. Love.az

Arixli - Wikipedia - Love.az

Ana Səhifə - Arixli

Arıxlı, Aran Arıxlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Bolnisi rayonunun inzibati-ərazi vahidində kənd.

Arıxlı
ნახიდური
41°28′21″ şm. e. 44°41′39″ ş. u.HGYO
Ölkə
  •  Gürcüstan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 420 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 3.686 nəf. (2014)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1100[2]
Nəqliyyat kodu EEF
Xəritəni göstər/gizlə
Arıxlı xəritədə
Arıxlı
Arıxlı

Mündəricat

  • 1 Coğrafiyası və iqlimi
  • 2 Əhalisi
  • 3 İqtisadiyyatı
  • 4 Xarici keçidlər
  • 5 Həmçinin bax

Coğrafiyası və iqlimi

redaktə

Arıxlı kəndi Anaxatır çayının sağ sahilində dəniz səviyyəsindən 410–470 m. yüksəklikdə yerləşir. Coğrafi baxımdan rayonun Kolagir, Hasanxocalı, Bala Muğanlı kəndləri və Tamarisi qəsəbəsi ilə qonşuluqdadır.

Əhalisi

redaktə

Gürcüstanda 2002-ci ildə keçirilmiş əhali siyahıyaalmasının yekunlarına əsasən Arıxlı kəndində 4876 nəfər sakin yaşayır. Əhalinin 49,4%-i kişilər, 50,6%-i qadınlardır. Kənd əhalisinin 99%-dən çoxu etnik azərbaycanlılardır. Arıxlı əhalisinin sayına görə rayonun təkcə Faxralı və Bolus Kəpənəkçisi kəndlərindən geri qalır.

İqtisadiyyatı

redaktə

Arıxlı kəndi mühüm kənd təsərrüfatı zonasıdır. Çaykənarı coğrafi mövqeyə malik olduğundan suvarma əkinçiliyi geniş yayılmışdır. Xram çayından mənbəyini götürən Xan və Xram arxları torpaqların su təchizatında əhəmiyyətli rol oynayır. Faraş kartofçuluq, taxılçılıq və tərəvəzçilik kifayət qədər inkişaf etmişdir. Kəndin Tiflis-İrəvan magistral avtomobil yolunun üzərində yerləşməsi təsərrüfatçılığın inkişafında mühüm rol oynayır.

Xarici keçidlər

redaktə
  • 2002-ci ildə Gürcüstanda keçirilmiş əhali siyahıyaalmasının nəticələri Arxivləşdirilib 2009-03-06 at the Wayback Machine
  • Gürcüstanda kənd əhalisinin statistik icmalı Arxivləşdirilib 2007-11-24 at the Wayback Machine


Həmçinin bax

redaktə
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Gürcüstan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
  1. ↑ https://web.archive.org/web/20180701164945/http://www.geostat.ge/index.php?action=page&p_id=2152&lang=geo.
  2. ↑ https://web.archive.org/web/20130921054834/http://ufps.org/index.php?option=com_content&task=view&id=35.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Arıxlı&oldid=7419222"
LOVE.AZ