. Love.az

Albert Ebosse - Wikipedia - Love.az

Ana Səhifə - Albert Ebosse

Albert Dominik Ebosse Boconqo Dika (fr. Albert Dominique Ebossé Bodjongo Dika; 6 oktyabr 1989[1], Duala – 23 avqust 2014, Tizi-Uzu[d]) — Kamerun, Malayziya və Əlcəzair çempionatlarında çıxış etmiş kamerunlu futbolçu.

Albert Ebosse
Ümumi məlumatlar
Doğum tarixi 6 oktyabr 1989(1989-10-06)[1]
Doğum yeri
  • Duala
Vəfat tarixi 23 avqust 2014(2014-08-23) (24 yaşında)
Vəfat yeri
  • Tizi-Uzu[d], Tizi-Uzu rayonu[d], Tizi-Uzu vilayəti, Əlcəzair
Vətəndaşlığı
  •  Kamerun
Boyu 1.85 m
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası[* 1]
2008—2010 Kamerun Koton Sport Qarua
2010—2011 Kamerun Unisport Bafanq
2011—2012 Kamerun Duala 10 (9)
2012—2013 Malayziya Perak 16 (11)
2013—2014 Əlcəzair Kabiliya 32 (19)
Milli yığma[* 2]
2009 Kamerun Kamerun (20 yaşlılar)
2009—2014 Kamerun Kamerun 6 (0)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Karyerası
  • 2 Ölümü
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Karyerası

redaktə

Ebosse "Duala Atletika", "Koton Sport" və "Unisport" kimi Kamerun klublarında çıxış etmişdir.

O, 2012-ci il aprelin 15-də Malayziyanın "Perak" klubu ilə müqavilə imzaladı.[2] O, yeni klubu ilə liqada debütünü 17 aprel 2012-ci ildə "Sabah" klubuna qarşı 2-2 heç-heçə hesabı ilə bitən qarşılaşmada etdi və klub forması ilə ilk qolunu 4 may 2012-ci ildə keçirilən və 2-2 bərabər hesabla bitən "Terenqanu" klubuna qarşı oyunda vurdu.

2013-cü ilin iyul ayında Ebosse "Kabiliyə" (qısaca "JSK") klubuna keçid etdi.[3] O, 2014-cü ildə 17 qolla Əlcəzair çempionatının bombardiri oldu.[4]

Ölümü

redaktə

23 avqust 2014-cü ildə "JSK" və "USM Alger" komandaları arasında keçirilən ev qarşılaşmasının sonunda komandalar meydanı tərk edərkən naməlum şəxs tərəfindən atılan mərmi Ebossenin başına dəydi. JSK üçün 2-1 hesablı məğlubiyyətlə başa çatan oyunda Ebosse klubunun yeganə qolunun müəllif idi. Ebosse bir neçə saat sonra kəllə-beyin travması nəticəsində xəstəxanada vəfat etdi. Onun 24 yaşı var idi.[5][6] Ebossenin ölümündən sonra Əlcəzair Futbol Federasiyası bütün futbol tədbirlərini qeyri-müəyyən müddətə dayandırdı və "1 noyabr 1954-cü il" stadionunun bağlanmasına qərar verdi.[7]

12 sentyabr 2014-cü il tarixindən liqa oyunları yenidən bərpa edildikdən sonra həmin turun bütün matçları Ebossenin xatirəsinə bir dəqiqəlik sükutla başlandı.[8][9][10]

18 dekabr 2014-cü ildə açıqlanan meyitin sonrakı tibbi yarmaları Ebossenin ilkin iddia olan mərmidən deyil, şiddətli döyülmə nəticəsində öldüyünü göstərdi.[11]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Albert Ebossé Bodjongo † // Transfermarkt (çd.). 2000.
  2. ↑ "Perak dump Popovic for Bodjongo". New Straits Times. 25 August 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 August 2014.
  3. ↑ "JSK : Ebossé a signé hier son contrat". maracanafoot.com. 24 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 August 2014.
  4. ↑ "Buteurs Ligue 1". dzfoot.com. 30 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2014.
  5. ↑ "Striker Albert Ebossé dies after being hit by object thrown from stands". The Guardian. 15 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2014.
  6. ↑ "Footballer dies in Algeria after being struck by object thrown from stands". sbnation.com. 23 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2014.
  7. ↑ "Albert Ebosse: Player's death leads to league suspension". BBC Sport. 3 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2014.
  8. ↑ "Algeria reflects in shame following death of Albert Ebosse". The National. Agence France-Presse. 25 August 2014. 14 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 September 2020.
  9. ↑ "Archived copy". 11 February 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-29.
  10. ↑ "Archived copy". 11 February 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-29.
  11. ↑ "Albert Ebosse: New tests claim Cameroonian died after beating". BBC. 18 December 2014. 18 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 September 2020.

Xarici keçidlər

redaktə
  • Soccerway.com saytında profili (ing.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Albert_Ebosse&oldid=8052790"
LOVE.AZ