. Love.az

Anastasiya Bacinska - Wikipedia - Love.az

Ana Səhifə - Anastasiya Bacinska

Anastasiya Yuriyivna Baçinska (ukr. Анастасія Бачинська; 4 avqust 2003, Ternopıl) — təqaüdə çıxmış ukraynalı idman gimnastı, 2019-cu il Avropa Oyunlarının sərbəst hərəkətlər üzrə çempionu, 2021-ci ildə Avropanın tarazlıq şüaları üzrə bürünc medal mükafatçısı və 2018-ci il Gənclər Olimpiya Oyunlarının çoxnövçülük və sərbəst hərəkətlərdə bürünc medal mükafatçısı.[1]

Anastasiya Baçinska
ukr. Анастасія Бачинська
Şəxsi məlumatlar
Digər adı Baçina
Doğum tarixi 4 avqust 2003(2003-08-04) (21 yaş)
Doğum yeri
  • Ternopıl, Ternopil vilayəti, Ukrayna
Gimnastika karyerası
Təmsil etdiyi ölkə Ukrayna Ukrayna
Gimnastika növü idman gimnastikası
Baş məşqçiləri Anna Lev
Oksana Perşina
Xoreoqraf Nadiya Ostapenko
Musiqilər 2016-20: Todesin "Qara tanqo"su
2020-21: Maruvun "Siren Song" & "Drunk Groove"u
Medallar
Avropa Oyunları
Qızıl Minsk 2019 sərbəst hərəkətlər
Avropa çempionatı
Qızıl Mərsin 2020 komanda
Bürünc Bazel 2021 paralel qollar
Gənclərin Olimpiya Oyunları
Bürünc Buenos-Ayres 2018 çoxnövçülük
Bürünc Buenos-Ayres 2018 sərbəst hərəkətlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, həmçinin 2020-ci ildə Avropa çempionatında qızıl medal qazanan Ukrayna komandasının üzvü olub.

Mündəricat

  • 1 Erkən həyatı
  • 2 Gənc gimnastika karyerası
  • 3 Sonrakı illər
    • 3.1 2019
    • 3.2 2020
    • 3.3 2021
    • 3.4 2022
  • 4 İstinadlar

Erkən həyatı

redaktə

Baçinska 4 avqust 2003-cü ildə Ukraynanın Ternopol vilayətinin Ternopol şəhərində anadan olub.[2] O, 2007-ci ildən gimnastika ilə məşğul olmağa başlayıb. Çoxuşaqlı ailədə dünyaya gələn Anastasiya, ailənin ikinci övladıdır.[3] Onun böyük qardaşı proqramist, kiçik qardaşı musiqiçi, kiçik bacısı isə rəssamdır. Onun atası Yuri Baçinska Rusiya-Ukrayna müharibəsi zamanı döyüşdə həlak olub.[4]

Gənc gimnastika karyerası

redaktə

Baçinska beynəlxalq debütünü 2017-ci ilin mart ayında Fransanın 12 ən yaxşı idman yarışında çıxış edib.[5] Daha sonra o, Stella Zaxarova Kubokunda yeniyetmələr arasında yarışıb.[6]

2018-ci ildə Baçinska 2018-ci il Gənclərin Olimpiya Oyunlarında Ukraynanı təmsil etmək üçün seçilib.[7] O, çoxnövçülük və sərbəst hərəkətlərdə finalda birinci yeri tutdu, dayaqlı tullanma, paralel qollar və tunik hərəkətlərində ikinci oldu.[8] Çoxnövçülükdə finalda o, döşəmə hərəkətində zədə aldığından italiyalı Corci Villa və böyük britaniyalı Ameli Morqandan sonra üçüncü oldu.[9][10] Tədbirin finallarında, Baçinska döşəmə hərəkətində (Villa və Morqandan sonra) bürünc medal qazandı, tullanmada dördüncü (Villa, macarıstanlı Çenge Batskay və kanadalı Emma Spensdən sonra) və paralel barmaqlıqlar və turnik hərəkətində altıncı oldu. Sonradan məlum oldu ki, yeniyetmələrin Olimpiya Oyunlarında körpücük sümüyü zədəsi olduğu halda çıxış etmiş Baçinska, sonra həkimlərin tövsiyyəsi ilə iki ay istirahət etməli olur.[11]

Sonrakı illər

redaktə

2019

redaktə

Baçinska 2019-cu ildə böyüklər arasında Ukrayna çempionatında debüt etdi.[12] O, Angelina Radivilovadan sonra ikinci oldu. Daha sonra o, Bakı Dünya Kubokunda iştirak edərək, paralel qollar və turnikdə finala vəsiqə qazandı.[13] O, paralel qolların finalında yeddinci, turnik finalında dördüncü oldu, məşqçisinin podiumda olması səbəbi ilə 0,5 xal cəza aldı.[14] Aprel ayında Baçinska 2019-cu ilin Avropa çempionatında yarışaraq, çoxnövçülükdə beşinci və tarazlıqda yeddinci yeri tutdu.

