Arif Əliabbas oğlu Salahov (18 avqust 1937, Digah – 25 aprel 2006, Bakı) — artilleriya general-mayoru, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ilk 4 zabitindən biri olmuşdur.[1][2]
Arif Salahov | |
---|---|
Arif Əliabbas oğlu Salahov | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Digah, Abşeron |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı |
![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 1956-2006 |
Rütbəsi | General-mayor |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
![]() |
Arif Salahov 18 avqust 1937-ci ildə Abşeron rayonunun Digah kəndində anadan olmuşdur. 1955-ci ildə 106 nömrəli orta məktəbi bitirmişdir.[1][3]
Arif Salahov 25 mart 2006-cı il tarixində Bakı şəhərində vəfat etmişdir.[4]
1956-cı il 26 oktyabr tarixində SSRİ Silahlı Qüvvələrinə çağırılmışdır. 1956–1958-ci illərdə Leninqrad hərbi dairəsinin Lomonosov şəhərində yerləşən təlim tank alayında xidmət etmişdir.[5]
1958–1961-ci illərdə Tula Hərbi Artilleriya Məktəbində təhsil almış və leytenant rütbəsi ilə məzun olmuşdur. Daha sonra 1961–1965-ci illərdə Tiraspol şəhərindəki 59-cu motoatıcı diviziyada taqım komandiri kimi fəaliyyət göstərmişdir.[6]
1965–1970-ci illərdə Penza Ali Mühəndis-Artilleriya Məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirdikdən sonra Almaniya Demokratik Respublikasının Stendal şəhərində yerləşən 207-ci motoatıcı diviziyaya göndərilmiş və burada müxtəlif artilleriya və qərargah vəzifələrində xidmət etmişdir.[7]
1975–1985-ci illər ərzində Zaqafqaziya, Lənkəran, Kirovabad və Bakı şəhərlərində yerləşən müxtəlif hərbi hissələrdə artilleriya alay və divizionlarının komandiri, qərargah rəisi vəzifələrində xidmət etmişdir. 1986–1990-cı illərdə 4-cü Ordu Qərargah rəisinin müavini – Təşkilat-Səfərbərlik şöbəsinin rəisi olmuşdur.[4]
1990-cı ilin mayında SSRİ Silahlı Qüvvələrindən tərxis olunmuşdur.
1991-ci ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələrinə qəbul edilmişdir. 1992-ci ilin yanvar ayının 30-dək Artilleriya və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsində çalışmışdır.[6]
1992–1993-cü illərdə 922 nömrəli artilleriya briqadasının komandiri olmuş, Ağdam-Füzuli istiqamətlərindəki döyüşlərdə iştirak etmişdir. 1993-cü ilin iyun–noyabr aylarında 3-cü Ordu Korpusunun komandiri kimi Tərtər istiqamətində döyüşlərə rəhbərlik etmişdir.[1]
1993–1995-ci illərdə Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini vəzifəsini icra etmiş, Beyləqan-Füzuli-Horadiz istiqamətindəki döyüşlərdə iştirak etmişdir. Daha sonra 1995–1998-ci illərdə Silahlı Qüvvələrin Baş Müfəttişi, 1998–2006-cı illərdə isə 109 nömrəli hərbi hissənin artilleriya rəisi vəzifəsində xidmət etmişdir.[5]