. Love.az

Arqo It - Wikipedia - Love.az

Ana Səhifə - Arqo It

Arqo (təq. 2009 – 23 yanvar 2024) və ya bəzən Barone[1] – Pompey xarabalıqlarında yaşamış sahibsiz it. O, Pompey xarabalıqlarının qoruyucusu və talismanı hesab olunmuşdur.

Arqo
Məlumatlar
Digər ad(lar)ı Barone
Növü it
Cinsi qarışıq
Cinsiyyəti erkək
Doğum yeri Pompey
Ölüm tarixi 23 yanvar 2024 (14–15 yaşında)
Ölüm yeri Pompey

Mündəricat

  • 1 Zəmin
  • 2 Həyatı
  • 3 Ölümü və irsi
  • 4 İstinadlar

Zəmin

redaktə

Sahibsiz itlər tarixən Pompey xarabalıqlarının küçələrində və domuslarında dolaşmışdırlar. Müfəttişlər və direktorlar it hücumlarının və yaydıqları xəstəliklərin qarşısını almaq üçün küçə itlərinin sayını azaltmağı təklif etmişdirlər. Buna baxmayaraq, itlər ziyarətçilər arasında populyar idilər. 1990-cı illərdə Pompeydə küçə itlərinin sayı azaltmaq üçün cəhdlər edilmişdir.[2]

2009-cu ildə Pompeydə fəaliyyət göstərən rəsmilər itləri qeydiyyata almağa, sterilləşdirməyə və onlara mikroçip taxmağa, daha sonra sahibləndirməyə başlamışdırlar. Lakin proqram korrupsiya səbəbilə effektiv olmamış və cəmi 26 it sahibləndirilmişdir. Daha effektiv proqram 2014-cü ildə Böyük Pompey Layihəsi zamanı başladılmışdır. Xəstəliyi olmayan və turistlər üçün təhlükəli hesab olunmayan itlər Pompeyin "məhəllə itləri" hesab olunmuşdur. Pompey xarabalıqlarının son küçə iti olan Arqo istisna olmaqla bütün itlər sahibləndirilmişdir.[2]

Parkın hazırkı tələbləri ərazidə heyvanların tərk edilməsini və ziyarətçilərə 10 kiloqramdan ağır ev heyvanlarını gətirməyi qadağan edir.[1]

Həyatı

redaktə

Arqo yerli sakinlər tərəfindən bəzən "Barone" (hərf. "avara") adı ilə çağırılırdı.[1] O, Pompeyi küçük olanda ziyarət etməyə başlamış,[3] yayda və qışda əraziyə giriş saatlarını öyrənmişdir. Arqo hər gün hamıdan birinci əraziyə daxil olur[4] və hamıdan sonra ərazini tərk edirdi.[5] O, Pompeyi ziyarət edən məktəb və turist qruplarına qoşulurdu[6] və ərazidə işləyən arxeoloqları müşayiət edirdi.[7] O, Pompeydə baş tutmuş teatr tamaşalarında iştirak etmişdir.[8] Arqo mehriban və sakit xarakterinə görə tanınan it olmuşdur.[9] İnsanlar onla qarşılaşanda ona yemək verirdilər.[1] O, xarabalıqlarının qoruyucusu[6] və "sahibi" hesab olunmuşdur.[8]

Ölümü və irsi

redaktə

Arqo 23 yanvar 2024-cü ildə[10] 15 yaşında ölmüşdür.[11] Bədəni kremasiya olunmuşdur.[12] Bir çox şəxs sosial mediada Arqonun ölümü bağlı paylaşım etmişdir.[2] Qlauko Messina adlı könüllü Pompeyi ziyarət etmiş şəxslərdən Arqo ilə fotolarını paylaşmalarını istəmişdir.[3] Arqo arxeoloji qazıntı işlərinin bir parçası hesab olunmuş[13] və "Pompeyin son iti" adlandırılmışdır.[14]

Pompeyin arxeoloji parkı qədim şəhərin qoruyucusu və "sahibi" kimi verdiyi xidmətlərə görə Arqonun xatirəsini yad etmişdir.[8][15] Park rəsmisi Silviya Vaçça "Facebook"da xatirə postu paylaşaraq "qədim sakinlərin ruhlarının qoruyucuları olan Pompey itlərinin son qalası öldü" sözlərini yazmışdır.[16] 2024-cü ilin yanvarında Pompey xarabalıqlarında Arqonun heykəlini ucaltmaq təklif olunmuşdur.[17]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 "Argo non scodinzolerà più ai turisti di Pompei: Addio all'ultimo "custode" a 4 zampe" (italyan). 25 January 2024.
  2. ↑ 1 2 3 Giuseppe Di Leva. "Argo, il cane degli scavi sul ponte dell'arcobaleno". bnitalia (italian). 24 January 2024.
  3. ↑ 1 2 "Argo, el último perro vagabundo de Pompeya". Telemundo Arizona (spanish). 25 January 2024.
  4. ↑ "Pompeya llora la muerte de Argo, su último perro vagabundo". La Vanguardia (spanish). 25 January 2024.
  5. ↑ "Foto del dia: Argo dog of Pompeii". EFE (spanish). 2024-01-25.
  6. ↑ 1 2 "Pont Happy Argo, le dernier chien gardien de Pompéi qui accompagnait les guides et les touristes est décédé" (fransız). 24 January 2024.
  7. ↑ Rome, Tom Kington. "Robot dog sent to sniff out problems in Pompeii". www.thetimes.com. 2022-03-29. İstifadə tarixi: 2025-04-28.
  8. ↑ 1 2 3 "Addio al cane Argo, mascotte degli scavi di Pompei - Primopiano - Ansa.it". Agenzia ANSA (italyan). 2024-01-25. İstifadə tarixi: 2025-02-28.
  9. ↑ "Morto Argo il cane mascotte degli Scavi di Pompei, il necrologio sui social: «Ci hai fatto compagnia»". Corriere della Sera (italyan). 2024-01-24. İstifadə tarixi: 2025-04-29.
  10. ↑ Ribeiro, Ana Isabel. "Morreu Argo, ultimo cao vadio de Pompeia". Público (Portuguese). 26 January 2024.
  11. ↑ Cerutti, Fulvio. "È morto Argo, il cane del Parco archeologico di Pompei: "Era un pezzo degli scavi"". La Stampa (italian). 2024-01-23.
  12. ↑ "È morto Argo: era il cane mascotte degli Scavi di Pompei". metropolisweb (italian). 24 January 2024.
  13. ↑ "Morto Argo, il cane custode del parco archeologico di Pompei". Rai (italyan). 25 January 2024.
  14. ↑ Luis Sánchez-Moliní. "Argo, ultimo perro de Pompeya. La Opinión de Luis Sánchez-Moliní". Diario de Sevilla (spanish). 2 February 2024.
  15. ↑ "Pompei, è morto Argo: addio al cane degli Scavi". la Repubblica (italyan). 2024-01-23. İstifadə tarixi: 2025-02-28.
  16. ↑ Capozzi, Francesca. "Buon ponte Argo, morto l'ultimo cane custode di Pompei che accompagnava guide e turisti". greenMe (italyan). 2024-01-24. İstifadə tarixi: 2025-04-29.
  17. ↑ "Addio ad Argo, il cane degli Scavi di Pompei" (italyan). 24 January 2024.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Arqo_(it)&oldid=8161427"
LOVE.AZ