Anna Yaroslavna (ukr. Анна Ярославна; təq. 1025[2], Kiyev[3] – 1070-ci illər[2], bilinmir)[6][7] — Kiyev Rus dövlətinin şahzadəsi, 1051-ci ildə Fransa kralı I Henrix ilə evlənərək Fransa kraliçası olmuşdur.[8] O, Kiyev Böyük herdoqu Müdrik Yaroslavın İsveçdən olan İngegerda iə evliliyindən olan üç qızından ən kiçiyi idi. O, Qərb tarixşünaslığında həmçinin, Rusiyalı Anna (fr. Anne de Russie),[9][10][11][12][13][a] Rusiyalı Aqnessa (fr. Agnès de Russie)[15][16][17] və XX əsrdən etibarən Kiyevli Anna (fr. Anne de Kiev)[12][18] kimi tanınır.
Anna Yaroslavna | |
---|---|
![]() | |
19 may 1051 – 4 avqust 1060 | |
Əvvəlki | Friziyalı Matilda |
Sonrakı | Hollandiyalı Berta |
4 avqust 1060 – 1069 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1025[2] |
Doğum yeri | |
Vəfat tarixi | 1070-ci illər[2] |
Vəfat yeri |
|
Fəaliyyəti | əsilzadə |
Atası | Yaroslav Mudrı[2][4] |
Anası | İsveçli İngigerda[d][4] |
Həyat yoldaşları |
|
Uşaqları | |
Ailəsi | Rüriklər sülaləsi |
Dini | xristianlıq |
Elmi fəaliyyəti | |
Elm sahəsi | tarix[5], kral sülaləsi[d][5] |
|
|
![]() 1063-cü il nizamnaməsində Annanın imzası[1] |
|
![]() |
Fransa kralı I Henrix ilə siyasi evlilikdən sonra Anna Fransa kraliçası olmuşdur. O, Fransa krallığına böyük bir cehiz gətirmiş və bu, fransızları Kiyev Rus dövlətinin mədəniyyəti ilə tanış etmişdir. Anna həyat yoldaşının ölümündən sonra ikinci dəfə Krepi qrafı IV Raul ilə evlənmişdir, baxmayaraq ki, onun qanuni arvadı var idi. O, bu evlilik səbəbindən yaranan siyasi böhran üzündən saraydan ayrılmağa məcbur olmuşdur. Anna gənc oğlu I Filippi mərhum kralın qaynı, Flandriyalı Beduenə qəyyumluğa vermişdir. O, IV Raulun ölümündən sonra, 1074-cü ildə saraya qayıtmışdır.
Anna krallığın daxili və xarici siyasətinə təsir göstərmiş və oğlu ilə birlikdə dövlət sənədlərini imzalamışdır. O, Müqəddəs Taxt-tac ilə ünsiyyətdə olurdu. Anna 1065-ci ildə Sanlisdə Sen-Vensan monastırını təsis etmişdir və bu, onun iqamətgahı olmuşdur. Onun adı son dəfə 1075-ci ilə aid bir sənəddə qeyd olunmuşdur. Annanın sonrakı taleyi məlum deyil. O, ana dili qədim ruscaya əlavə olaraq, latın, yunan və fransız dillərini bilirdi.
