Alpaqut — Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür.[1][2][3]
Alpaqut idman növü | |
---|---|
Alpaqut Turan Döyüş sənəti | |
![]() | |
Yaranma tarixi | 2013 |
Ölkə | Azərbaycan |
Mənzil-qərargahı | Bakı ş, Bəsti Bağırova 12, ofis 102 |
Banisi | Vasif Namazov |
İdman növünün adı Mahmud Qaşqarlı tərəfindən XI əsrdə yazılmış Divanü Lüğat-it-Türk kitabından götürülüb.[4][5]Bu kitabda "alpaqut" sözü 3 dəfə çəkilib.[6] Alpaqut cəsur döyüşçü, igid deməkdir.[7][8][9] İdman növü Vasif Namazov tərəfindən yaradılıb. 2014-cü il fevralın 12-də Dünya Alpaqut Federasiyası fəaliyyətə başlayıb.[10][11] 2022-ci il mayın 17-də Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası (ICSSPE) Dünya Alpaqut Federasiyasını rəsmi olaraq üzvlüyə qəbul edib.[12][13][14]
Döyüş növü qədim türklərin Təktanrçılıq fəlsəfəsini özündə əks etdirir. İdmançılar qədim türk döyüşçülərinin geyimi əsasında yaradılmış Çapan adlı geyimdə döyüşlərə çıxırlar.
Börü (3 x 3) və Berkut (6 x 6) tipli yarış meydanları var.
Alpaqut Turan Döyüş sənəti aşağıdakı unikallıqları (fərqliliyi) ilə seçilir:
1. Qədim Türklərin Gök Tanrı adlanan Təktanrçılıq fəlsəfəsini özündə əks etdirdiyinə və yaşatdığına görə;
2. Ümümtürk milli dəyərlərini və törələrini öz təlim programında birləşdirdiyinə görə;
3. Xüsusi görünüşü ilə fərqlənən, qədim türk savaşçılarına məxsus Çapan adlı geyiminə görə;
4. Qədim Türkçədə formalaşan ortaq terminalogiyasına görə;
5. Börü (3 x 3) və Berkut (6 x 6) çevrəli yarış meydanına;
6. Qədim türk ordusuna məxsus olan ierarxik rütbələrinə görə;
7. "Ayça", "Batur", "Caymaz", "Qurşaq" adlanan yarış sistemlərinə və Kaçut adlanan özünümüdafiə sisteminə görə;[15]
8. Dörd üstüngüdən (mərhələdən) ibarət imtahan qaydalarına görə;
9. Sargut, Acar, Utku, Qınaq adlanan 4 fərqli rəngdən kartlardan ibarət ball sisteminə görə;
10. Səkkiz baza yöndəmlə\rindən ibarət yöndəmlərinə görə:
Alpaqut döyüş sənəti, türk döyüş sənətləri üzrə araşdırmaçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən, Türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilərək qurulmuşdur.[17] Bu idman növü Türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün, bu idman növünün markası "Turan döyüş sənəti" (Turan: türksoylu xalqların yaşadığı, böyük çöl adlanan coğrafiya) adlanır.[18]
Alpaqut idman növünün tədris və təlim vəsaiti
Bu döyüş sənəti bütün türk dünyasına aid olsa da bütün hüquqi haqlarla Azərbaycana məxsusdur. Belə ki, bütün türksoylu xalqlar kimi, Azərbaycan xalqının tarixi və mədəni irsinə aid olan Alpaqut adı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 14.10.2014-cü il tarixli № 37 saylı sənədi əsasında bu döyüş sənətinin müəllifi, Türk Döyüş Sənətləri üzrə araşdırmaçı, Beynəlxalq Dərəcəli idman ustası Namazov Vasif İmran oğluna istifadəsi üçün rəsmi icazə verilmiş, eyni zamanda Azərbaycan Respublikası Patent üzrə Dövlət Komitəsi tərəfindən 17.11.2014-cü il tarixli iddia sənədinin 201400542 nömrəli Patent Şəhadətnaməsidə verilmişdir. Əlavə olaraq, Alpaqut idman növünün təlim və tədrisinin həyata keçirilməsi üçün hazırlanan metodiki vəsait proqramları Azərbaycan Respublikası Müəllif Hüquqları üzrə Dövlət Agentliyinin 16.10.2015 tarixli 04/C-8157–15 saylı Şəhadətnaməsi ilə təsdiq olunmuşdur.