İyun ayında Baçinska Avropa Oyunlarında Diana Varinska və Angelina Radivilova ilə birlikdə yarışaraq, çoxnövçülükdə dördüncü, yerüstü hərəkətlərdə isə ikinci yerə vəsiqə qazandı. Fərdi çoxnövçülük finalında isə o, paralel qollar və döşəmə hərəkətində nasazlıqlar yaşasa da, 14-cü yerə çıxdı.[15] Döşəmə hərəkətinnin finalında o, təmiz çıxış edərək qızıl medal qazandı.[16]

Avropa Oyunlarında qazandığı uğurdan sonra Baçinskaya Ternopol merindən mənzil hədiyyə olundu. O, həmçinin Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən Şahzadə Olqa ordeni ilə də təltif edilib.[17]

Sentyabr ayında Baçinska Paris Çağırış Kubokunda yarışaraq, rusiyalı Anastasiya Aqafonovadan sonra turnik ilə hərəkətdə gümüş medal qazandı və paralel qollarda altıncı yeri tutdu.[18]

Oktyabr ayında Baçinska 2019-cu il Dünya çempionatında yarışdı. O, çoxnövçülükdə 52.165 xalla heç bir yarışın finalına vəsiqə qazana bilmədi və Ukrayna 2020-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazana bilmədi. Komanda yoldaşı Diana Varinska ondan yüksək xal toplasa da, Baçinska fərdi olaraq 2020-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazana bilmədi.

Noyabr ayında Baçinska Kotbas Dünya Kubokunda yarışaaraq, turnik hərəkətində beşinci yeri tutdu, sərbəst hərəkətlərdə isə qızıl medal qazandı.

2020

redaktə

Yanvarın sonlarında Baçinska 20-22 fevralda keçiriləcək Melburn Dünya Kuboku üçün namizəd siyahısına salındı. O, yarışda paralel halqalar və turnikdə hərəkətlərin finalına vəsiqə qazandı və müvafiq olaraq yeddinci və üçüncü yerləri tutdu.[19][20] O, daha sonra Bakı Dünya Kubokunda da yarışdı. Kvalifikasiyalar zamanı o, dayaqlı tullanmada yeddinci, paralel qollarda altıncı, tarazlıqda üçüncü oldu və buna görə də yarışın finalına vəsiqə qazandı.[21] Lakin, Azərbaycanda COVID-19 pandemiyası səbəbindən tədbirin finalları ləğv edildi.[22]

Dekabrda Baçinska Avropa çempionatında çıxış etdi. Kvalifikasiyalar zamanı, Ukraynanın Rumıniyadan sonra komanda finalında ikinci yerə vəsiqə qazanmasında onun böyük rolu oldu və fərdi olaraq turnikdə finala vəsiqə qazandı. Komanda finalında Ukrayna komandası Rumıniyanı geridə qoyaraq, qızıl medal qazandı.[1][23]

2021

redaktə

Baçinska 2021-ci ildə Bazeldə keçirilən Avropa çempionatında yarışdı və burada çoxnövçülükdə finala vəsiqə qazanaraq, turnik finalında ikinci ehtiyatda qaldı. Çoxnövçülükdə finalda isə o, 20-ci yeri tutdu. Baçinska, yüksək təsnifat mərhələsinin qalibi Larisa Yordake böyrək infeksiyası səbəbindən yarışı tərk etdikdən sonra turnik finalında mübarizə apara bildi və birinci ehtiyat yarışçı Marta Pixan-Kuleşa çoxnövçülük finalında aldığı zədə səbəbindən geri çəkildi.[24]

Baçinska, Melani de Jezus dos Santos və Sanne Veversdən sonra üçüncü oldu. Baçinska daha sonra Varna Dünya Çağırış Kubokunda yarışaraq, tarazlıqda qızıl medal qazandı və paralel qollarda altıncı yeri tutdu. İyun ayında o, Qahirə Dünya Çağırış Kubokunda da yarışaraq, turnik hərəkətində səkkizinci oldu.[25]

Dünya Çempionatında isə Baçinska çoxnövçülük və sərbəst hərəkətlərin finalına vəsiqə qazandı və müvafiq olaraq onuncu və yeddinci yerlərin qalibi oldu.