Rus mənbələrində, o cümlədən salnamələrdə, Anna və ya Yaroslavın digər qızları haqqında heç bir məlumat saxlanmamışdır. Buna görə də onun uşaqlığı və gəncliyi haqqında, demək olar ki, heç nə məlum deyil.[19] Kiyevin Müqəddəs Sofiya kafedralında mövcud olan freskalardan birinin Yaroslavın qızlarını təsvir etdiyi fikri 1980-ci illərdə mütəxəssislər tərəfindən mübahisələndirilmişdir, çünki onun yerləşməsi Bizans ənənəsinə uyğun gəlmirdi.[20] Annanın təxmini doğum tarixi məntiqi olaraq 1024–1036-cı illər arası kimi müəyyənləşdirilmişdir, çünki onun 15–25 yaşlarında evləndiyi ehtimal olunur. Fransada onun təxminən 1025-ci ildə doğulduğu düşünülür.[21] Bu, ədəbiyyatda rast gəlinən 1032-ci il tarixi "Tatişyov məlumatı"na əsaslanır.[22] Filipp Delormun variantına görə, o, 1927-ci ildə anadan olmuşdur.[23] Ehtimal olunur ki, Yaroslavın qızları yaxşı təhsil almış, Anna isə oxuyub yazmaqla yanaşı, yunan və latın dillərini də bilmiş ola bilər.[22] Andrey Qreqoroviç güman edir ki, Anna Fransa kralı I Henrix ilə evlənməyə hazırlaşan zaman fransız dilini öyrənmişdir.[24]
Fransa kralı I Henrixin ilk həyat yoldaşı Friziyalı Matilda və onların yeganə övladı 1044-cü ildə vəfat etmişdi. Varisə olan təcili ehtiyac və kilsənin qohum evliliklərinə qarşı artan etirazı səbəbindən I Henrixin qohum olmayan gəlin axtarması zəruri hala gəlmişdi.[25] XVII əsrdə tarixçi Fransua Rd de Mezere yazırdı ki, I Henrix "Rusiya kralı, indiki Moskva kralı Georginin qızı, şahzadə Anna adlı qızın cazibədarlığı haqqında eşitmiş və onun mükəmməllikləri haqqında hekayələrdən ovsunlanmışdı".[26]
Hər halda, spesifik olaraq bu evliliyin hansı siyasi məqsədlər güddüyünə dair fərziyyələr fərqlidir. 1040-cı illərin ikinci yarısında Almaniya ilə Fransa arasında münasibətlər pisləşmiş, I Henrix Fransanın Lotaringiyaya iddialarını yeniləmiş və imperatora qarşı müttəfiqlər axtarmış ola bilərdi. Müdrik Yaroslav Bizans ilə müharibə ərəfəsində Almaniya ilə ittifaq qurmağa çalışırdı. Salnaməçi Aşaffenburqlu Lambertin yazdığına görə, 1043-cü ilin əvvəlində Yaroslavın səfirliyi zəngin hədiyyələr və qızlarından birinin (Anastasiya və ya Anna) əlini Almaniya imperatiruna təklif etmək üçün Qoslara gəlmişdi.[27][28]
III Henrix buna razılaşmamış və həm Fransa kralına, həm də narazı Burqundiya feodallarına qarşı kömək edə biləcək güclü hökmdar V Gilyomun qızı Akvitaniyalı Aqnesa ilə evlənməyə üstünlük vermişdi. Yaroslav daha sonra Polşa və Macarıstan ilə ittifaqı gücləndirmiş, 1040-cı illərin sonuna qədər Skandinaviyadan Bizansa qədər uzanan, nikah bağları ilə birləşmiş ölkələr zənciri imperiyanın bütün şərq sərhədini əhatə etmişdi.[29] Belə bir fərziyyə var ki, bu evliliyə Almaniya ilə düşmən münasibətlərdə olan və Fransa ittifaqında maraqlı olan Macarıstan kralı I Andraş kömək etmişdir.[30]
