. Love.az

Lesya Ukrainka - Wikipedia - Love.az

Ana Səhifə - Lesya Ukrainka

Lesya Ukrainka (13 (25) fevral 1871[1], Novoqrad-Volınsk[d], Volın quberniyası[d], Rusiya imperiyası – 1 avqust 1913[2][3][…], Surami, Tiflis quberniyası, Rusiya imperiyası[4]) — ukraynalı şairə.

Lesya Ukrainka
ukr. Лариса Петрівна Косач-Квітка
Doğum adı Лариса Петрівна Косач
Təxəllüsü Леся Українка
Doğum tarixi 13 (25) fevral 1871[1]
Doğum yeri
  • Novoqrad-Volınsk[d], Volın quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 1 avqust 1913(1913-08-01)[2][3][…] (42 yaşında)
Vəfat yeri
  • Surami, Tiflis quberniyası, Rusiya imperiyası[4]
Vəfat səbəbi Pott xəstəliyi
Dəfn yeri
  • Baykovo qəbiristanlığı
Fəaliyyəti şair, tərcüməçi, yazıçı, dramaturq
Fəaliyyət illəri 1876–1913
Əsərlərinin dili ukrain dili, rus dili, fransız dili
Janr Dramatik şeir
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Əsərləri
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Lesya Ukrainka dvoryan ailəsində doğulmuşdur. Anası Olyona Pçilka yazıçı idi. Uşaqlıqdan sümük vərəminə tutulan Ukrainka uzun illər Krımda, Gürcüstanda, İtaliyada və Misirdə yaşamalı olmuşdur. Əsasən tarix-filologiya ev təhsili almış, bir neçə əcnəbi dil öyrənmişdir. Yaradıcılığına Taras Şevçenkonun güclü təsiri olmuşdur.

"Nəğmələrin qanadında" (1893), "Düşüncələr və arzular" (1899), "Əks-səda" (1902) şeir toplularında bütün xalqların ictimai və milli azadlığı uğrunda mübarizəyə çağırış ruhu hakimdir. "Babil əsiri" (1903), "Katakombalarda", "Payız nağılı" (hər ikisi 1905) poemaları, "Meşə nəğməsi" (1912, tamaşası 1918) dramı mifoloji və tarixi süjetlərlə səsləşir. Anadan olmasının 100 illiyi Ümümdünya Sülh Şurasının qərarı ilə qeyd edilmişdir.

Lesya Ukrainka 1913-cü il avqust ayının 1-də Gürcüstanda vəfat edib, Kiyevdə dəfn olunub.

Bakının Qaradağ rayonunda abidəsi var.

Əsərləri

redaktə
  • Şerlər. Bakı: 1964
  • Su pərisi (poemalar). Bakı: 1982

İstinadlar

redaktə
  1. ↑ 1 2 Lesya Ukrainka // Find a Grave (ing.). 1996.
  2. ↑ 1 2 Lessja Ukrajinka // Brockhauz Ensiklopediyası (alm.).
  3. ↑ 1 2 Lesia Ukrainka // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
  4. ↑ 1 2 https://dlibra.kul.pl/dlibra/publication/66784/edition/62738/content. S. 1.

Xarici keçidlər

redaktə
  • Украинская поэтесса Леся Украинка (уральский мрамор 0,34 x0, 40x1, 41) автор, известный украинский скульптор Николай Шматько
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Lesya_Ukrainka&oldid=7107563"
LOVE.AZ