. Love.az

Arif Salahov - Wikipedia - Love.az

Ana Səhifə - Arif Salahov

Arif Əliabbas oğlu Salahov (18 avqust 1937, Digah – 25 aprel 2006, Bakı) — artilleriya general-mayoru, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ilk 4 zabitindən biri olmuşdur.[1][2]

Arif Salahov
Arif Əliabbas oğlu Salahov
Şəxsi məlumatlar
Doğum tarixi 18 avqust 1937
Doğum yeri Digah, Abşeron
Vəfat tarixi 25 aprel 2006 (68 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1956-2006
Rütbəsi General-mayor
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 20052005

Mündəricat

  • 1 Həyatı
  • 2 Hərbi xidməti
    • 2.1 SSRİ Silahlı Qüvvələrində
    • 2.2 Azərbaycan Silahlı Qüvvələrində
  • 3 Hərbi rütbələri
  • 4 Təltifləri
  • 5 İstinadlar

Həyatı

redaktə

Arif Salahov 18 avqust 1937-ci ildə Abşeron rayonunun Digah kəndində anadan olmuşdur. 1955-ci ildə 106 nömrəli orta məktəbi bitirmişdir.[1][3]

Arif Salahov 25 mart 2006-cı il tarixində Bakı şəhərində vəfat etmişdir.[4]

Hərbi xidməti

redaktə

SSRİ Silahlı Qüvvələrində

redaktə

1956-cı il 26 oktyabr tarixində SSRİ Silahlı Qüvvələrinə çağırılmışdır. 1956–1958-ci illərdə Leninqrad hərbi dairəsinin Lomonosov şəhərində yerləşən təlim tank alayında xidmət etmişdir.[5]

1958–1961-ci illərdə Tula Hərbi Artilleriya Məktəbində təhsil almış və leytenant rütbəsi ilə məzun olmuşdur. Daha sonra 1961–1965-ci illərdə Tiraspol şəhərindəki 59-cu motoatıcı diviziyada taqım komandiri kimi fəaliyyət göstərmişdir.[6]

1965–1970-ci illərdə Penza Ali Mühəndis-Artilleriya Məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirdikdən sonra Almaniya Demokratik Respublikasının Stendal şəhərində yerləşən 207-ci motoatıcı diviziyaya göndərilmiş və burada müxtəlif artilleriya və qərargah vəzifələrində xidmət etmişdir.[7]

1975–1985-ci illər ərzində Zaqafqaziya, Lənkəran, Kirovabad və Bakı şəhərlərində yerləşən müxtəlif hərbi hissələrdə artilleriya alay və divizionlarının komandiri, qərargah rəisi vəzifələrində xidmət etmişdir. 1986–1990-cı illərdə 4-cü Ordu Qərargah rəisinin müavini – Təşkilat-Səfərbərlik şöbəsinin rəisi olmuşdur.[4]

1990-cı ilin mayında SSRİ Silahlı Qüvvələrindən tərxis olunmuşdur.

Azərbaycan Silahlı Qüvvələrində

redaktə

1991-ci ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələrinə qəbul edilmişdir. 1992-ci ilin yanvar ayının 30-dək Artilleriya və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsində çalışmışdır.[6]

1992–1993-cü illərdə 922 nömrəli artilleriya briqadasının komandiri olmuş, Ağdam-Füzuli istiqamətlərindəki döyüşlərdə iştirak etmişdir. 1993-cü ilin iyun–noyabr aylarında 3-cü Ordu Korpusunun komandiri kimi Tərtər istiqamətində döyüşlərə rəhbərlik etmişdir.[1]

1993–1995-ci illərdə Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini vəzifəsini icra etmiş, Beyləqan-Füzuli-Horadiz istiqamətindəki döyüşlərdə iştirak etmişdir. Daha sonra 1995–1998-ci illərdə Silahlı Qüvvələrin Baş Müfəttişi, 1998–2006-cı illərdə isə 109 nömrəli hərbi hissənin artilleriya rəisi vəzifəsində xidmət etmişdir.[5]

Hərbi rütbələri

redaktə
  • Leytenant — 22 avqust 1961
  • Baş leytenant — 19 oktyabr 1964
  • Kapitan — 24 yanvar 1970
  • Mayor — 26 aprel 1974
  • Podpolkovnik — 21 iyul 1978
  • Polkovnik — 12 sentyabr 1983
  • General-mayor — 21 aprel 1994 (Azərbaycan Respublikası Prezidentinin 134 nömrəli Fərmanı ilə)

Təltifləri

redaktə
  • "Azərbaycan Bayrağı" ordeni — 2005[8]
  • Digər çoxsaylı SSRİ və Azərbaycan Respublikası medalları

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "Dünyanın bu günü - 18.08.2020". APA TV. 18 Avqust 2020. 2024-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-30.
  2. ↑ "Müdafiə Nazirliyinin yaranmasından 26 il ötür - FOTOLAR – Poliqon.az". poliqon.az (az.). 2017-09-05. İstifadə tarixi: 2025-05-11.
  3. ↑ ""18 AVQUST" TARIXIMIZDƏ". ATEK - Azərbaycan Tarixi Elektron Kitabxanası. 17 Avqust 2017. 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-30.
  4. ↑ 1 2 "Arif Əliabbas oğlu Salahov - Qaradağ MKS".
  5. ↑ 1 2 "Генерал-Майор Ариф Салахов - История Азербайджана". Военно-исторический портал (rus). İstifadə tarixi: 2025-05-11.
  6. ↑ 1 2 sfera.az. "Qarabağ döyüşlərinin qəhrəmanı olan general: Arzuma çatmamışam". sfera.az. İstifadə tarixi: 2025-05-11.
  7. ↑ "General-Mayor Salahov Arif Əliabbas oğlu". 7 Dekabr 2020.
  8. ↑ "518 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında". frameworks.e-qanun.az. İstifadə tarixi: 2025-05-11.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Arif_Salahov&oldid=8130126"
LOVE.AZ