Sansda yerləşən Sen-Pyer-le-Vif abbatlığının tarixsiz salnaməsində bildirilmişdir ki, kral "yunan sərhədlərində" yerləşən "Rusların ölkəsinə" Mo yepiskopu Qotyenin başçılıq etdiyi və vassallarından biri olan Qoslen de Şoninin də iştirak etdiyi səfirlik göndərmişdir. Başqa bir mənbədə "Reyms parıltısı"nın səfirliyin 1048-ci və ya 1049-cu illərdə olduğunu və missiyaya Şalon yepiskopu Rojun başçılıq etdiyini göstərir.[31]
1048-ci ildə Fransa kralı Henrix Şalon yepiskopu Roju Rabastiyaya, o ölkənin kralının Anna adlı qızını almaq üçün göndərdiyi zaman abbat Odalrik həmin yepiskopdan xahiş etmişdi ki, Müqəddəs Klimentin istirahət etdiyi, dediklərinə görə, Xersonesin həmin yerlərdə olub-olmadığını, dənizin hələ də onun doğum günündə çəkilib-çəkilmədiyini və [reliklərə] piyada gedilib-gedilmədiyini öyrənsin. Yepiskop bunu etmişdir. O, ölkənin kralı Yaroslavdan öyrənmişdir ki, Papa Yuli bir dəfə Müqəddəs Klimentin istirahət etdiyi bölgəyə, o yerlərdə çiçəklənən bidətlə mübarizə aparmaq üçün gəlmişdi (...) Adı çəkilən kral, Georgi Skav, Şalon yepiskopuna bir dəfə orada olduğunu, Müqəddəs Kliment və onun şagirdi Fivin başlarını gətirdiyini və onları Kiyev şəhərində yerləşdirdiyini, burada onların ehtiram edildiyini və ibadət olunduğunu söyləmişdir. O, hətta bu başları həmin yepiskopa göstərmişdi. — Odalrikin plastirinə Reyms parıltısı[32][33] |
Bundan bəzi tarixçilər belə nəticəyə gəlirmişdi ki, iki Fransa səfirliyi olmuşdur. Onlardan biri ilkin razılaşma əldə etmiş, digəri isə gəlini Fransaya gətirmişdir.[34] Digərlərinə görə, belə bir fərziyyəyə ehtiyac yoxdur. Odalrikin verdiyi əlavə məlumatın mövzusu Müqəddəs Romalı Klimentinin reliklərinin axtarışı idi, buna görə də səfirlikdə iştirak edənlərdən yalnız Şalonlu Roju qeyd edir. Buna baxmayaraq, əgər evliliyin tarixi kimi 1051-ci il qəbul edilərsə, bu, missiyanın həddindən artıq uzadıldığını göstərir.[19]
Toyun tarixi 1908-ci ildə Moris Pru tərəfindən 1051-ci ilin Pentikostu (19 may) olaraq müəyyən edilmişdir.[35] Bu, kifayət qədər əsaslı hesab olunur. Ke Sent-Emur tərəfindən təkid edilən əvvəlki tarix – 1049-cu ilin Pentikostu (14 may) indiki dövrdə səhv kimi qəbul edilir. Buna baxmayaraq, bəzi tarixçilər hələ də bu tarixi qəbul edir və Lan yepiskopu Elinananın 1059-cu il 3 dekabr tarixli, I Henrixin hakimiyyətinin 29-cu ilinə və oğlu Filipin 10-cu ilinə aid olan sənədi istinad gətirirlər.[36] Buna baxmayaraq, sözügedən tarixlərin hər ikisi açıq-aşkar səhvdir və sənədi tərtib edənlərin yanlış hesablamaları nəticəsində yaranmışdır. Bunlar yalnız XVII və XVIII əsrlərin nüsxələrindən məlumdur.[34]
Kral I Henrixin "Rusların kralının qızı Anna" ({{dil-la|Filiam Regis Russo rum Annum]]) ilə evliliyi salnaməçi Flyörili Huqonun ""'Frankların müasir krallarının əməlləri” əsərində qeyd olunur.[37]
Bu evlilik heç bir ərazi qazancı gətirə bilməzdi. Bu, qismən pul və zərgərlik məmulatlarında əhəmiyyətli bir məbləğə bərabər olan zəngin cehizlə kompensasiya olunurdu. Sonradan []VI Lüdovik]] Sen-Deni abbatlığına “nənəsinin, Rutiniya kralının qızının ən qiymətli sünbülçiçəyini” bağışlamışdı.[38]
