. Love.az

Andre Mari Amper - Wikipedia - Love.az

Ana Səhifə - Andre Mari Amper

Andre Mari Amper (fr. André-Marie Ampère; 20 yanvar 1775[4][5][…], Lion, Fransa krallığı[6][7][…] – 10 iyun 1836[8][9][…], Marsel, İyul monarxiyası[9][10]) — məşhur fransız fiziki və riyaziyyatçısı. Elektrodinamikanın elmi əsasını yaradanlardan biridir. O, fizika elminə ilk dəfə olaraq "elektrik cərəyanı" anlayışını daxil etmiş, molekulyar cərəyanlar fərziyyəsini irəli sürmüşdür. Amper Paris Elmlər Akademiyasının üzvü olmuşdur.

Andre Mari Amper
fr. Andre Marie Ampere
Doğum tarixi 20 yanvar 1775
Doğum yeri Lion, Fransa Fransa
Vəfat tarixi 10 iyun 1836 (61 yaşında)
Vəfat yeri Marsel, Fransa Fransa
Dəfn yeri
  • Monmartr qəbiristanlığı[3]
Milliyyəti Fransız
Fəaliyyəti Fizika və Riyaziyyat
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1827–)[1],
  • Fransa Elmlər Akademiyası (1814–),
  • Peterburq Elmlər Akademiyası (1827–),
  • Rusiya Elmlər Akademiyası,
  • Prussiya Elmlər Akademiyası[d] (1827–)[2],
  • İsveç Kral Elmlər Akademiyası (1828–)
Mükafatları "Fəxri legion" ordeni kavaleri (Fransa) — 1814
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Fəaliyyəti
  • 2 Mənbə
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Fəaliyyəti

redaktə
 
Amper və oğlunun məzarı

Andre Mari Amper zadəgan ailəsindədir. 14 yaşı olarkən Didro və Jan Leron Dalamberin yazdığı 20 cildlik ensiklopediyanı tam oxumuş, təbiət elmləri və riyaziyyat ilə məşğul olmağa başlamışdır. 1801-ci ildə Burk-an-Bresdəki Mərkəzi məktəbin kafedrasına təyin olunmuşdur. 1805-ci ildə Parisin politexnik məktəbində tərcüməçi vəzifəsində çalışmışdır. 1809-cu ildə fəaliyyət göstərdiyi məktəbdə professor adı almışdır. Bu illər ərzində Amper öz sahəsində bir sıra tədqiqatlar aparmışdır. Ehtimal nəzəriyyəsi, variasiya hesabının mexanika məsələlərinə tətbiqi və riyazi analizə aid bir sıra işləri nəşr edilmişdir. Fizika sahəsindəki işləri onu öz zamənəsinin ən böyük alimləri sırasına çıxarmışdır.

H.K.Ersted elektrik cərəyanın maqnit əqrəbinə təsirini kəşf etdikdən sonra, Amper 1820-ci ildə maqnit əqrəbin əyilmə istiqamətini təyin etmək üçün qayda təklif etmişdir. Sonra, Amper cərəyan keçən iki naqilin bir-biri ilə qarşılıqlı mexaniki təsirini kəşf etmiş, bu qarşılıqlı təsirin qanununu (Amper qanunu) və ilk dəfə maqnetizm nəzəriyyəsini yaratmışdır. Həmin nəzəriyyəyə görə maddənin maqnit xassələri onun hissəciklərindəki elektrik cərəyanları ilə təyin olunur. Amper öz fikirlərini Yalnız təcrübə yolu ilə əldə edilmiş elektrodinamik hadisələr nəzəriyyəsi əsərində çap etmişdir. Amper digər önəmli əsəri olan Elmlərin fəlsəfəsi təcrübələri əsərini 1834-cü ildə çap etdirmişdir.

Mənbə

redaktə
  Vikianbarda Andre Mari Amper ilə əlaqəli mediafayllar var.
  • Hofmann, James R. (1996). André-Marie Ampère. Cambridge University Press
  • Azərbaycan Milli Ensiklopediyası səh 452.
  • ampere.cnrs.fr
  • Revue des deux mondes, Tome neuvième
  • ⇾Biographie d'Ampère
  • lccn

Həmçinin bax

redaktə
  • Amper
  • Amper qanunu

Xarici keçidlər

redaktə
  1. ↑ 1 2 https://catalogues.royalsociety.org/CalmView/Record.aspx?src=CalmView.Persons&id=NA5782&pos=1.
  2. ↑ 1 2 https://www.bbaw.de/die-akademie/akademie-historische-aspekte/mitglieder-historisch/historisches-mitglied-andre-marie-ampere-47.
  3. ↑ Find a Grave (ing.). 1996.
  4. ↑ http://books.google.de/books?id=rwEoAAAAYAAJ&pg=PA389&hl=de#v=snippet&q=1775&f=false.
  5. ↑ http://amperemusee.fr.
  6. ↑ Saint-Pierre D. Dictionnaire historique des Académiciens de Lyon (fr.): 1700-2016. Lyon: Académie des sciences, belles-lettres et arts de Lyon, 2017. P. 1369. ISBN 978-2-9559433-0-4
  7. ↑ baptismal record.
  8. ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  9. ↑ 1 2 Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 82. ISBN 978-2-221-06888-5
  10. ↑ Maktutor riyaziyyat tarixi arxivi. 1994.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Andre_Mari_Amper&oldid=6080984"
LOVE.AZ