. Love.az

Vladimir Zelenski - Wikipedia - Love.az

Ana Səhifə - Vladimir Zelenski

Volodimir Oleksandroviç Zelenski[5] (və ya Vladimir;[6] ukr. Володимир Олександрович Зеленський; 25 yanvar 1978[1], Krivoy Roq, Dnepropetrovsk vilayəti[7][8][…]) — Ukrayna siyasətçisi, şoumeni, aktyoru, rejissoru, ssenaristi, prodüseri və bədii direktoru. 20 may 2019-cu ildən Ukrayna Respublikasının Prezidentidir. Zelenski 2015-ci ildə Xalqın xidmətçisi adlı televiziya serialında Ukrayna Respublikası Prezidenti olaraq yer almışdır.[9][10] Eyniadlı partiya həmin serialın istehsalçı şirkəti olan Kvartal 95 tərəfindən 2018-ci ildə quruldu.[11]

Volodimir Zelenski
ukr. Володимир Олександрович Зеленський
Ukrayna Respublikasının 6-cı Prezidenti
Vəzifədədir
20 may 2019-cu ildən
Baş nazirDenis Şmıqal
ƏvvəlkiPetro Poroşenko
Şəxsi məlumatlar
Doğum tarixi 25 yanvar 1978(1978-01-25)[1] (47 yaş)
Doğum yeri Krivoy Roq, Dnepropetrovsk vilayəti, Ukrayna SSR, SSRİ
Partiya
  • Xalqın Xidmətçisi
Təhsili
  • Krivoy Roq İqtisadiyyat İnstitutu[d] (1995–2000)[3]
Fəaliyyəti siyasətçi
Atası Oleksandr Zelenski[d]
Anası Rimma Zelenskaya[d]
Həyat yoldaşı
  • Olena Zelenska (2003–)[2]
Uşaqları
  • Kirilo Zelenski[d],
  • Oleksandra Zelenska[d]
Hərbi xidmət
Mənsubiyyəti Ukrayna
Döyüşlər
  • Rusiyanın Ukraynanı işğalı (2022),
  • Donbass müharibəsi
Elmi fəaliyyəti
Elm sahəsi aktyorluq[4], parodiya[d], şou-biznes, siyasət[4], hüquqşünas, ssenarist, televiziya aparıcısı, film prodüseri, televiziya prodüseri[d], müğənni, impressionist[d], yumor ustası[d], şoumen[d], siyasətçi, kinorejissor

Təltifləri
"Ağ şir" ordeninin böyük xaçı (Çexiya) — 2022 "Fəxri legion" ordeninin Böyük xaçı (Fransa) — 2023 1-ci dərəcəli "Cüt ağ xaç" ordeni (Slovakiya) — 2024 Grand Cross with Collar of the Order of the White Rose of Finland (Finlandiya) — 2025 "Ağ qartal" ordeni (Reç Pospolita) — 2022 Grand Cross with collar of the Order of Vytautas the Great (Litva) — 2022 Grand Cross with collar of the Order of Vytautas the Great (Litva) — 2022 Grand Collar of the Order of Liberty (Portuqaliya) — 2023 Order of Viesturs, 1st class (Latviya) — 2022 Coat of Arms of Tallinn (Estoniya) — 2022 Filadelfiya azadlıq mükafatı (Amerika Birləşmiş Ştatları) Ronald Reyqan adına azadlıq mükafatı (Amerika Birləşmiş Ştatları) — 2022
Ukrayna Nazirlər Kabinetinin fəxri fərmanı — 2003 Charlemagne Prize — 2023
İmzanın şəkli
president.gov.ua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 İncəsənət
  • 3 Siyasət
    • 3.1 Prezident seçkiləri
  • 4 Şəxsi həyatı
  • 5 Filmoqrafiya
    • 5.1 Film
    • 5.2 Televiziya
    • 5.3 TV layihələri
  • 6 Şəkillər
  • 7 İstinadlar
  • 8 Xarici keçidlər

Həyatı

redaktə

25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində anadan olmuşdur. Atası Oleksandr Semenoviç Zelenski texniki elmlər doktoru, professor, kompüter elmləri şöbəsinin müdiridir.[12][13]

O, anası ilə 4 il Monqolustanın, Erdenet şəhərində yaşamış və orada birinci sinfi bitirmişdir.[14] Daha sonra ingilis dilini dərin öyrənmək üçün Krivoy Roq şəhərinə qayıdaraq buradakı 95 nömrəli məktəbdə təhsil almışdır.[14]

İncəsənət

redaktə
 
Zelenski Praqada, 2009

Zelenski 2015-ci ildə "Xalqın xidmətçisi" adlı televiziya serialında Ukrayna prezidenti rolunu canlandırmışdır.[15] Həmin rol təxmini 30 yaşda olan və paylaşdığı populyar video ilə tanınaraq prezident seçkilərində qələbə qazanan tarix müəllimi idi.[9]