1052-ci ildə Anna kral I Henrixin varisi, gələcək Fransa kralı I Filippi doğmuşdur. O, daha sonra üç uşaq daha doğmuşdur. Bunlara iki oğul – Robert və Hüqo daxildir. Onlardan birincisi uşaqlıqda vəfat etdi, ikincisi isə sonradan Vermandua qrafı olmuşdur.[40] Eyni zamanda, əri ilə münasibətləri haqqında dəqiq bir şey demək çətindir, lakin dolayı dəlillərə əsasən, kralın bu evlilikdən məyus olduğu fərz edilə bilər. 1054-cü ildən sonra Annanın adı uşaqlarının qeyd olunduğu kral sənədlərində nadir hallarda rast gəlinir və 1059-cu ildə Filippin tacqoyma mərasiminin ətraflı təsvirində kraliça haqqında bir kəlmə belə deyilmir. Səbəblər ya Henrixin qadınlara qarşı mizogen münasibət saxlaması, ya da Şərq ilə ittifaqın onun ümidlərini doğrultmaması ola bilər. Yalnız Henrixin həyatının son aylarında, artıq hakimiyyətdə mühüm rol oynamadıqda, kral kanselyariyası sənədlərdə Annanı yenidən qeyd etməyə başlamışdır.[41] Dövrün bir tarixçisinə görə, Annanın adı heç vaxt kral diplomlarında qeyd olunmur, hətta Filippin tacqoyma mərasimində onun iştirakı belə xatırlanmırdı. Yalnız Henrixin ölümündən və Annanın bir Fransa senyoru ilə yeni evliliyindən sonra onun adı sənədlərdə görünməyə başlamışdır.[42]
1059-cu il Papa II Nikolayın Fransa kraliçasına göndərdiyi və onun fəzilətlərini tərifləyən məktubu ilə qeyd olunmuşdur:[43]
Sənin fəzilətlərinin xəbəri, sevimli qız, qulaqlarımıza çatdı və böyük sevinc hissi ilə eşidirik ki, sən bu çox xristian dövlətində kraliça vəzifələrini təqdirəlayiq həvəs və diqqətəlayiq zəka ilə yerinə yetirirsən. |
Məktub Annanın dindarlığını və ədalətliliyini təriflədikdən sonra kraliçaya mənəvi təlimatları özündə birləşdirmişdir. Məktub onu Katolik Kilsəsinə sadiq qalmağa, kral I Henrixi ədalətli idarəetməyə yönəltməyə, uşaqlarını xristian ruhunda tərbiyə etməyə və s. çağırmışdır. Fransa tarixçisi Rober-Anri Botyeyə görə, məktub əslində kardinal Pyotr Damiani tərəfindən yazılmışdır və məktubun üslubuna əsasən, burada örtülü tənqid əks olunmuş və kraliça Annanın xristian təlimlərinə daha uyğun həyat tərzi sürməli olduğuna işarə edilmişdir.[43]
Henrixin ölümündən sonra Anna Flandriyalı Beduen ilə birlikdə gənc I Filippin qəyyumluğunu bölüşmüşdüt. O, 1060-cı ilin sonundan 1061-ci ilin əvvəllərinə qədər kral sarayının mülklərə səfərində iştirak etmiş, lakin tezliklə onun adı sənədlərdən yenidən yoxa çıxmışdır.[44] O, artıq 1061-ci ildə Krepi qrafı Raul iıə evlənmişdir. Bu senyor bir neçə il ərzində sarayda daimi iştirakçı olmuş, Fransa perları və ən yüksək ruhanilərdən dərhal sonra görkəmli mövqe tutmuşdu. Bu onun danikinci dəfə evliliyi idi, lakin Raul əvvəlki həyat yoldaşını zina ilə günahlandıraraq qovmuş və Anna ilə evlənmişdi.[45]
1063-cü ilə qədər Raul Sena, Sona, Ena və Uaza çayları arasında yerləşən geniş ərazini, o cümlədən Amyen, Veksen, Valua və Vermanduanı əlində cəmləşdirmişdi. Onun mülkləri kral domenini şimaldan və qərbdən yarımdairə şəklində əhatə edərək Flandriya ilə əlaqəni kəsirdi. Bundan əlavə, Raul Şampanda Bar və Vitri qraflıqları ilə əhəmiyyətli əraziyə sahib idi. Anna ilk həyat yoldaşından Sanlis, Melyon bölgəsi və Lan ilə Şalon arasında bir sıra mülkləri miras almışdı. Belə bir gücdən sonra bu cütlük Fransa sarayının narazılığına çox da əhəmiyyət vermirdi.[46]
