Ayişə Ərzan (1949, Ankara) — Türkiyə fizikaçısı.
Ayişə Ərzan | |
---|---|
türk. Ayşe Erzan | |
Doğum tarixi | 1949 |
Doğum yeri | |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü |
|
Ayişə Ərzan Ankarada anadan olmuşdur. O sonrakı təhsilini İstanbulda sonra isə ABŞ-nin Brayn Mavr kollecində davam etmişdir. 1970-ci ildə o ilk qazancını qazanmışdır. 1976-cı ildə Stoni Bruk Universitetinin fizika üzrə namizədlik işini müdafiə etmişdir[2][3].
Ərzan Ankaraya qayıdır və Yaxın şərq Texnika Universitetində fizika şöbəsində işləməyə başlayır. 1977-ci ildə İstanbul Texnika Universitetinə qoşulur. Bu dövr ərzində o sülh və qadın azadlığına görə mübarizə aparmışdır[4].
1980-ci ildə o yenidən ölkəni tərk edir. 1981–1990-cı illərdə Ərzan müxtəlif institut və universitetlərdə çalışmışdır[5]. 1981–1982-ci illərdə Cenevrə Universitetinin Teoretikal fizika şöbəsində işləmişdir[6].
1982–1985-ci illərdə Portuqaliyanın Port Universitetinin professor köməkçisi kimi işləmişdir. Bundan sonra o 1985–87-ci illərdə Marburq Universitetinin Teoretokal Fizika şöbəsində işləmişdir. 1987–1990-cı illərdə Gronigen universitetində yeni araşdırmalara başlayır[7]. 1990-cı illərdə İstnabula qayıdır və Fəza Gürsey İnstitutunda araşdırmalara davam etmişdir.
1955-ci ildən türkiyə Elmlər Akademiyasında işinə davam etmiş və 1997-ci ildən onun üzvü olmuşdur. Həmin ildə TÜBİTAK-nı mükafatını alır (türkiyə elm və texnologiya araşdırmaları). 2003-UNESCO-nun qadın mükafatı L'Oréal və 2009-cu ildə Rammal mükafatına layiq olmuşdur[8].
Journal of Statistical Physics and European Physical Journal B dünya elm akademiyasına üzv olur.