Arif Kəskin - Azərbaycanlı sosioloq və Orta Şərq üzrə mütəxəssis.[1][2][3]
Arif Kəskin | |
---|---|
Doğum tarixi | (52 yaş) |
Doğum yeri | Muğan, İran |
Vətəndaşlığı | Türkiyə Respublikası |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Sosiologiya Politologiya |
Təhsili | Təbriz Universiteti Ankara Universiteti |
Fəaliyyəti | Orta Şərq üzrə araşdırmaçılıq |
Fəaliyyət illəri | 1999-cu ildən günümüzə qədər |
Arif Kəskin Cənubi Azərbaycanın 1973-ci ildə Muğan bölgəsində anadan olmuşdur.[3]
Orta məktəbi Muğanda tamamlamışdır. 1993-cü ildə Təbriz Universitetinin Sosial Elmlər fakültəsinin Sosiologiya ixtisasından məzun olmuşdur. 1999-cu ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsində magistr təhsili almışdır. Magistr təhsilini bitirdikdən sonra Ankara Universitetində Siyasi Elmlər fakültəsində doktarantura təhsili almışdır.[3]
Arif Kəskin 1999-cu ildən ASAM (Avrasiya Strateji Araşdırmalar Mərkəzi), TÜRKSAM, XXI Əsr Türkiyə İnistitutu və ORSAM kimi düşüncə qurumlarında orta şərq üzrə mütəxəssis olaraq çalışmışdır. 1999-cu ildən günümüzə qədər Türkiyə mətbuatında (Stratejik Analiz, Avrasiya Dosyesi, Radikal, Aktual, Vətən, 2003, Qlobal Strategiya və s.) 100-dən çox məqaləsi yayımlanmışdır. Yazıları Türkiyə xaricində Azərbaycan türkcəsinə, farscaya və ingiliscəyə tərcümə edilərək nəşr edilmişdir. Türkiyədə yazdığı məqalələri İranda tərcümə edilərək kitab halında nəşr edilmişdir.
CNN-Türk, TRT, Habertürk kimi TV kanallarında İran ilə əlaqəli proqramlara qatılmışdır. Bilkənd, ODTÜ və Baxçaşəhər kimi universitetlərdə konfranslar vermişdir.[3]