"Əməkdar memar" fəxri adı Azərbaycan memarlığının inkişafında böyük xidmətlər göstərmiş, yüksək sənət nümunələri olan xatirə abidələrinin, bina və komplekslərin, şəhərsalma sahəsində memarlıq layihələrinin hazırlanmasında və həyata keçirilməsində xüsusi nailiyyətlər əldə etmiş şəxslərə verilir.[1] Azərbaycan Respublikasında bu fəxri adın verilməsi 19 aprel 2000-ci ildən qərara alınmışdır.[2] Hazırda - 2013-cü il sentyabrın 1-dən "Əməkdar memar" fəxri adına görə aylıq təqaüdün məbləği 60 manatdır.[3][4]