Azər Əhməd oğlu Əsgərov (29 fevral 1984, Bakı) — Azərbaycanlı bəstəkar və səs rejissoru.
Azər Hacıəsgərli | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Doğum adı | Azər Əhməd oğlu Əsgərov |
Doğum tarixi | 29 fevral 1984(1984-02-29) (41 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Fəaliyyət illəri | 2011-ci ildən |
Təhsili |
Azər Əhməd oğlu Əsgərov (Hacıəsgərli) 1984-cü il fevralın 29-da Bakı şəhərində anadan olub. 1990–2000-ci illər orta məktəbdə oxuyub. 1996–2005-ci illərdə 21 saylı Rastropoviçlər adına musiqi məktəbinin skripka sinfində təhsil alıb. 2000–2004-cü illərdə Bakı Mühəndislik Universitetinin "İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi" fakültəsini bitirib. 2005-ci ildə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinə (Xəyyam Mirzəzadənin sinfi) daxil olub. 2009-cu ildə təhsilini Ceyhun Allahverdiyevin sinfində bitirib. Aydın Əzimovun sinfində bəstəkarlıq fakültəsinin magistr pilləsində təhsil alıb (2009–2012). 2010–2011-ci illərdə Rusiyada Sankt-Peterburq Kino və Televiziya Akademiyasında(ГуКиТ. С. П) ixtisas artırma institutunda səs rejissorluğu fakültəsində təhsil alıb.
Şair, nasir, mərhum Tofiq Mahmudun nəvəsi, şair İbrahim Göyçaylının qardaşı oğludur.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında filmlərə musiqi yazmışdır. 50-dən çox filmin səs və musiqi tərtibatını qurmuşdur. 2016–2019-cu illərdə Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma studiyasında səs rejissoru kimi çalışıb. "Audiokitab" layihəsinin səs mütəxəssisi olmuşdur.
Eduard Artemyevin (Stalker, Güzgü, Sibiriada), Michael Price (Şerlok, Xobbit "mus.red.", Drakula), Alla Zaqaykeviç(Mamay, İkinci əl, Bələdçi) kurslarında iştirak edib.
2017-ci ildə Kiyev Dovjenko mərkəzinin və British Council şurasının təşkil etdiyi "Envision Sounds" proqramının iştirakçısı olmuşdur.
2018-ci ildə həmin proqramın finalçısı olaraq "Mute Nights" bəstəkar və musiqiçilər üçün nəzərdə tutulmuş beynəlxalq kinofestivala dəvət almışdır. Finalda Britaniya rejissoru Antony Asquithin 1928-ci ildə çəkilən "Underground" filminə musiqi yazmışdır. Film canlı alətlərlə festivalda Dovjenko mərkəzinin kinozalında nümayiş olunub. Həmçinin "British Council Azerbaycan" şurasının təşkilatçılığı ilə Bakıda "Flame towers" kinoteatrında canlı alətlərlə təkrar nümayişi baş tutmuşdur.
2018–2019-cu illərdə LOLA texnologiyaları üzrə Tallin Teatr və Musiqi Akademiyasında və Praqa Musiqi Akademiyasında master-klasslarda iştirak etmişdir.
2022-ci ildə Praqada keçirilən Elements FMT festivalda əsəri ifa olunmuşdur.
2023-cü ildə Estoniyada keçirilən "Commute" audiovizual və elektron musiqi festivalının iştirakçısı olmuşdur.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Bəstəkarlıq kafedrasında müəllim olaraq işləyir. Əsasən kino və teatr musiqisi üzərində çalışır. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
Azərbaycan Dövlət Milli Dram Teatrının musiqi hissə müdiri və bədii şuranın üzvüdür. Həmçinin Azərbaycan radiosunda musiqi redaktoru olaraq çalışır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Kinorejissorlar Gildiyasının idarə heyətinin üzvüdür.
Bəstəkar