Bəhmən Mirzə Abbas Mirzə oğlu Qacar Qovanlı (11 oktyabr 1810, Təbriz – 11 fevral 1884, Şuşa) — Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi.
Bəhmən mirzə Qovanlı-Qacar | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 oktyabr 1810(1810-10-11) |
Doğum yeri | |
Vəfat tarixi | 11 fevral 1884(1884-02-11) (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Abbas Mirzə |
Uşaqları | |
Ailəsi | Qacarlar |
Rütbəsi | Feldmarşal |
Təltifləri |
![]() ![]() |
![]() |
1847–1848-ci ildə Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi Bəhmən Mirzə Qacar saray çəkişmələrinin nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyir. Rus hökuməti onu şərəf və dəbdəbə ilə qarşılayaraq, ona şaha layiq təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Bir qədər tərəddüddən sonra Bəhmən Mirzə Şuşada yaşamaq istədiyini bildirir. Onu öz hərəmləri, uşaqları və yaxın əhatəsi ilə birlikdə oraya göndərirlər. onun kitabxanasını və xəzinəsini də Şuşaya köçürürlər. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili verir, özü isə siyasətdən uzaqlaşaraq, Azərbaycan tarixinə dair əsərlər yazır. Onun 31 oğlunun əksəriyyəti hərbçi olurlar. Birinci Dünya müharibəsi ərəfəsində onların arasından altı general və bir neçə zabit çıxmışdı. Bəhmən Mirzənin uşaqları Oktyabr inqilabını qəbul etmir və bu yolda bir çoxları hətta canlarını da qurban verirlər. Bəhmən Mirzənin törəmələrinin Qafqaz budağı faktiki olaraq, sıradan çıxır.
İstedadlı siyasi xadim, sərkərdə və alim olmuş Bəhmən Mirzənin xatirəsi onun öz əsərlərində, Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstanın muzey və kitabxanalarına səpələnmiş əlyazmalarında, habelə onun zəngin kolleksiyasına məxsus tətbiqi sənət əşyalarında yaşamaqdadır.
Bəhmən Mirzə Qacarın dövrümüzdə məlum olan ən önəmli əsəri "Şükürnameyi-şahənşahi" tarixi səlnaməsidir. Kitab 1871-ci ildə Şuşa şəhərində fars dilində işıq üzü görmüşdür. Əsərdə Rusiya işğalından sonra Azərbaycandakı vəziyyətdən bəhs edilir, iqtisadiyyat və mədəniyyət sahələrində baş verən dəyişikliklərdən bəhs edilir.
Bəhmən mirzənin törəməsi Bəhmənov soyadını daşıyır. Bəhmən mirzə Mələk sultan xanım Məhəmmədtağı mirzə qızı Qacarla, Püstə (Afərim) xanımla, Bərdə xanım Qurban qızı ilə, Xəndan xanımla evlənmişdi. Bəhmən Mirzə altmış üç övladının hamısına ali təhsil vermişdir.[1] 31 oğlu 32 qızı olmuşdur.
Polkovniklər
Digər