Siyasət

redaktə

Zelenski 2013–2014-cü illərdə Avromeydan aksiyasını və Donbass müharibəsi vaxtı Ukrayna ordusunu dəstəkləmişdir.[15] 2014-cü ilin avqust ayında Ukrayna Mədəniyyət Nazirliyinin rus incəsənət adamlarının ölkəyə girişinə qadağa qoymasına qarşı çıxdı.[16] 2018-ci ildə başrolda yer aldığı romantik-komediya janrında olan "Böyük şəhərdə sevgi 2" filmi ölkədə qadağa olundu.[17]

Xalqın Xidmətçisi partiyası 2018-ci ilin mart ayında eyniadlı serialın istehsalçı şirkəti Kvartal 95 işçiləri tərəfindən quruldu.[18]

Zelenski 2019-cu ilin martında Der Spiegel jurnalına verdiyi müsahibədə "siyasətçilərə olan inamı yenidən bərpa etmək üçün siyasətə girdiyini", "profesional və düzgün insanları vəzifəyə gətirmək" və "siyasəti mümkün olan qədər dəyişmək" istədiyini dedi.[19]

Prezident seçkiləri

redaktə
 
Zelenski və prezident İlham Əliyev

31 dekabr 2018-ci ildə yeni ildən bir neçə dəqiqə sonra Volodimir Zelenski "1+1" telekanalında ukraynalılara müraciət edərək Ukraynadakı 2019-cu il prezident seçkilərində iştirak edəcəyini söyləyib.[15] Namizədliyini açıqlamamışdan altı ay əvvəl də Zelenskinin adı anketlərdə birinci yerdə idi.[15]

Şəxsi həyatı

redaktə

Zelenski keçmiş məktəb dostu olan Olena Zelenskaya ilə 2003-cü ilin sentyabrında ailə həyatı qurdu.[14] Cütlüyün 2004-cü ilin 15 iyulunda Aleksandra adlı qızı, 2013-cü ilin 21 yanvar tarixində isə Krill adlı oğlu dünyaya gəlmişdir.[14]

Filmoqrafiya

redaktə

Film

redaktə
İl Ad
2009 Böyük şəhərdə sevgi
2011 Ofis Romantikası. Vaxtımız
2012 Böyük şəhərdə sevgi 2
2012 Rjevski Napoleona qarşı
2012 8 ilk tarix
2014 Veqasda sevgi
2015 8 yeni tarix

Televiziya

redaktə
İl Ad Qeydlər
2008–2012 Svaty Prodüser
2015 Xalqın xidmətçisi
2016 Tantsi z zirkamy

TV layihələri

redaktə
 
Zelenski I, You, He, She filminin qala gecəsində
  • "Axşam rübündə"
  • "Mübarizə klubu"
  • "Cənab Cook"
  • "Ukraynada İlin mahnısı"
  • "Ofis romantikası"
  • "Fort Boyard"
  • "Ulduzlarla rəqs etmək"
  • "XƏBƏRLƏR"
  • "A-faktor"
  • "Gülüş liqası"

Şəkillər

redaktə
 
 
 
 
 

İstinadlar

redaktə
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ 1 2 Wolodymyr Selenskyj // Munzinger Personen (alm.).
  2. ↑ 1 2 https://24tv.ua/volodimir_zelenskiy_yde_v_prezidenti_ukrayini_2019_reyting_biografiya_skandali_n1051052.
  3. ↑ https://www.britannica.com/biography/Volodymyr-Zelensky.
  4. ↑ 1 2 Zelens‘kyj, Volodymyr Oleksandrovyč // Çex Milli Hakimiyyət Məlumat bazası.
  5. ↑ "Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az. 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
  6. ↑ "İlham Əliyev Brüsseldə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az. 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
  7. ↑ Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  8. ↑ Ray M. Volodymyr Zelensky // Encyclopædia Britannica (ing.).
  9. ↑ 1 2 "Arxivlənmiş surət". 2017-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  10. ↑ "Arxivlənmiş surət". 2017-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  11. ↑ "Arxivlənmiş surət". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  12. ↑ "Arxivlənmiş surət". 2019-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  13. ↑ "Arxivlənmiş surət". 2019-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  14. ↑ 1 2 3 4 "Arxivlənmiş surət". 2019-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  15. ↑ 1 2 3 4 "Arxivlənmiş surət". 2020-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  16. ↑ "Arxivlənmiş surət". 2018-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  17. ↑ "Arxivlənmiş surət". 2019-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  18. ↑ "Arxivlənmiş surət". 2019-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  19. ↑ "Arxivlənmiş surət". 2019-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.

Xarici keçidlər

redaktə
  • Vladimir Zelensky
  • zekubiki
  • Актер Зеленский раскритиковал СБУ из-за запрета сериала "Сваты"
  • studiyo-95
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Volodimir_Zelenski&oldid=8060457"
LOVE.AZ