The Apothecary Diaries,[b] Yaponiyada həmçinin Kusuriya no Hitorigoto[c] – Natsu Hyuqa tərəfindən yazılan və Touko Şino tərəfindən illüstrasiya olunan ranobe seriyası. 2011-ci ildən etibarən "Shōsetsuka ni Narō" veb-saytında yayımlanır. 2014-cü ildən "Shufunotomo" nəşriyyatı tərəfindən ranobe seriyası kimi nəşr olunur. 2025-ci ilə qədər 15 cildi buraxılmışdır. Ranobe seriyasında hadisələr Tan dövrünün Çininə əsaslanan uydurma ölkədə baş verir. Hekayənin baş qəhrəmanı Maomao quldurlar tərəfindən qaçırılaraq saraya satılır. O, əczaçılıq biliklərindən istifadə edərək saraydakı müəmmaları həll etməyə başlayır.
The Apothecary Diaries | |||||||||||||||||||||||||||||||||||||||
![]() Birinci cildin üzlüyü. Personaj: Maomao. | |||||||||||||||||||||||||||||||||||||||
薬屋のひとりごと (Kusuriya no Hitorigoto) azərb. Əczaçı gündəlikləri | |||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Janr | dram, müəmma, romantika | ||||||||||||||||||||||||||||||||||||||
Roman | |||||||||||||||||||||||||||||||||||||||
Yazıçı | Natsu Hyuqa | ||||||||||||||||||||||||||||||||||||||
Nəşriyyat | Shōsetsuka ni Narō | ||||||||||||||||||||||||||||||||||||||
Nəşr tarixi | 27 oktyabr 2011 – hazırda | ||||||||||||||||||||||||||||||||||||||
Ranobe | |||||||||||||||||||||||||||||||||||||||
Yazıçı | Natsu Hyuqa | ||||||||||||||||||||||||||||||||||||||
Rəssam | Touko Şino | ||||||||||||||||||||||||||||||||||||||
Nəşriyyat | Shufunotomo | ||||||||||||||||||||||||||||||||||||||
İmprint | Hero Bunko | ||||||||||||||||||||||||||||||||||||||
Demoqrafiya | kişilər | ||||||||||||||||||||||||||||||||||||||
Nəşr tarixi | 29 avqust 2014 – hazırda | ||||||||||||||||||||||||||||||||||||||
Cildlər | 15 (cild siyahısı) | ||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||
![]() |
Seriya əsasında "Toho" və "OLM" studiyaları tərəfindən çəkilən anime serialı 23 oktyabr 2023-cü ildə yayımlanmağa başlamışdır. 2017-ci ildən manqa adaptasiyası nəşr olunur.
Hadisələr Tan dövrünün Çininə əsaslanan uydurma ölkədə baş verir.[1] Qoca bir əczaçının qızı olan Maomao bir gün quldurlar tərəfindən qaçırılır və imperatorun arxa sarayına satılır. Maomao artıq saray xidmətçisi kimi işləyir və əczaçılıq haqqında zəngin biliklərini gizlətməyə çalışaraq diqqət cəlb etməmək istəyir. Lakin saraydakı həyatının üçüncü ayında imperatorun körpələri müəmmalı şəkildə ağır xəstələnir. Maomao müəmmanı asanlıqla həll edərək körpələrdən birinin həyatını xilas edir, bunu gizlicə edərək anonim qalmaq istəyir. Lakin sarayın hərəm ağalarından biri olan Cinşi bunun fərqinə varır və Maomaonun bacarığını kəşf edir. Cinşinin tapşırığı ilə o, imperatorun sevimli cariyəsi Qyokuyonun xidmətçisi təyin olunur. Maomao əczaçılıq və toksikologiya biliklərindən istifadə edərək sarayda baş verən müəmmaları həll etməyə başlayır.
Seriya 2011-ci ilin oktyabrında Natsu Hyuqa tərəfindən "Shōsetsuka ni Narō" veb-roman saytında yayımlanmağa başlamışdır. "Shufunotomo" nəşriyyatı əsərin müəllif hüquqlarını satın almış və 26 dekabr 2012-ci ildə "Ray Books" imprinti altında bir cildlik roman şəklində nəşr etmişdir.[2]
"Shufunotomo" nəşriyyatı 2014-cü ildə əsəri Touko Şinonun rəssamlığı ilə ranobe seriyası kimi nəşr etməyə başlamışdır. Ranobe seriyasının ilk cildi 2014-cü ilin avqustunda nəşr olunmuşdur.[3]
Seriyanın manqa adaptasiyası Nekokuragenin rəssamlığı ilə 25 may 2017-ci ildə "Square Enix" nəşriyyatının "Monthly Big Gangan" jurnalında nəşr olunmağa başlamışdır.[4] İlk tankabon cildi 25 sentyabr 2017-ci ildə buraxılmışdır.[5]
"The Apothecary Diaries: Maomao's Notes from the Inner Palace"[d] adlı alternativ manqa adaptasiyası 19 avqust 2017-ci ildə Minoci Kuratanın rəssamlığı ilə "Shogakukan" nəşriyyatının "Monthly Sunday Gene-X" jurnalında nəşr olunmağa başlamışdır.[6] İlk tankobon cildi 19 fevral 2018-ci ildə buraxılmışdır.[7]
"Kusuriya no Hitorigoto Gaiden: Xiaolan Kaisōroku" adlı spin-off manqası Maomaonun saraydakı dostu Şaolanın saray xatirələrindən bəhs edir. Manqa 23 mart 2025-ci ildə "Square Enix" nəşriyyatının "Manga Up!" saytında yayımlanmağa başlamışdır. Manqanın müəllifi İtsuki Nanaodur.[8]
Anime serialı adaptasiyası 13 fevral 2023-cü ildə anons edilmişdir.[3] "Toho" və "OLM" studiyaları tərəfindən istehsal olunan anime 21 oktyabr 2023-cü ildə yayımlanmağa başlamışdır. Birinci açılış mahnısı "Ryokuōshoku Shakai" qrupu tərəfindən ifa olunan "Hana ni Natte"[e] mahnısı, birinci bağlanış mahnısı Aina the End tərəfindən ifa olunan "Aikotoba"[f] mahnısıdır. Birinci mövsüm iki hissə şəklində yayımlanmış və 24 seriya davam etmişdir.[9] İkinci açılış mahnısı Uru tərəfindən ifa olunan "Ambivalent"[g] mahnısı, ikinci bağlanış mahnısı Wacci tərəfindən ifa olunan "Ai wa Kusuri"[h] mahnısıdır.[10]
Birinci mövsümün final seriyasının yayımlanmasından sonra ikinci mövsüm anons edilmişdir. İkinci mövsümün premyerası 10 yanvar 2025-ci ildə baş tutmuşdur. İkinci mövsümün birinci açılış mahnısı Lilas İkuta tərəfindən ifa olunan "Hyakkaryōran"[i] mahnısı, birinci bağlanış mahnısı Day Hiray tərəfindən ifa olunan "Shiawase no Recipe"[j] mahnısıdır.[11] İkinci açılış mahnısı "Mrs. Green Apple" qrupu tərəfindən ifa olunan "Kusuhiki"[k] mahnısı, ikinci bağlanış mahnısı "Omoinotake" qrupu tərəfindən ifa olunan "Hitorigoto"[l] mahnısıdır.[12]
"The Apothecary Diaries" 2021-ci ilin ən çox satılan üçüncü ranobe seriyası olmuşdur.[13]