. Love.az

Bagdad Amreyev - Wikipedia - Love.az

Ana Səhifə - Bagdad Amreyev

Bağdad Kultay oğlu Amreyev (qaz. Бағдат Құлтайұлы Әміреев, d. 1 mart 1959, Şolakkorğan, Sozak rayonu, Cənubi Qazaxıstan vilayəti, Qazaxıstan SSR, SSRİ) — qazax bürokrat, diplomat, Qazaxıstan baş nazirinin sabiq müşaviri, Türk Dövlətləri Təşkilatının sabiq baş katibi və hal-hazırkı Türk İnvestisiya Fondunun prezidenti.[1]

Bağdad Amreyev
qaz. Бағдат Әміреев
Türk İnvestisiya Fondunun prezidenti
Vəzifədədir
11 noyabr 2022-ci ildən
ƏvvəlkiVəzifə təsis edildi.
Türk Dövlətləri Təşkilatının baş katibi
3 iyul 2018 – 11 noyabr 2022
PrezidentNursultan Nazarbayev
ƏvvəlkiRamil Həsən
SonrakıKubanıçbəy Ömürəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1 mart 1959 (66 yaş)
Doğum yeri Şolakkorğan, Sozak rayonu, Cənubi Qazaxıstan vilayəti, Qazaxıstan SSR, SSRİ
Fəaliyyəti Bürokrat, diplomat

Təltifləri "Dostluq" ordeni (Azərbaycan) — 20222022
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təhsili

redaktə

1982-ci ildə Tacikistan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsindən məzun olmuşdur. Qazaxca, rusca, ərəbcə, ingiliscə, türkcə və farsca bilir.

Fəaliyyəti

redaktə

Daha əvvəllər Qazaxıstan Respublikasının İran, Türkiyə, Misir və Səudiyyə Ərəbistanında səfiri olan Amreyev 3 sentyabr 2018-ci ildə Çolpan-Atada reallaşan Türk Şurası dövlət başçılarının VI zirvə görüşündə 3 dövrlük Türk Şurası (indi ki Türk Dövlətləri Təşkilatı) baş katibi seçilmişdir.[2][3]

Eyni zamanda, Qazaxıstan baş nazirinin müşaviri və Qazaxıstan Respublikasının Orta Şərq və Afrika üzrə xüsusi səfiridir.

21 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türk Dövlətləri Təşkilatının Baş katibi vəzifəsində səmərəli fəaliyyətinə və Azərbaycan Respublikası ilə Təşkilatın üzvü olan ölkələr arasında tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib

İstinadlar

redaktə
  1. ↑ "Türk Konseyinin yeni Genel Sekreteri belli oldu". orhaajans.com. 7 sentyabr 2018. 24 iyun 2020 tarixində arxivləşdirilib.
  2. ↑ "Türk Keneşi'nde yeni bir sıçrama ve bütünleşme dönemi". 24 iyun 2020 tarixində arxivləşdirilib.
  3. ↑ "Türk konseyi 6. devlet başkanları zirvesi". 24 iyun 2020 tarixində arxivləşdirilib.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bağdad_Amreyev&oldid=8134063"
LOVE.AZ