Alpaqut idman növünün beynəlxalq arenada inkişafı məqsədilə Dünya Alpaqut Federasiyası adında qurum 12 fevral 2014-cü il tarixində B14003831 saylı sənədinə əsasən beynəlxalq idman təşkilatı kimi qeydiyyata alınmışdır.
Alpaqut idman növü kimi aşağıda qeyd olunan beynəlxalq idman təşkilatları tərəfindən rəsmən tanınır.
2014-cü ilin əvvəlindən Alpaqut Turan Döyüş sənətinin qurucusu Kutsan Vasif Namazovun təşəbbüsünə əsasən, Alpaqut idman növünün inkişafı məqsədilə Dünya Alpaqut Federasiyası adında Beynəlxalq İdman Təşkilatının yaradılması qərarı verildi. Federasiyanın təsis olunmasında Gürcüstan Respublikasından Müşfiq Əliyev, Faiq Məmmədov, Azərbaycandan isə Fərid Əlizadə və Vasif Namazovun özü iştirak etdi. 5 nəfərdən ibarət yaradılan idarə heyəti, federasiyaya ilk Prezident Fərid Əlizadəni seçdi və 12 fevral 2014-cü il tarixindən etibarən federasiya rəsmən qeydiyyatdan keçərək fəaliyyətə başladı.[36]
2015-ci il tarixindən etibarən, Alpaqutun inkişafı naminə Dünya Alpaqut Federasiyasının yenidən formalaşmasına qərar verildi. 12 yanvar 2015-ci il tarixində Fərid Əlizadə və federasiyanın strukturu istefa verdi. 18 mart 2015-ci il tarixində, Azərbaycanda Atatürk Mərkəzində, Dünya Alpaqut Federasiyasının ümumi yığıncağı növbədənkənar qurultay çağırdı. Toplantıda Dünya Alpaqut Federasiyasının İdarə heyətinin tərkibi aşağıdakı kimi müəyyən olundu: 1. Araz Abdullaev 2. Asiman Abdurrahmanov 3. Kamil Yusubov 4. Faiq Məmmədov 5. Arzu Eyvazov 6. Anar Khalilov 7. Elnur Hüseynov 8. Əkbər Goşalı 9. Vasif Namazov. Qədimdə türklər, müasir dövrdə olan vəzifələri titul şəklinə çevirərək, insanların vəzifə və borclarını müəyyən olunurdu. Alpaqut Federasiyasının bəzi məsul şəxsləri də bu cür titullara sahibdirlər. Alınan qərarlara görə, Azərbaycan Respublikasının Deputatı Nizami Cəfərov Dünya Alpaqut Federasiyasının yeni Prezidenti seçildi. Qurumun bundan əvvəlki Prezidenti iş adamı Fərid Əlizadə isə Dünya Alpaqut Federasiyasının Fəxri Prezidenti elan olundu.[37][38]
9 yanvar 2015 tarixində Dünya Alpaqut Federasiyasının idarə heyəti növbədən kənar toplantı çağırdı. Toplantıda Azərbaycan Respublikasının Deputatı Qənirə Paşayeva Dünya Federasiyasının 1-ci Vitse-Prezidenti və daha öncə federasiyanın 1-ci vitse prezidenti vəzifəsini icra edən Araz Abdullasoy isə Federasiyasının Hüquq məsələləri üzrə Vitse-Prezident vəzifəsinə seçildi.[39][40][41][42]
30 avqustun 2022-ci ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Dünya Alpaqut Federasiyasının üçüncü qurultayı keçirildi. Qurultayda Dünya Alpaqut Federasiyasının idarə heyəti üzvlərinin yeni tərkibi seçildiː Jalə Əhmədova, Könül Nurullayeva, Vasif Namazov, Betül Altıntaş, Qüdrət Nuriyev, Fərid Əlizadə, Faiq Məmmədov, Nuranə Şıxəliyeva, Amanjol Tuberov, Emil Rəhimov, Ali Gurbani idarə heyətinin üzvləri, Vasif Namazov idarə heyətinin sədri, Jalə Əhmədova federasiyanın prezidenti, Könül Nurullayeva birinci vitse-prezident, Emil Rəhimov, Fərhad Əliyev vitse-prezident seçildilər.[43] Bundan əvvəl federasiyaya rəhbərlik edən Milli Məclisin deputatları Nizami Cəfərov və Qənirə Paşayeva qurultayda Dünya Alpaqut Federasiyasının fəxri üzvü seçildi.[44][45][46][47]
