Xəyyam Mirzəzadə (5 oktyabr 1935, Bakı – 30 iyul 2018, Bakı) — Azərbaycan bəstəkarı, pedaqoq, professor (1979), Azərbaycan SSR xalq artisti (1987), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976, 1986).
Xəyyam Mirzəzadə | |
---|---|
Xəyyam Hadı oğlu Mirzəzadə | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 5 oktyabr 1935(1935-10-05) |
Doğum yeri | |
Vəfat tarixi | 30 iyul 2018(2018-07-30) (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Bəstəkar |
Fəaliyyət illəri | 1950–2018 |
Musiqi aləti | piano |
Təhsili | |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969–1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.
Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələmişdir.[1]
Xəyyam Mirzəzadə 52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olduqdan sonra oradan ayrılıb.[2]
Görkəmli bəstəkar 30 iyul 2018-ci ildə, 82 yaşında uzun sürən xəstəlikdən sonra evində vəfat etmişdir.[3] II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Haqqında hələ bəstəkarın sağlığında "Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75" və "Maestro. Özüm və zaman haqqında" adlı sənədli filmləri çəkilmişdir.[4]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |