Amber qalası və ya Amber qəsri — Hindistanda yerləşən Racastan ştatının Amber qəsəbəsində yerləşən bir qaladır. Amber Racastan əyalətinin paytaxtı olan Caypurdan 11 kilometr (6.8 mil) aralıda yerləşən və 4 km² (1.5 mi²)[2] ərazisi olan bir qəsəbədir. Amber şəhəri və Amber qalası eramızın 967-ci ilində raca Alan Sinq Mena tərəfindən tikilmiş və daha sonra isə kaçavaha racputları tərəfindən idarə olunmuşdur.[3][4] Bir təpənin üstündə yerləşən bu tikili Caypurun əsas turistik cazibə mərkəzi hesab olunur.[5][6] Amber qalası bədii üslub elementləri ilə məşhurdur. Geniş divarları, qapıları və daş yolları ilə qala Amber sarayının əsas su mənbəyi hesab olunan Maota gölünə baxır.[6][7][8][9]
UNESCO-nun Ümumdünya irsi obyekti | |
---|---|
Amber qalası | |
![]() | |
Ölkə | |
Keçid | 247 |
Daxil edilməsi | (qeyri-məlum sessiya) |
2013-cü ildə Kambocanın Pnompen şəhərində təşkil edilmiş Ümumdünya İrsi Komitəsinin 37-ci illik sessiyası zamanı Racastanda yerləşən digər dörd qala ilə bərabər Racastan təpə qalaları adlı bir kimi YUNESKO-nun Dünya İrsi elan edilmişdir.[10]
Vikianbarda Amber qalası ilə əlaqəli mediafayllar var. |