2022

redaktə

2022-ci ilin fevralda Rusiya Ukraynaya hücum etdi. Davam edən müharibə zamanı Baçinska və ailəsi öz ölkələrindən Fransaya, Boker şəhərinə qaçdılar, burada Baçinska onların klubu olan Gym Flip-in üzvü oldu və onlarla Fransanın ən yaxşı 12 yarışmasında yarışdı.[26]

Avqustun 15-də Baçinska idmandan getdiyini elan etdi.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Bergman, Scott. "Ukraine claims first women's European team title". Olympic Channel. 19 December 2020.
  2. ↑ "Ternopilka became a participant of the III Summer Youth Olympic Games". Teren (ukrayna). 8 October 2018.
  3. ↑ "Ternopil champion Anastasiia Bachynska enjoys the secret of success from the coach". Teren (ukrayna). 3 July 2019.
  4. ↑ ""Неможливо в це повірити". На війні загинув батько відомої української спортсменки". NV. 2023-05-09. İstifadə tarixi: 2023-07-27.
  5. ↑ "Olympians Return at France's Top 12 Meet". The Gymternet. 14 March 2017.
  6. ↑ "Ukraine Shines at Stella Zakharova Cup". The Gymternet. 3 April 2017.
  7. ↑ "Top Juniors to Face Off at Youth Olympic Games". The Gymternet. 8 October 2018.
  8. ↑ "Bachynska Edges Out Villa for Youth Olympic Games Lead". The Gymternet. 11 October 2018.
  9. ↑ "Villa Wins Youth Olympic Games Gold". The Gymternet. 13 October 2018.
  10. ↑ "Bachynska: I'll Do Everything I Can To Win More Olympic Medals For Ukraine". Gymnovosti. 15 October 2018.
  11. ↑ "European Championship: Girl with character". Sport Express (ukrayna). 4 April 2019. 12 October 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 May 2020.
  12. ↑ "2019 Ukrainian Championships Results". The Gymternet. 8 March 2019.
  13. ↑ "Baku World Cup – Balance Beam and Floor Exercise Qualification Results" (PDF). Azerbaijan Gymnastics Federation. 15 March 2019.
  14. ↑ "2019 Baku World Cup Results". The Gymternet. 17 March 2019.
  15. ↑ "2019 European Games Live Blog – All-Around Final". The Gymternet. 29 June 2019.
  16. ↑ "2019 European Games Results". The Gymternet. 30 June 2019.
  17. ↑ "The President awarded the Ternopil gymnast the Order of Princess Olga". Teren (ukrayna). 22 July 2019.
  18. ↑ "2019 Paris Challenge Cup Results". The Gymternet. 17 September 2019.
  19. ↑ Archived copy Arxivləşdirilib 22 fevral 2020 at the Wayback Machine
  20. ↑ Archived copy Arxivləşdirilib 23 fevral 2020 at the Wayback Machine
  21. ↑ "2020 Baku World Cup Results". The Gymternet. 13 March 2020.
  22. ↑ "Finals of Baku World Cup cancelled". International Gymnastics Federation. 13 March 2020.
  23. ↑ UEGymnastics. "Ukraine Flag of Ukraine wins the 2020 European team title! #Mersin2020" (Tweet). 19 December 2020.
  24. ↑ "17-річна українка Бачинська сенсаційно виграла медаль чемпіонату Європи з гімнастики". Ukraine 24 (ukrayna). 25 April 2021.
  25. ↑ "2021 Cairo Challenge Cup Results". The Gymternet. 9 June 2021.
  26. ↑ "Guerre en Ukraine : le club de Beaucaire engagé pour rapatrier ses gymnastes" [War in Ukraine: the Beaucaire club committed to repatriating its gymnasts]. Gym and News (fransız). 11 March 2022. 13 March 2022 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 March 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Anastasiya_Baçinska&oldid=8130755"
LOVE.AZ