. Love.az

Pompey - Wikipedia - Love.az

Ana Səhifə - Pompey

Qədim Pompey (lat. Pompeii, it. Pompei) — Qədim Roma şəhəri. Neapol şəhərinin yaxınlığında yerləşir.

Pompey
Pompeii
40°45′02″ şm. e. 14°29′22″ ş. u.HGYO
Ölkə
  •  İtaliya[1]
Tarixi və coğrafiyası
Əsası qoyulub VI əsr
Sahəsi
  • 98,05 ha
Saat qurşağı
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 0 nəf.
Digər
pompeiisites.org
Xəritəni göstər/gizlə
Pompey xəritədə
Pompey
Pompey
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eramızın 79-cu ilində Vezuvinin güclü püskürməsi nəticəsində Pompey şəhəri sakinləri ilə birlikdə vulkan külünün və lavanın altında qalıb məhv olmuşdur. 1713-cü ildə təsadüfən bu şəhərin qalıqları aşkar edilmiş və arxeoloqlar tərəfindən şəhər, demək olar ki, qalın vulkan külündən tamamilə təmizlənmişdir. Zəhərli qaz və isti külün təsiri ilə məhv olmuş canlıların qalıqları indiyədək qalmaqdadır. Hazırda Pompey şəhəri açıq hava altında qədim dövrün muzeyinə çevrilmişdir.

Ölkənin cənub hissəsində yerləşən qədim Pompey şəhəri İtaliyanın ən çox turist qəbul edən üçüncü, dünyanın isə 48-ci şəhəridir. Buraya ildə 2,5 milyondan çox insan baş çəkir.

Qədim Pompey şəhərinin qalıqları, Vezuvi dağı fonunda

Mündəricat

  • 1 Tarixi
  • 2 İstinadlar
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

Son qazıntılar göstərmişdir ki, eramızdan əvvəl VII əsrdə müasir Nola şəhərinin yaxınlığında yaşayış məntəqəsi olub.[2] Yeni yaşayış məntəqəsi olan Pompey eramızdan əvvəl 6-cı əsrdə oskanlar tərəfindən salınıb.

Şəhərin erkən tarixi az məlumdur. Salamat qalan mənbələr yunanlar və etrusklar arasında toqquşmalardan bəhs edir. Roma ilə İtaliyanın cənubunu birləşdirən ticarət yolunda bu şəhər mühüm yer tuturdu.[3] Bir çox zadəgan romalıların Pompeydə villaları var idi.

İstinadlar

redaktə
  1. ↑ 1 2 ArchINFORM (alm.). 1994.
  2. ↑ "National Geographic". web.archive.org. 2011-01-01. İstifadə tarixi: 2025-03-18.
  3. ↑ "Patterns of Reconstruction at Pompeii". www2.iath.virginia.edu. İstifadə tarixi: 2025-03-18.

Həmçinin bax

redaktə
  • Pompeyin son gecəsi

Xarici keçidlər

redaktə
  • Pompey haqqında qısa sənədli film
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Pompey&oldid=8073222"
LOVE.AZ