Ayşə bint Hüseyn (ərəb. الأميرة عائشة بنت الحسين; 23 aprel 1968, Amman) — III İordaniya kralı I Hüseynin qızlarından biri.[1]
Ayşə bint Hüseyn | |
---|---|
ərəb. آعائشة بنت حسين | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 aprel 1968(1968-04-23) (57 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | diplomat |
Atası | Hüseyn ibn Təlal |
Anası | Muna əl-Hüseyn (İordaniya kraliçası) |
Ailəsi | Haşimilər |
Təltifləri |
![]() |
![]() |
1968-ci ildə Ammanda əkiz bacısı Zeyn ilə birlikdə dünyaya gəldi. Atası İordaniya kralı I Hüseyn, anası isə onun ingilis əsilli ikinci xanımı kraliça Muna əl-Hüseyndir. İlk təhsilini İordaniyadakı Amerikan məktəbində aldı. Ardından ABŞ-a göndərildi və 10 il boyunca burada təhsilini davam etdirdi. 1986-cı ildə Birləşmiş krallıqda hərbi akademiyaya daxil oldu və ertəsi il zabit ünvanı aldı.[2] Bu akademiyaya daxil olan ilk Ön Asiyalı qadındır. Daha sonra Oksforddakı Pembrok Kollecində Ön Asiya tarixi və siyasəti ixtisası üzrə dərslər aldı. 2010-cu ildə Vaşinqtondakı Beynəlxalq Müdafiə Universitetində Strateji Təhülkəsizlik üzrə magistr dərəcəsi aldı.
İordaniya ordusunda general-mayor rütbəsinə yüksələn Ayşə bint Hüseyn Ön Asiyada profesional ilk qadın paraşütçüdür. Hal-hazırda İordaniyanın ABŞ səfirliyində müdafiə attaşesi olaraq fəaliyyət göstərir.[3]
İlk evliliyi 1990-cı ildə Zeyd Sadəddin Cüməylə baş tutdu. Cütlüyün bu nigahdan 2 övladı doğulsa da, 2006-cı ildə boşandılar. Oğlu Aun Cümə də özü kimi Birləşmiş Krallıqdakı hərbi akademiyada təhsil almaqdadır.
İkinci evliliyi isə 27 yanvar 2016-cı ildə əslən misirli olan Kanadalı biznesmen Əşrəf Banayotiylə baş tutdu.[4] Ancaq cəmi 6 ay sonra 2016-cı ilin iyulunda cütlük boşandı.[5]