Evlilik bir neçə səbəbdən qalmaqallı idi. Birincisi, Raul kral Henrixin qohumu idi, ikincisi isə onun əvvəlki evliliyi ləğv edilməmişdi və bu, onu ikizövcəli edirdi. Son olaraq, Anna Raul üçün ən kiçiyi təxminən yeddi yaşında olan uşaqlarını tərk etmişdi. Kilsə hakimiyyəti dərhal salnaməçinin insan qanunlarına və ilahi qanunlara zidd adlandırdığı bu vəziyyətə reaksiya vermişdir. Reyms arxiyepiskopu Jerve 1061-ci ilin payızında Papa II Aleksandra məlumat vermişdir ki, “kraliçamız qraf Raul ilə yeni evliliyə daxil olmuş”, bu da kralı və bütün sarayı böyük kədərə salmışdır. Raulun qanuni həyat yoldaşı Alienora da Romaya şikayət etmişdi.[48]
Papa Reyms və Sans arxiyepiskopları Jerve və Reşeyə məsələni araşdırmaq və tədbir görmək üçün tapşırıq vermişdir. Bu şəxslərə və Fransa kralına məktublar 31 mart 1062-ci ildə göndərilmişdir. Tarixçilər ehtimal edirlər ki, Raul həmin il kilsədən qovulmuşdu. Bu, onda güclü təəssürat yaratmamışdı, çünki hərbi tədbirlərlə dəstəklənməyən kilsədən qovulma feodal senyoru üçün təhlükə yaratmırdı. I Filippin babası, kral II Müqəddəs Robert bir neçə il kilsədən aforoz edilmişdi və Filippin özü də Bertrada de Montfortdan ayrılmağa krallığa qoyulan interdikt səbəbilə məcbur edilməmişdi.[49]
Bununla belə, Anna və Raula artıq sarayda görünməyə icazə verilmirdi. 1063-cü ildə Suasonda yerləşən Sen-Krepen abbatlığına verildiyi güman edilən və Annanın "AHA РЪИНA" avtoqrafını daşıyan məşhur diplom kralın mülklərinə səfəri zamanı tərtib edilmişdir və istisna xarakter daşıyır.[b] Üstəlik, bu sənədin tarixi I Filippin hakimiyyətinin ikinci ilinə, yəni 1061-ci il olaraq müəyyən edilmişdir və bu tarixin doğru olduğu ehtimal olunur. 1896-cı ildə onun surəti çıxarılmış Rusiya imperatoru II Nikolaya Parisə rəsmi səfəri zamanı hədiyyə edilmişdir. Yalnız doqquz il sonra, 1070-ci ildə Raul kralın ətrafına qayıtmış və bu qəfil dəyişiklik Flandriya varisliyi müharibəsinin başlaması ilə izah olunmuşdur, çünki Filippə müttəfiqlər lazım idi.[51]
1060-cı illərdə Anna, ehtimal olunur ki, qanunsuz evliliyin günahını kəffarə etmək üçün Senlisdə Sen-Vensan monastırını təsis etmişdir.[52][23] 1069-cu ildə I Filipp monastıra imtiyazlar vermişdir. XIX əsrdə monastır kilsəsinin portikasında kraliçanın əlində qurduğu kilsənin maketi ilə heykəli ucaldılmışdır.[53][54][55]
Krepi qrafı Raul 8 sentyabr 1074-cü ildə vəfat etmiş və onun qohumları arasında varislik müharibəsi başlamışdır. Beləliklə, Anna saraya qayıtmışdır. O, 1075-ci ildə son sənədini imzalamışdır və burada əsilzadə titulu olmadan sadəcə “kralın anası” kimi xatırlanmışdır. Onun 1075-1089-cu illər arasında vəfat etdiyi güman edilir. Buna baxmayaraq, Botye qeyd etmişdir ki, Anna 1079-cu ildə artıq vəfat etmişdir. O, San-Vansen monastırında 5 sentyabrda yad edildiyi üçün Annanın 1075-1078-ci illər arasında bu tarixdə vəfat etdiyi versiyasını qeyd etmişdir.[56]
