. Love.az

Aldo Moro - Wikipedia - Love.az

Ana Səhifə - Aldo Moro

Aldo Moro(it. Aldo Moro; 23 sentyabr 1916, Malye, Apuliya — 9 may 1978, Roma) — İtaliyanın baş naziri, Xristian Demokratik Partiyasının rəhbərlərindən biri.

Aldo Moro
it. Aldo Moro
İtaliya Nazirlər Şurasının sədri
23 noyabr 1974 – 29 iyul 1976
ƏvvəlkiMariano Rumor[d]
SonrakıCulio Andreotti
4 dekabr 1963 – 24 iyun 1968
ƏvvəlkiCovanni Leone
SonrakıCovanni Leone
İtaliyanın xarici işlər naziri
8 iyul 1973 – 23 noyabr 1974
SonrakıMariano Rumor[d]
6 avqust 1969 – 26 iyun 1972
ƏvvəlkiPyetro Nenni[d]
30 dekabr 1965 – 24 fevral 1966
ƏvvəlkiAmintore Fanfani
SonrakıAmintore Fanfani
28 dekabr 1964 – 5 mart 1965
(səlahiyyətlərin icraçısı)
ƏvvəlkiCüzeppe Saraqat
SonrakıAmintore Fanfani
İtaliyanın təhsil naziri
20 may 1957 – 16 fevral 1959
ƏvvəlkiPaolo Rossi[d]
İtaliyanın ədliyyə naziri
6 iyul 1955 – 20 may 1957
ƏvvəlkiMikele De Pyetro[d]
SonrakıQvido Qonella[d]
Şəxsi məlumatlar
Doğum adı Aldo Moro
Doğum tarixi 23 sentyabr 1916(1916-09-23)[1][2][…]
Vəfat tarixi 9 may 1978(1978-05-09)[1][3][…] (61 yaşında)
Vəfat yeri
  • Roma, Roma əyaləti[d], Latsio, İtaliya
Fəaliyyəti siyasətçi, diplomat, professor
Dini katolisizm

Təltifləri Grand Cross of the Order of Polonia Restituta (Polşa) Grand Cross of the Order of Orange-Nassau (Niderland)
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Aldo Moro 23 sentyabr 1916-cı ildə anadan olmuşdu. Ali hüquq təhsili almışdı.

İtaliyanın mərhum Baş naziri Aldo Moro öz ölkəsi üçün müəyyən edilən "postindustrial sıfır inkişafı" və əhalinin sayının ixtisarı siyasətinin əleyhinə çıxan liderlərdən biri idi. O, bununla "Roma Klubunu" hiddətləndirmiş oldu, çünki "Olimpiyaçılar" bu siyasətin həyata keçirilməsini məhz "Roma Klubuna" tapşırmışdılar. 1982-ci il noyabrın 10-da Romada keçirilən məhkəmədə Moronun yaxın dostu bildirdi ki, Baş Nazirə "Beynəlxalq İşlər üzrə Kral İnstitutunun" (RRLA, Böyük Britaniya) agenti hədə-qorxu gəlirdi və həmin şəxs eyni zamanda həm də ABŞ-nin Dövlət Katibi, eləcə də Komitet 300-ün üzvüdür. Şahidin adını çəkdiyi adam Henri Kissincer idi və onun sürətli yüksəlişi aşağıda təfərrüatı ilə nəzərdən keçiriləcəkdir. Xatırladaq ki, Baş Nazir Aldo Moro 1978-ci ildə "Qırmızı briqadalar"nın terrorçuları tərəfindən oğurlanmış və sonra vəhşicəsinə qətlə yetirilmişdi. "Qırmızı briqadalar"nın üzvlərinə qarşı keçirilən məhkəmədə onlardan bəziləri Moronun məhv edilməsi məqsədilə həyata keçirilən sui-qəsddə ABŞ-nin yüksək səviyyəli rəsmı şəxslərinin iştirak etdiklərindən xəbərdar olduqlarını bildirmişdilər. Moroya hədə-qorxu gələn Kissincer, əlbəttə, ABŞ-nin xarici siyasətini həyata keçirməkdən çox, Komitet 300-ün xarici siyasət bölməsi olan "Roma Klubu"nun təlimatlarına uyğun hərəkət edirdi. Açıq məhkəmə iclaslarında partlayan bomba effektli ifadələr verən şahid – Moronun yaxın məsləkdaşı Qorrado Gersoni idi. Onun inanılmaz şahidlik ifadələri 1982-ci il noyabrın 10-da İtaliya televiziyası və radiosu ilə verilmiş, eləcə də İtaliyanın bir neçə qəzetində dərc etdirilmişdi, lakin bu çox vacib informasiya ABŞ-də sadəcə olaraq sükuta qərq edildi. Azadlığın qalaları kimi məşhur olan, həmişə hər şey haqda hər şeyi bilən "Vaşinqton Post" və "Nyu-York Tayms" qəzetləri buna azacıq da olsa əhəıniyyət vermədilər və Gersoninin şahidlik ifadələrindən bircə sətir belə dərc etmədilər.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Craveri P., autori vari MORO, Aldo // Dizionario Biografico degli Italiani (it.). 2012. Vol. 77.
  2. ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. ↑ Aldo Moro // Encyclopædia Britannica (ing.).

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aldo_Moro&oldid=7162223"
LOVE.AZ