Albert Dominik Ebosse Boconqo Dika (fr. Albert Dominique Ebossé Bodjongo Dika; 6 oktyabr 1989[1], Duala – 23 avqust 2014, Tizi-Uzu[d]) — Kamerun, Malayziya və Əlcəzair çempionatlarında çıxış etmiş kamerunlu futbolçu.
Albert Ebosse | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | |||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||
Doğum tarixi | 6 oktyabr 1989(1989-10-06)[1] | ||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 23 avqust 2014(2014-08-23) (24 yaşında) | ||||||||||||||||||||||||||||||
Vəfat yeri |
|
||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||
Boyu | 1.85 m | ||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
![]() |
Ebosse "Duala Atletika", "Koton Sport" və "Unisport" kimi Kamerun klublarında çıxış etmişdir.
O, 2012-ci il aprelin 15-də Malayziyanın "Perak" klubu ilə müqavilə imzaladı.[2] O, yeni klubu ilə liqada debütünü 17 aprel 2012-ci ildə "Sabah" klubuna qarşı 2-2 heç-heçə hesabı ilə bitən qarşılaşmada etdi və klub forması ilə ilk qolunu 4 may 2012-ci ildə keçirilən və 2-2 bərabər hesabla bitən "Terenqanu" klubuna qarşı oyunda vurdu.
2013-cü ilin iyul ayında Ebosse "Kabiliyə" (qısaca "JSK") klubuna keçid etdi.[3] O, 2014-cü ildə 17 qolla Əlcəzair çempionatının bombardiri oldu.[4]
23 avqust 2014-cü ildə "JSK" və "USM Alger" komandaları arasında keçirilən ev qarşılaşmasının sonunda komandalar meydanı tərk edərkən naməlum şəxs tərəfindən atılan mərmi Ebossenin başına dəydi. JSK üçün 2-1 hesablı məğlubiyyətlə başa çatan oyunda Ebosse klubunun yeganə qolunun müəllif idi. Ebosse bir neçə saat sonra kəllə-beyin travması nəticəsində xəstəxanada vəfat etdi. Onun 24 yaşı var idi.[5][6] Ebossenin ölümündən sonra Əlcəzair Futbol Federasiyası bütün futbol tədbirlərini qeyri-müəyyən müddətə dayandırdı və "1 noyabr 1954-cü il" stadionunun bağlanmasına qərar verdi.[7]
12 sentyabr 2014-cü il tarixindən liqa oyunları yenidən bərpa edildikdən sonra həmin turun bütün matçları Ebossenin xatirəsinə bir dəqiqəlik sükutla başlandı.[8][9][10]
18 dekabr 2014-cü ildə açıqlanan meyitin sonrakı tibbi yarmaları Ebossenin ilkin iddia olan mərmidən deyil, şiddətli döyülmə nəticəsində öldüyünü göstərdi.[11]