Annanın ömrünün sonunda Kiyev Rus dövlətinə qayıtması ilə bağlı versiya var. Bu, tək bir anonim və etibarsız məlumatdan qaynaqlanır. Bu məlumat onun həyatını bir cümlə ilə yekunlaşdırır: “kral öldü, Anna qraf Raul ilə evləndi, o öldü, o, doğma torpağına qayıtdı”. Bu cümlənin sonu sonradan Sanlisdə yerləşən Anna heykəlinin postamentinə yerləşdirilmişdir. Bu məlumat, birincisi, hər hansı nəticə çıxarmaq üçün açıq-aşkar kifayət deyil və ikincisi, Annanın Kiyev Rus dövlətinə qayıtması üçün hansı səbəblərin ola biləcəyini, orada onu kimin gözlədiyini təsəvvür etmək çətindir. Bu versiyanın əsassızlığı Nikolay Karamzin üçün də aydın idi.[57][58]
Daha məntiqli fərziyyə Annanın ömrünün qalan hissəsini Sanlisdə keçirməsidir, lakin bunun da sübutu yoxdur.[56]
Yezuit alimi Klod-Fransua Menetrie (1631–1705) "Journal des savants" jurnalında 22 1682-ci il tarixində dərx olunan məqalədə bildirmişdir ki, o, Qatinye qraflığında yerləşən La-Ferte-Ale yaxınlığında yerləşən Vilye abbatlığının kilsəsində Annanın məzarını kəşf edilmişdir. Onun sözlərinə görə, məzar daşında həkk olunmuşdur ki, "Burada xanım Aqnes, bir vaxtlar kral Henrixin arvadı, yatır (...) onlar tanrının mərhəməti ilə sülhdə istirahət edirlər". Bu məruzənin sadəcə saxtakarlıq olduğu ortaya çıxmışdır, çünki məzar 1642-ci ildə yoxlanılmış, sonra 1749-cu ildə xüsusi və ətraflı şəkildə tədqiq edilmiş, lakin burada "kral" sözü tapılmamışdı. Əlavə olaraq, abbatlığın özü 1220-ci ildə qurulmuşdur və yazının üslubu ilə məzar daşındakı qadın təsviri qəti şəkildə XIII əsrin ortalarına aiddir. Abbatlıq Fransa inqilabı zamanı kilsə poqromları nəticəsində dağıdılmışdır.[57][59]
Annanın dəfn olunduğu yer məlum deyil. I Henrixin dəfn olunduğu Seni-Deni məzarında və ya oğlu Filippin dəfn olunduğu Sen-Benua-syur-Luarda heç bir iz tapılmamışdır. Onun Sen-Vansendə dəfn olunduğuna dair bəzi əsaslar var, lakin məzar monastırın sonrakı yenidənqurma işləri zamanı itkin düşmüşdür.[60]
Mövcud olmayan məzar hekayəsi ilə əlaqədar olaraq, tədqiqatçılar Annanın Fransada Aqnessa və ya Anyes adını qəbul edib-etmədiyi məsələsini araşdırmışlar. "Xristian Qalliyası" əsərinin müəllifləri qətiyyətlə bildirmişlər ki, o heç vaxt Aqnes adlandırılmamışdır, lakin bir neçə sənəddə onun adı "Agna", cinsi halda isə "Agne" və "Agnetis" kimi yazılmışdır. Bu məsələni araşdıran Ke de Sent-Emur bunun orta əsrlərə xas olan adi qarışıqlıq olduğu qənaətinə meyl etmişdir. Onun fikrinə görə, adların müəyyən yazılış qaydaları hələ formalaşmadığı halda bu adlar müxtəlif yerlərdə fərqli şəkildə eşidilmiş və buna uyğun olaraq yazılı formada müxtəlif şəkillərdə qeyd edilmişdir.[61]
SSRİ-də istehsal olunan "Yaroslavna, Fransa kraliçası" filmi rejissor İqor Maslennikov tərəfindən 1978-ci ildə çəkilmişdir. Burada Anna rolunu Yelena Koreneva canlandırmışsır.[63]
Mişçuk qardaşlarının David Samoylovun sözlərinə əsaslanan “Kraliça Anna” mahnısı Anna Yaroslavnaya həsr olunmuşdur.
