. Love.az

Asperesti - Wikipedia - Love.az

Ana Səhifə - Asperesti

Aspərəsti — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.

Aspərəsti
41°16′04″ şm. e. 48°42′05″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 326 (2009) nəfər
Digər
[http:// ]
Xəritəni göstər/gizlə
Aspərəsti xəritədə
Aspərəsti
Aspərəsti

Mündəricat

  • 1 Toponimikası
  • 2 Əhalisi
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar

Toponimikası

redaktə

Asparəsti oyk, mür. Quba r-nunun Zərqava i.ə.v.-də kənd. Vəlvələçayın sahilindədir. Əslində Asparastə olmalıdır. Yerli əhalinin verdiyi məlumata görə, oykonim tat dilindəki əs (at) və parusta (düşmə) sözlərindən düzəlib, "atın dağdan üzü aşağı düşə bildiyi cığır" mənasındadır. Tədqiqatçılara görə isə aspa (türk dillərində "sürgün", "dağ aşırımı, dağ yolu"; "ağcaqovaq") və rəstə (İran dillərində "yaşayış yeri, kənd") komponentlərindən ibarət olan bu coğrafi ad "dağ aşırımında kənd, dağ yolunda kənd" deməkdir.[1]

Əhalisi

redaktə
  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 326 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir.[2]

Həmçinin bax

redaktə
  • Quba rayonu

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aspərəsti&oldid=7816832"
LOVE.AZ