Avropa Akademiyası (Academia Europaea) — Avropa ölkələrinin aparıcı alimlərini birləşdirən Elmlər Akademiyası.[2][3] Akademiya 1988-ci ildə elmi araşdırmanın bütün sahələrini əhatə edən Avropa miqyasında fəaliyyət göstərən Akademiya kimi yaradılmışdır.[3] Milli tədqiqat agentliklərində Avropa maraqlarının koordinatoru kimi fəaliyyət göstərir. 2018-ci ilə olan məlumata görə, akademiyaya 3800-ə yaxın alim, o cümlədən 52 Nobel mükafatçısı daxildir.
Avropa Akademiyası | |
---|---|
Academia Europaea | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1988 |
Digər məlumatlar | |
İşçi sayı |
|
Sayt | ae-info.org |
![]() |
“Avropa Elmlər Akademiyası” konsepsiyası 1985-ci ildə Parisdə Avropa elm nazirlərinin görüşündə yaranıb. Sonra London Kral Cəmiyyəti 1986-cı ilin iyununda Londonda bir sıra elm adamlarının, ictimai və siyasi xadimlərin toplantısını təşkil etdi və burada akademiya yaratmaq ideyası təsdiqləndi.[4] Akademiyanın adı 1987-ci ilin dekabrında keçirilən görüşdə "linqvistik cəhətdən neytral" ad olaraq qəbul edildi.[4]
1988-ci ilin sentyabrında Kembricdə təsis yığıncağı keçirildi və Arnold Burgen akademiyanın ilk prezidenti oldu. İlk Plenar iclas 1989-cu ilin iyununda Londonda keçirildi. O vaxta qədər akademiyanın 627 üzvü var idi.[4]
Kral Cəmiyyəti Avropa Akademiyasını iqtisadi cəhətdən dəstəkləyir və daha geniş maliyyələşməni təmin etməyə çalışır.
1989-cu ildən Avropa Akademiyası əsasən Qərbi Avropa alimlərindən ibarət təşkilatdan Ümumavropa elmlər, humanitar elmlər və ədəbiyyat akademiyasına çevrilmişdir.[5]
Avropa Akademiyası hüquq, humanitar, sosial elmlər, texniki elmlər, din, tarix və s. sahələri əhatə edən bir sıra fənləri özündə birləşdirən müəssisədir.
Akademiyasının əsas məqsədləri:
Akademiya çalışır ki təqaüd, tədqiqat və təhsildə mümkün olan ən yüksək standartları təşviq etmək və ictimaiyyət arasında bilik və öyrənmənin faydaları və cəmiyyətə, onun həyat keyfiyyətinə təsir edən elmi məsələlərin daha yaxşı başa düşülməsinə kömək etmək və həyata keçirmək.[6]
Avropa Akademiyasının qeydiyyatdan keçmiş mərkəzi və baş ofisi Londonda yerləşir. Bu həm də Baş Katibliyin yerləşdiyi yerdir.
Yerli və regional tərəfdaşlarla əməkdaşlıqda Akademiya bir sıra regional mərkəzlər yaratmışdır:[27]