radiotexnik və sahibkar, Qulyelmo Markoni (Guglielmo Marchese Marconi) hesab edilir. 1909-cu ildə o, "simsiz teleqrafiya sahəsindəki xidmətlərinə görə" fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.[2]

İstinadlar

redaktə
  1. ↑ Kütləvi informasiya vasitələri [ölü keçid]
  2. ↑ Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.

Həmçinin bax

redaktə
  Vikianbarda Radio ilə əlaqəli mediafayllar var.
  • Fizika
  • Səs
  • Radio Studio 54 Network
  • Radio rabitə
  • Televiziya
  • Radiorabitənin prinsipləri
Radio haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Radio&oldid=7540602"
LOVE.AZ