. Love.az

Alupka - Wikipedia - Love.az

Ana Səhifə - Alupka
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Alupka (ukraynca , rus. Алупка) — Krım dağlarının cənub hissəsində yerləşən bir kurort şəhəridir.

Şəhər
Alupka
Алупка
Alupka
Bayraq Gerb
Bayraq Gerb
44°25′11″ şm. e. 34°02′35″ ş. u.HGYO
Ölkə
  •  Ukrayna
  •  Rusiya[1]
Tarixi və coğrafiyası
Əsası qoyulub 960
İlk məlumat 960
Sahəsi
  • 4 km²
Mərkəzin hündürlüyü 67 ± 1 m
İqlimi Aralıq dənizi zonası
Saat qurşağı
  • UTC+03:00
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 9.063 nəf. (2021)[2]
Rəsmi dili
  • Krımtatar dili,
  • ukrain dili,
  • rus dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 98676 — 98677
Digər
alupkarada.org
Xəritəni göstər/gizlə
Alupka xəritədə
Alupka
Alupka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Coğrafiyası
    • 1.1 İqlim
  • 2 Tarix
  • 3 Nəqliyyat
  • 4 İctimai sahələr
  • 5 Xüsusi diqqətə layiq yerlər
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Coğrafiyası

redaktə

İqlim

redaktə

Yanvar və fevral aylarının orta temperaturu +3 – +4 °C, avqust ayında isə +24,6 °C-dir. Orta illik yağıntı dərəcəsi — 400 mm, günəşli saatların illik orta miqdarı — 2150 saat. Yay mövsümü martdan oktyabradək davam edər (su hərarəti təxminən +22 – +28 °C).

Tarix

redaktə

Müasir Alupka torpaqlarında ilk insan yerləşmələri miladdan əvvəl VIII minillikdə yarandı. Şəhər birinci dəfə 960-cı ildə Alubika adı ilə anıldı. 1475–1774 illəri arasında Alupka osmanlıların hakimiyyəti altında keçdi. Krım Rusiyanın əlinə keçdikdən sonra (1783-cü il) Alupka R. Potömkinin mülkü oldu. 1823-cü ildə isə burada saray qurduran Mixail Vorontsovun sahibliyinə keçdi. XX əsrin əvvəlindən Alupka kurort oldu. Bu yerə müalicə və rekreasiya üçün Födor Şalapin, Maksim Qorki, Valeri Brüsov, İvan Bunin, Lesya Ukrainka və başqaları gəldilər.

1938-ci ildə Alupkaya şəhər statusu verildi.

Nəqliyyat

redaktə

Şəhər Yaltadan 17 km uzaqlıqda yerləşir. Krımın mərkəzi və digər məskunlaşılan yerləri ilə Alupka-Sevastopol-Yalta-Simferopol-Feodosiya magistral yolu vasitəsilə əlaqə saxlanılır.

İctimai sahələr

redaktə

Şəhərdə iki ümumtəhsil və bir musiqi məktəbi, xəstəxana, iki kitabxana, iki mehmanxana, mədəniyyət mərkəzi var.

Xüsusi diqqətə layiq yerlər

redaktə

Şəhərin məşhur yerlərindən Vorontsov sarayını ve onun ətrafındakı parkı anmaq lazımdır.

Alupkada doğulan, İkinci Dünya müharibəsi iştirakçısı Ahmet-Han Sultanın muzeyi var.

1972-ci ildə şəhərdə kol və ağaclarların iki yüzdən ziyadə növü olan park açıldı.

İstinadlar

redaktə
  1. ↑ 1 2 OKTMO (rus.).
  2. ↑ Итоги Всероссийской переписи населения 2020 года (по состоянию на 1 октября 2021 года) (rus.).

Xarici keçidlər

redaktə
  • Alupka malümat portalı
  • "Bütün Qırım avuç üstünde" saytı Alupkada raatlanuv aqta er angi malümat Arxivləşdirilib 2019-01-01 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Alupka&oldid=7908021"
LOVE.AZ