. Love.az

Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin Biterefler Fraksiyasi - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin Biterefler Fraksiyasi

Bitərəflər fraksiyası — — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri.[1]

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Bitərəflər fraksiyası
Quruluş tarixi 7 dekabr 1918
Dağılma tarixi 27 aprel 1920
Parlamentdə
3 / 120
(27 aprel 1920)
Hökumətdə
1 / 15
(24 dekabr 1920)

Mündəricat

  • 1 Üzvləri
  • 2 Parçalanma
  • 3 Mənbə
    • 3.1 İstinadlar

Üzvləri

redaktə

1919-cu ilin oktyabr ayınadək 12 nəfər parlament üzvü fraksiyaya daxil idi:

  1. Fətəli xan Xoyski
  2. Bəhram bəy Axundov
  3. Behbud xan Cavanşir
  4. Mirzə Əsədullayev
  5. Əbdüləli bəy Əmircanov
  6. Yusif Əhmədzadə
  7. Baxış bəy Rüstəmbəyov
  8. Abuzər bəy Rzayev
  9. Cəlil bəy Sultanov
  10. Əsədulla Əhmədov
  11. Ağa Aşurov
  12. Əhməd bəy Ağaoğlu

1919-cu ilin oktyabr ayından sonra 4 nəfər parlament üzvü fraksiyaya daxil idi:

  1. Bəhram bəy Axundov
  2. Behbud xan Cavanşir
  3. Əbdüləli bəy Əmircanov
  4. Əhməd bəy Ağaoğlu

Parçalanma

redaktə

1919 ilin oktyabrında fraksiyada parçalanma baş verdi. 8 nəfərdən ibarət böyük əksəriyyət — Fətəli xan Xoyski, Mirzə Əsədullayev, Əsədulla Əhmədov, Cəlil bəy Sultanov, Yusif Əhmədzadə, Baxış bəy Rüstəmbəyov, Abuzər bəy Rzayev və Ağa Aşurov Müsavat fraksiyası ilə birləşərək Parlamentdə həlledici səsə malik olan Müsavat və bitərəflər fraksiyasını yaratdılar.[2] Müsavatla birləşən bitərəflər, eyni zamanda, müstəqil səsvermə hüquqlarını özlərində saxladılar. "Bitərəflər" fraksiyasından ayrılmış 4 nəfər — Əhməd bəy Ağaoğlu, Bəhram bəy Axundov, Behbud xan Cavanşir və Əbdüləli bəy Əmircanov isə müstəqil olaraq yenidən bitərəflər qrupunu yaratdılar.[2]

Mənbə

redaktə
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Cümhuriyyəti Parlamenti (1918–1920). Parlament (stenoqrafik hesabatlar). c.1–2, B., 1998;
  2. ↑ 1 2 Aдpec-календары Aзepбaйджанской Pecnyблики нa 1920 r., Б., 1920.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_Xalq_Cümhuriyyəti_Parlamentinin_Bitərəflər_fraksiyası&oldid=8109029"
LOVE.AZ