Atsumi Tanezaki (種﨑 敦美, Tanezaki Atsumi?, 27 sentyabr 1990[1], Oita) – Yaponiya seyyusu. "Spy × Family" animesindən Anya Forgeri və "Frieren: Beyond Journey's End" animesindən Frireni səsləndirməsinə görə tanınır.
Atsumi Tanezaki | |
---|---|
yap. 種﨑 敦美 | |
Doğum tarixi | 27 sentyabr 1990(1990-09-27)[1] (34 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | seyyu |
Fəaliyyət illəri | 2012-ci ildən |
Atsumi Tanezaki Oita prefekturasında doğumuşdur. O, Tokioya getmiş, liseyi bitirdikdən sonra səs aktrisası olmaq üçün məktəbə daxil olmuşdur. Tanezaki bir müsahibəsində karyerası üçün "Sailor Moon" animesindən təsirləndiyini bildirmişdir. O, xüsusilə, animenin 45-ci seriyasından təsirlənmiş və səs aktrisası olmağa qərar vermişdir. O, sevimli seyyularının Miyuki Savaşiro və Mayumi Tanaka olduğunu demişdir.[2]
Atsumi Tanezaki səs aktrisası kimi debütünü 2012-ci ildə "My Little Monster" animesində Asako Natsume personajı ilə gerçəkləşdirmişdir.[2] Tanezaki 2020-ci ildə "Ən yaxşı ikinci plan qadın roluna görə" Seyyu Mükafatının qalibi olmuşdur.[3] 2023-cü ildə həm "Ən yaxşı əsas rola görə", həm də "Ən yaxşı ikinci plan aktyoruna görə" Seyyu Mükafatını qazanmışdır.[4]
2023-cü ildə seyyu Yu Miyazaki ilə evləndiyi açıqlanmışdır.[5]
Atsumi Tanezaki "Terror in Resonance" (2014) animesindən Lisa Mişima,[6] "Death Parade" animesindən Mayu Arita,[7] "Seraph of the End" (2015) animesindən Sayuri Hanayori,[8] "Mob Psycho 100" (2016) animesindən Tome Kurata,[9] "Land of the Lustrous" (2017) animesindən Neptuniti,[10] "The Ancient Magus' Bride" (2017) animesindən Çisa Hatori,[11] "Rascal Does Not Dream" (2018) animesindən Rio Futaba,[12] "Beastars" animesindən Yuno,[13] "Demon Slayer" (2021) animesinin ikinci mövsümündən Hinatsuru,[14] "Vivy: Fluorite Eye's Song" (2021) animesindən Vivi,[15] "My Dress-Up Darling" animesindən Sacuna İnui,[16] "Spy × Family" (2022) animesindən Anya Forger,[17] "Frieren" (2023) animesindən Friren,[18] "The Apothecary Diaries" (2023) animesindən Qyokuyo,[19] "The Dangers in My Heart" (2023) animesindən Serina Yoşida,[20] "Too Many Losing Heroines!" animesindən Koto Tsukinokini səsləndirmişdir.[21]