2012-ci ildə rəssam İlya Tomilov "Anna Yaroslavna – Fransa kraliçası" adlı tablonu çəkmişdir.[64]
Annanın Parisə gəldikdən sonra atasına yazdığı, müasir Rusiya müəllifləri tərəfindən tez-tez sitat gətirilən məktub (“Məni hansı vəhşi ölkəyə göndərmisiniz; burada evlər qaranlıq, kilsələr çirkin, adətlər isə dəhşətlidir”)[65] Moris Drüonun "Sezardan Müqəddəs Lüdovikə qədər Paris" kitabından götürülmüşdür[66] və çox güman ki, ədəbi uydurmadır.[67]
Annanın 1065-ci ildə qurduğu Paris yaxınlığındakı Sanlisdə yerləşən San-Vansen Vinsent monastırındakı kilsənin qarşısında XVII əsrdə onun heykəli qoyulmuşdur. Heykəl əlində qurduğu kilsənin kiçik maketini tutmuş kimi təsvir edilmişdir. Heykəlin altındakı yazıda “Rusiyalı Anna, Fransa kraliçası” yazılmışdı.[68][69] 29 sentyabr 1996-cı ildə Fransadakı ukraynalı icmanın xahişi ilə heykəlin altındakı orijinal yazı “Kiyevli Anna, Fransa kraliçası” ilə əvəz olunmuşdur. Adın dəyişdirilməsi ilə bağlı mərasim Ukraynanın Fransaya səfiri Yuri Koçubey və bir sıra yerli hökumət rəsmilərinin iştirakı ilə baş tutmuşdur.[14][70]
2005-ci ildə Ukrayna Prezidenti Viktor Yuşşenko Sanlisdə “Kiyevli Anna, Fransa kraliçası” abidəsinin açılışında iştirak etmişdir.[71]
10 noyabr 2016-cı ildə Kiyevdə yerləşən Lviv meydanında heykəltəraş Konstantin Skritutskinin “Kiyevli Anna, Anna Yaroslavna” adlı bürünc abidəsinin açılış mərasimi baş tutmuşdur. Açılış mərasimində Fransa, Belçika, İsveçrə, Meksika, Polşa, Sloveniya, Norveç və Gürcüstan səfirləri iştirak etmişdir.[72]
19 noyabr 2019-cu ildə Krakovda yerləşən Vielopolski sarayının ərazisində gənc Kiyevli Anna abidəsi qoyulmuşdur. Bu heykəl 2016-cı ildə Kiyevdə qoyulmuş abidənin surətidir.[73]
“Kiyevli Anna” adı Ukrayna Silahlı Qüvvələrinin Fransada təlim keçmiş və Fransa hərbi texnikası ilə təchiz edilmiş 155-ci briqadasına verilmişdir.[74][75][76]
if this is not an authentic signature, it could still only have been made by a person from the Queen's suite who came with her from her native land. But it is probably more prudent to speak not of the Queen's signature but of the inscribing of her name in the charter of 1063 [...] comparing it with Old French roina attested alongside reina