Azərbaycanda 14 mart 2014-cü il tarixdən etibarən fəaliyyətə başlayan Alpaqut Federasiyasının həyata keçirdiyi yarışlar:
Tarix | Yarışın adı | Keçirilmə yeri | İl |
---|---|---|---|
2015 | ı — Azərbaycan birinciliyi və çempionatı | Sumqayıt | 2015 |
2016 | II — Azərbaycan birinciliyi və çempionatı[48] | Sumqayıt | 2016 |
2017 | III — Azərbaycan birinciliyi və çempionatı[49] | Bakı | 2017 |
2018 | IV — Azərbaycan birinciliyi və çempionatı[50] | Bakı | 2018 |
2019 | V — Azərbaycan birinciliyi və çempionatı[51] | Bakı | 2019 |
2021 | VI — Azərbaycan birinciliyi və çempionatı[52] | Ağdam | 2021 |
2022 | VII — Azərbaycan birinciliyi və çempionatı[53] | Abşeron | 2022 |
2023 | VIII — Azərbaycan birinciliyi və çempionatı[54] | Abşeron | 2023 |
Dünya Alpaqut Federasiyası fəaliyyətə başladığı gündən etibərən müxtəlif ölkələrdə təqdimatlar, seminarlar, beynəlxalq turnirlər keçirdi. 2016-cı ildən etibarən daha böyük həcmdə Dünya kuboku və Dünya çempionatlarının keçirilməsinə start verdi. 2018 və 2019-cu illərdə Bakıda təşkil edilən Dünya çempionatlarını Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirmişdir.
S/S | Yarışın adı | Keçirilmə yeri | Tarixi |
---|---|---|---|
1 | "Qara Dəniz Kuboku"[55] | Gürcüstan / Ozurgeti | 20–24.07.2014 |
2 | "Qara Dəniz Kuboku"[56] | Gürcüstan / Ozurgeti | 24–28.07.2015 |
3 | "Xəzər Kuboku"[57] | Azərbaycan / Qusar | 6–9.09.2015 |
4 | Avroasiya Kuboku[58] | Gürcüstan / Batumi | 14–18.04.2016 |
5 | Dünya kuboku[59] | Gürcüstan / Ozurgeti | 24–28.09.2016 |
6 | Dünya kuboku[60][61] | Azərbaycan/ Bakl | 24–25.10.2017 |
7 | 1-ci Dünya çempionatı[62] | Azərbaycan/ Bakl | 24–25.11.2018 |
8 | 2-ci Dünya çempionatı[63] | Azərbaycan/ Bakl | 22–24.11.2019 |
9 | Avroasiya çempionatı[64][65] | Türkiye / Bursa | 20.21.11.2021 |
10 | Dünya kuboku[66][67] | Türkiye / Bursa | 10–12.05.2022 |
11 | 3-cü Dünya çempionatı[68][69] | Türkiye / Bursa | 1–4.12.2022 |
12 | Beynəlxalq turnir[70] | Mumbay / Hindistan | 17–18.12.2022 |
13 | 4-cü Dünya çemipnatı[71] | Türkiye / Bursa | 1–4.12.2023 |
S/S | Seminarın adı | Keçirilmə yeri | Tarixi |
---|---|---|---|
1 | Gürcüstan seminarı [72] | Gürcüstan/ Ozurgeti | 22.07.2014 |
2 | Türkiyə seminarı [73] | Türkiye / Bursa | 26.05.2016 |
3 | Hindistan seminarı [74][75] | Hindistan / Mumbay | 05.05.2017 |
4 | Türkiyə seminarı [76] | Türkiye / Bursa | 11.05.2019 |
5 | Azərbaycan seminarı [77] | Azərbaycan/ Bakl | 20.05.2020 |
6 | Azərbaycan seminarı [78][79] | Azərbaycan/ Bakl | 30.05.2022 |
7 | Hindistan seminarı [80] | Mumbay / Hindistan | 17.12.2022 |
8 | Qazaxstan seminarı[81][82] | Qazaxstan / Almaata | 02.10.2023 |
9 | İraq seminarı [83] | İrak / Bağdad | 9-13.03.2024 |