Antonio "Toni" Neqri (it. Antonio "Toni" Negri; 1 avqust 1933[1][2][…], Padova, İtaliya[5][4] – 16 dekabr 2023[3][4], Viljüif, Fransa[4]) — İtaliya siyasi filosofu. O, avtonomizmin ən görkəmli nəzəriyyəçilərindən biri hesab olunur. Neqri həmçinin, "İmperiya" kitabının həmmüəllifliyinə və Spinoza üzərində işinə görə tanınmışdır.[11][12][13][14] Padua şəhərində anadan olmuş, doğulduğu universitetdə siyasi fəlsəfə üzrə professor kimi çalışmışdır. Neqri 1969-cu ildə "İşçi qüvvəsi" qrupunu qurmuş və "İşçilər muxtariyyəti" aparıcı üzvü olmuşdur. O, "inqilabi şüur"a çağıran çox təsirli kitablar nəşr etmişdir.
Antonio Neqri | |
---|---|
it. Antonio Negri | |
![]() | |
Doğum tarixi | 1 avqust 1933(1933-08-01)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 dekabr 2023(2023-12-16)[3][4] (90 yaşında) |
Vəfat yeri | |
Əsas maraqları | siyasi fəlsəfə, Sinfi mübarizə, Qloballaşma |
Təsirlənib | Benedikt Spinoza, Karl Marks, Jil Delöz, Mişel Fuko |
![]() |
Antonio Neqri 1970-ci illərin sonlarında müxtəlif ittihamlarla, o cümlədən "Qırmızı briqadalar" solçu ekstremist təşkilatın[15] qurucusu olmaqda ittiham olunurdu. Təşkilat 1978-ci ilin mayında İtaliyanın iki dəfə baş naziri olmuş Aldo Moronun oğurlanmasında iştirak etmişdir.. Neqri "Qırmızı briqadalar" adından hədələyici telefon zəngi etməkdə şübhəli bilinirdi,[16][17] lakin məhkəmə onun əlaqələrini qəti şəkildə sübut edə bilməmişdir.[18] Buna baxmayaraq, o, 1984-cü ildə təqsirli bilinərək 30 il müddətinə azadlıqdan məhrum edilmişdir. Neqri 1960–1970-ci illərdə siyasi fəalların zorakılığına görə "mənəvi məsuliyyət daşımaq" ittihamı ilə əlavə dörd il müddətinə azadlıqdan məhrum olunmuşdur.[19] Neqrinin solçu ekstremizmlə şərikliyi məsələsi mübahisəli mövzudur.[20] O, bir sıra ittihamlarla, o cümlədən "dövlətə qarşı birləşmə və üsyan" (sonradan bu ittiham ləğv olunmuşdur) ilə ittiham edilmiş və iki qətldə iştiraka görə məhkum olunmuşdur.
Neqri Fransaya qaçmış və orada Mitteran doktrinası ilə qorunmuşdur. O, burada Jak Derrida, Mişel Fuko və Jil Delöz ilə birlikdə dərs demişdir. 1997-ci ildə həbs müddətini 30 ildən 13 ilə endirən məhkəmə sövdəsindən sonra[21] cəzasının sonunu çəkmək üçün İtaliyaya qayıtmışdır. Ən təsirli kitablarının bir çoxu Neqri həbsdə olarkən nəşr olunmuşdur.
Delöz kimi Neqrinin də Spinoza ilə məşğul olması müasir fəlsəfədə yaxşı məlumdur.[22][23] Altüsser və Delöz ilə birlikdə o, XX əsrin sonu və XXI əsrin əvvəllərində kontinental fəlsəfədə fransızlardan ilham almış neospinozizmin mərkəzi simalarından biri olmuşdur.[24][25][26][27]
Neqri 16 dekabr 2023-cü ildə 90 yaşında Parisdə vəfat etmişdir.[28]